Məhkəmə qərarları › İş №3(078)-160/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-160/2022

17.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-160/2022 17.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş (FİN:xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs 14 noyabr 2022-ci il tarixdə saat 19:45 radələrində sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadığı halda idarə etdiyi “SEPİGAN” markalı 75-A-127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə-motosikletlə Naxçıvan şəhəri Babək məhəlləsi ilə Fərda Şirniyyat istiqamətindən X10 Kompleksi istiqamətinə hərəkətdə olarkən Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısında əks istiqamətli yola çıxaraq əks istiqamətli yolla hərəkət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “MERCEDES” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi ilə toqquşaraq bir qədər irəli getdikdən sonra motosikletdən asfaltın üzərinə yerə düşmüş və nəticədə hər iki sürücü və Mersedes Benz minik markalı avtomobildə olan sərnişin, xx.xx.2015-ci il təvəllüdlü X7 aldıqları xəsarətlərlə Naxçıvan Muxtar Respublikası Xəstəxanasına aparılmışdır, baş verən yol-nəqliyyat hadisəsi Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində 16 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun tərəfindən törədilən nəqliyyat hadisəsi araşdırılmış və qarşı tərəfin avtomobilinə zərər vurulması, sərnişinlərdən hər hansı birində xəsarətin dərəcəsini müəyyən etmək mümkün olmaması müəyyən edilmişdir. Nəqliyyat hadisəsi nəticəsində özü ağır xəsarət almışdır. Buna görə də cinayət işinin başlanması rədd edilmiş və inzibati protokol tərtib edilmişdir. Əməlini etiraf edir. Sərxoş olduğu vaxt sürücülük vəsiqəsinin istifadə müddətinin bildiyi halda bu əməli törətmişdir. Ailə vəziyyətini, həmçinin zərərçəkmiş şəxslə ziyanın ödənilməsi istiqamətində razılıqlarının olmasını nəzərə alıb ona həbslə bağlı olmayan tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, baş verən yol nəqliyyat hadisəsi araşdırılmış və nəticədə cinayət işinin başlanması rədd edilmişdir. O dostu, onun ailəsi və özünün yoldaşı ilə birlikdə avtomobildə hərəkətdə olarkən motosikletin sürücüsü Şəxs avtomobilin sol yan tərəfi ilə-sürücü kimi onun oturduğu hissə ilə toqquşmuşdur. Dostunun övladı Şahin səthi xəsarət almış, özü isə demək olar ki, xəsarət almamışdır. Onların xəsarətini təyin etmək mümkün olmamışdır. Ancaq motosikletin sürücüsü Şəxs ağır xəsarət almış, özü isə sərxoş olmuşdur. Onun idarə etdiyi avtomobilə 1900 manata qədər ziyan dəymişdir. O ziyanın ödənilməsi ilə bağlı Şəxslə razılaşmışdır ki, motosliket satılıb zərər qarşılanacaqdır. Qeyd edilənlərin nəzərə alınıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkibi vardır. Şəxs əməli işdə olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş AXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Belə ki, iş materiallarından görünür ki, Şəxs 14 noyabr 2022-ci il tarixdə saat 19:45 radələrində sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadığı halda idarə etdiyi “SEPİGAN” markalı 75-A-127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiləmotosikletlə Naxçıvan şəhəri Babək məhəlləsi ilə Fərda Şirniyyat istiqamətindən X10 Kompleksi istiqamətinə hərəkətdə olarkən Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısında əks istiqamətli yola çıxaraq əks istiqamətli yolla hərəkət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “MERCEDES” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi ilə toqquşaraq bir qədər irəli getdikdən sonra motosikletdən asfaltın üzərinə yerə düşmüş və nəticədə hər iki sürücü və Mersedes Benz minik markalı avtomobildə olan sərnişin, xx.xx.2015-ci il təvəllüdlü X7 aldıqları xəsarətlərlə Naxçıvan Muxtar Respublikası Xəstəxanasına aparılmış, Zərərçəkmiş şəxs idarə etdiyi “MERCEDES” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. İş materiallarında olan məqliyyat vasitələrinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli Aktlardan görünür ki, Mercedes Banz 190 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “SEPİGAN” markalı 75-A-127 dövlət qeydiyyat nişanlı motosiklet Naxçıvan şəhər DYPİ-nin duracağına yerləşdirilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X1 alınmış xx.xx.2022-ci il tarixli 147 saylı ekpert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X1 alınmış xx.xx.2022-ci il tarixli 148 saylı ekpert rəyindən görünür ki, X2 bədənində sağ dizin ön səthində qançır, qançırın küt əşyanın təsirindən törəndiyi, avto-qəza zamanı yarana bildiyi, xəsarətin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi, zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materiallarında olan məhkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2022-ci il tarixli 349 nömrəli rəyindən aydın olur ki, SEPİGAN YF 200ZHE markalı 75-A-127 dövlət qeydiyyat nişanlı motoskiletin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməklə hadisəni almağa texniki imkanının olduğu, həmin maddənin tələblərinə riayət etməklə hadisəni almağa texniki imkanının olduğu, həmin maddənin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, Mercedes Benz 190 minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alması ilə əlaqədar hərkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum olmadığı göstərilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 703 nömrəli aktdan aydın olur ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 1822 nömrəli aktdan aydın olur ki, Şəxs 1.58% alkoqol sərxoşluğu müəyyən edilmişdir. 21 noyabr 2022-ci il tarixli nöqsan aktında müəyyən edilmişdir ki, MERCEDES BENZ 190 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əzilərək sıradan çıxmış, təmirə ehtiyacı olan hissə və detallar-sol qabaq qapı, şüşəsi, şüşəsinin əlcəyi, sporları, padiyemniki, abifkası, -sol arxa qapı, şüşəsi, şüşəsinin əlcəyi, sporları, padiyemniki, abifkası,-sol güzgü,-sol qabaq krlo və xırda sporleri,-sol arxa krlo və xırda sporleri, -sol qabaq və arxa qapıların ayaqaltı kapronu,-mator paduşkası,-radiyator,-qapı arası sdoykanın içəri kapronu,-hava tapançalarıdır. İş materiallarında olan Naxçıvan MR Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2022-ci il tarixli 350 nömrəli rəyindən aydın olur ki, “Mercedes Banz 190 minik” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyanın məbləği 1890 (bir min səkkiz yüz doxsan) manat həcmində müəyyən olunur. (1040 manat dəyişilməli olan hissələrin dəyəri, 850 manat təmir bərpa işi) İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin baş müstəntiqi polis kapitanı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 dekabr 2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində inzibati xətanın tərkib əlamətləri mövcud olduğundan inzibati icraata başlanması üçün Naxçıvan Şəhər Polis İdarəsinin DYPB-nə göndərilməsi və hadisə nəticəsində maddi ziyan vurulmuş Mercedes Benz 190 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Zərərçəkmiş şəxs qaytarılması barədə qərar qəbul etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 16 dekabr 2022-ci il tarixdə verilmiş 03/2105 nömrəli arayışa əsasən Babayev X5 qeydiyyatda durmur və heç bir növ müavinət və təqaüd almır. Akademik Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 16 dekabr 2022-ci il tarixdə verilmiş 3053 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilən 16 dekabr 2022-ci il tarixli 2134 nömrəli arayışdan aydın olur ki, Babayev X6 şəhər 7-ci küçə döngə 22 ünvanında qeydiyyatdadır və aşağıdakı ailə üzvləri varı: X4 həyat yoldaşı-1983, X9–qızı-2012 və X8-qızı-2015. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə əzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-cü maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. İXM-in 334.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dispozitiv şərtləri tənzimləyir. Həmin Məcəllənin 334.3-cü bəndi göndərici dispozisiya olmaqla həmin Məcəllənin 334.1-ci maddəsinin dispozisiyasında göstərilən hallara göndərir və bu bənddə göstərilir ki, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun sərxoş olması məsuliyyətini ağrılaşdıran hal olsa da təqsirli bilindiyi İXM-in 334.3-cü maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan məsuliyyəti ağırlaşdıran hal kimi təkrar nəzərə alına bilməz, ona görə də onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati qaydada tutma haqqında 0329 nömrəli protokoldan görünür ki, Şəxs 16 dekabr 2022-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat miqdarında cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar