Məhkəmə qərarları › İş №3(078)-158/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-158/2025

30.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-158/2025 30.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1986-cı il təvəllüdlü Şəxs barəsində tərtib olunmuş İXР seriyali, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material daxil olmuşdur. İş materiallarına xx.xx.2025-ci il tarixdə Naxçıvan ŞPİ DYPB-nin YPX İnspektoru, polis serjantı Məhərrəmli İlknur tərəfindən Şəxs izahatı alınaraq əlavə edilmişdir. Materiala əlavə edilmiş X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 02:33-da “İnfiniti g35” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan hala yol vermişdir. xx.xx.2025-ci il tarixli X2 verdiyi raporta, əsasən, xx.xx.2025 ci il saat 02:33 də Ə.Əliyev küçəsində Naxçıvan Şəhər Polis İdarəsinin DYPB-nin YPX-nin, polis baş serjantı X3 ilə birlikdə xidmətdə olarkən, bir nəqliyyat vasitəsinin yüksək sürətlə Cahan Gənclər şəhərciyidən Koroğlu heykəli istiqamətində hərəkət etdiyini gördüklərini, biz həmin yerə yaxınlaşan zaman “Mersedes Benz” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “İnfiniti G35” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yeni Naxçıvanın işıqforunun qadağanedici siqnalında gözlədiklərini gördüklərini, arxa tərəfdən onlara yaxınlaşan zaman həmin 2 avtomobil yaşıl ışıq yandıqdan sonra qəflətən sürətlənərək hərəkət edib yarışmağa başladılar onlara işıq və səs siqnalından istifadə ederək saxlama əmri verdiklərini həmin anda **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sağa yolun kənarına çəkdi digər nəqliyyat vasitəsini saxlamaq üçün hərəkət etdiklərini, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ə.Əliyev küçəsində yerləşən Koroğlu dairəsində saxladıqları qeyd olunmuşdur. Şəxs əməli inzibati məsuliyyət yaradır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs izahatında restoranda kassada işlədiyini, “Panorama” restoranında pivə süzən kimi işlədiyini, ora müştəri gəldiyini, ayıq sürücü istədiyini, Babək rayonuna aparacağını, maşında onun, maşının sahibi, qadın və başqa bir oğlan olduğunu, onun maşını olmadığını, maşını yerdən götürən kimi, polis maşınının işıq verdiyini, yanında maşın olduğunu, polisin onu saxladığını, maşınını saxladığını, ona yarış keçirdiyini dediklərini, digər sürücünün polis işçilərinə içəriyə aparılmamasını dediklərini, onun 2 uşaq atası olduğunu, maşını yerdən qaz verərək götürdüyünü, etiraf edir ki, surətlə sürdüyünü, birinci dəfə elə maşını sürdüyünü, ilk dəfə məhkəmədə olduğunu, polis əməkdaşına heç bir hörmətsizlik etmədiyini, digər maşının sahibi Mətini tanıdığını, onunla dost olduqlarını, lakin həmin vaxt yarışmadıqlarını bildirmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs X4 izahatında xidmət apardıqlarını, gecə saat 3-ün yarısı olduğunu, yüksək səs gəldiyini, onlara yaxınlaşanda yaşıl işıqda dayandıqlarını, sonra sürməyə başladıqlarını, sonra hər iki şəxsi saxladıqlarını, Koroğlu dairəsində saxladıqlaırını, hər ikisinin sürətli sürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında həmin gün xidmətdə olduqlarını, hər iki avtomobilin Əziz Əliyev küçəsi tərəfindən gəldiklərini, nəqliyyat vasitəsinin səsinə döndüklərini, Kanal35 tərəfdə olduqlarını, yaşıl işıq yanında sürməyə başladıqlarını, onların işiq verdiklərini, 560 nömrəli maşının sürüb getdiyini, 045 nömrəli maşının saxladığını, sürətli sürdüklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə görə aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündün bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilir. İş üzrə inzibati xəta törətmiş şəxsin, protokol tərtib edən şəxsin və şahin izahatı ilə yanaşı həmin vaxt kamera görüntüləri də təqdim edilmiş, hər iki maşının surət yarışı həyata keçirməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, xarekterini, işin halını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar