Məhkəmə qərarları › İş №3(078)-161/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-161/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-161/2024 06.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Naxçıvan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol Azərbaycan Respublikası DİN Bakı şəhər Qaradağ Rayon Polisi İdarəsi tərəfindən baxılması üçün inzibati material xx.xx.2024-cü il tarixli 3-13-48/2-5904/2024 nömrəli müşayət məktubu ilə birlikdə aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, inzibati material xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında iz üzrə qərarı icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən vətəndaş Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokolda əks etdirilməsi zəruri olan məlumatlar və protokola aid tələblər sadalanmışdır. Hazırki protokolda vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən inzibati tənbeh vermə haqqında protokolun və qərarın Şəxs təqdim edilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin onun səlahiyyətlərinə aid olub-olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tətbiq edilibedilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmamasını həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Qaradağ Rayon DYPŞ tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım: Azərbaycan Respublikası DİN Bakı şəhər Qaradağ Rayon DYPŞ tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar