Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-158/2024 04.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Babək rayonu, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi işləyən, ailəli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivi, 2-ci yeni sahə ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-610/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1092.6 (min doxsan iki manat altmış qəpik) manat əsas borc, 109.4 (yüz doqquz manat qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 1202 (min iki yüz iki) manat borcun cavabdeh Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iş üzrə cavabdeh Şəxs 32.02 (otuz iki manat iki qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-667/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, Şəxs 2717 (iki min yeddi yüz on yeddi) manat əsas borc, 395.97 (üç yüz doxsan beş manat doxsan yeddi qəpik) manat faiz borcu və 75.16 (yetmiş beş manat on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3188.13 (üç min yüz səksən səkkiz manat on üç qəpik) manat məbləğində borcun və ödənilmiş 52.29 (əlli iki manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş üzrə icraata müvafiq olaraq 10 iyul və 25 avqust 2023-cü il tarixlərdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin, icra vərəqələrinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, onun borcu yaranmış, beləliklə, Şəxs icra vərəqələrini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq icra vərəqələrinin icrasını yerinə yetirmədiyini, inzibati tənbeh aldığını, işsiz olduğundan qərarları icra edə bilmədiyini, bu səbəbdən borcunun yarandığını, ödəmə etmədiyini, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-610/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1092.6 (min doxsan iki manat altmış qəpik) manat əsas borc, 109.4 (yüz doqquz manat qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 1202 (min iki yüz iki) manat borcun cavabdeh Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iş üzrə cavabdeh Şəxs 32.02 (otuz iki manat iki qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 10 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-667/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Şəxs 2717 (iki min yeddi yüz on yeddi) manat əsas borc, 395.97 (üç yüz doxsan beş manat doxsan yeddi qəpik) manat faiz borcu və 75.16 (yetmiş beş manat on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3188.13 (üç min yüz səksən səkkiz manat on üç qəpik) manat məbləğində borcun və ödənilmiş 52.29 (əlli iki manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs etirafı, səmimi peşmançılığı, himayəsində 2 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim Qabil Məmmədov.