Məhkəmə qərarları › İş №3(078)-162/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-162/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-162/2025 01.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1979-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, ali təhsilli, usta, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 979/2024 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-656/2024 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-652/2024 saylı, xx.xx.2024-cü il tarixli və Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 81-206 saylı, xx.xx.2024cü il tarixli icra sənədləri üzrə borclu Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokola, əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində icra məmuru X5 tərəfindən Şəxs izahatı alınmışdır. xx.xx.2025-ci il tarixli Şəxs ərizəsindən aydın olur ki, müdafiəçi tutmaq istəmir və bu onun maddi imkanı ilə bağlı deyildir. xx.xx.2025-ci il tarixli Şəxs ərizəsindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-979/2024 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 656/2024 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-652/2024 saylı, xx.xx.2024-cü il tarixli və Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 8İ-206 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə iş materialları ilə tanış olub və heç bir etirazı yoxdur. xx.xx.2025-ci il tarixli Şəxs ərizəsindən aydın olur ki, Şəxs hüquq və vəzifələri izah olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-979/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə, əsasən, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-656/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə, əsasən, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-652/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə, əsasən, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 8İ-206 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə, əsasən, Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1031 manat 67 qəpik (min otuz bir manat altmış yeddi qəpik) pul tutulması qeyd olunmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna, əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 979/2024 saylı, xx.xx.2024-cü il tarixli icra icraata götürülməsinə dair qərar və tələbin könüllü icrası barədə bildiriş məlumat üçün borclu xx.xx.1979-cu il tarixdə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs və ya yetkinlik yaşına çatmış üzvlərinə təqdim olunması və yaxud məzmununun çatdırılması üçün Naxçıvan Şəhər 3 Nömrəli Mənzil İstismar İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin məktubundan aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "X3" Açıq Səhmdar Cəmiyyətinin Şəxs qarşı pul tələblərinə dair Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-979/2024 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-656/2024 saylı, xx.xx.2024-cü il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-652/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri borclu Şəxs ölkədən getmək hüququ Naxçıvan Şəhər Məhkəməsinin 8(078)- 194/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti məhdudlaşdırılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi xx.xx.2025-ci il tarixdə Şəxs barəsində “borclunun axtarışı haqqında qərar” qəbul etmişdir. xx.xx.2025-ci il tarixli “Mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə barəsində axtarış işi açılmış, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə” akta, əsasən, Hacısoy X2 Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna, əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 656/2024 saylı, xx.xx.2024-cü il tarixli icra icraata götürülməsinə dair qərar və tələbin könüllü icrası barədə bildiriş məlumat üçün borclu xx.xx.1979-cu il tarixdə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs və ya yetkinlik yaşına çatmış üzvlərinə təqdim olunması və yaxud məzmununun çatdırılması üçün Naxçıvan Şəhər 3 Nömrəli Mənzil İstismar İdarəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna, əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 652/2024 saylı, xx.xx.2024-cü il tarixli icra icraata götürülməsinə dair qərar və tələbin könüllü icrası barədə bildiriş məlumat üçün borclu xx.xx.1979-cu il tarixdə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs və ya yetkinlik yaşına çatmış üzvlərinə təqdim olunması və yaxud məzmununun çatdırılması üçün Naxçıvan Şəhər 3 Nömrəli Mənzil İstismar İdarəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna, əsasən Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 8İ-206 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icraata götürülməsinə dair qərar və tələbin könüllü icrası barədə bildiriş borchh ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs və ya yetkinlik yaşına çatmış ailə üzvlərinə təqdim olunması və yaxuc məzmununun çatdırılması üçün Naxçıvan Şəhər 3 Nömrəli Mənzil İstismar İdarəsinə göndərilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında birlikdə 15000 manat borcu olduğunu, şirkətdə işlədiyi müddətdə gecikməsi olmadığını, bir ilə yaxındır ki, ödəyə bilmədiyini, evini satışa qoyduğunu, ev satılan kimi borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında icra məmuru X5 izahatında Zərərçəkmiş şəxs1a 8517.29 manat , “Unibank”a 4652.76 və 1186.04 manat borcunun olduğunu, “AzətTürk” banka 1031.67 manat borcunun olduğunu, Zərərçəkmiş şəxs1a 68 manat ödəniş etdiyini, daha sonra ödəniş etmədiyini, işdən çıxdığına görə tutmanın əmək haqqına yönəldilə bilmədiyini, şəxsi axtarışa verdiklərini, axtarışla gəldiyini, ölkədən çıxışına məhdudiyyət qoyduğunu, şəxsin xəbərinin olduğunu, sistem iki iş yerinin görsənsə də, iş yerinin olmadığını bildirmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar