Məhkəmə qərarları › İş №3(078)-163/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-163/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-163/2025 07.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı, şikayət vermiş şəxs X3 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024cü il tarixdə tərtib etdiyi protokolundan verdiyi şikayəti işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Şikayət vermiş şəxs X5 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024-cü il tarixdə tərtib etdiyi protokolun qanunsuz olduğu üçün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 buraxılmış prosessual müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddəti bərpa edərək onun Naxçıvan MR FHNnə qarşı protokolun ləğv edilməsi tələbinə baxıb həmin protokolun ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, X3 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolundan verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan görünür ki, şikayət vermiş şəxs X5 inzibati tənbeh vermə haqqına qərardan deyil inzibati xəta haqqında protokoldan şikayət vermiş və həmin protokolun ləğv edilməsini istədiyini qeyd etmişdir. Azərbaycan Respublikası qanunvericiliyində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, X1 Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin protokolundan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsə də Azərbaycan Respublikası qanunvericiliyində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından inzibati xəta haqqında protokoldan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası da mümkün deyildir. Həmçinin məhkəmə X3 diqqətinə çatdırır ki, inzibati orqanın qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxmaq səlahiyyəti inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana məxsusdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, X3 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolundan verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X3 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolundan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar