Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-164/2023 17.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, iki uşaq atası, işsiz, deməsinə görə əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli, 008896 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib olunmuş 17 aprel 2023-cü il tarixli, 008896 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 16 aprel 2023-cü il tarixdə Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi ilə N.Tusi küçəsinin kəsişməsində xidmətdə olan polis əməkdaşına yaxınlaşmış, yol soruşmuş, daha sonra onun ünvanına nalayiq ifadələr işlətmiş və nizam-intizama dəvət olunmasına baxmayaraq məhəl qoymamış və onun qanuni tələbinə məhəl qoymamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, 16 aprel 2023-cü il tarixdə dostu ilə görüşmək üçün şəhərə gəldiyini, dostu ilə daha sonra şəhərdə yemək yeyərək araq içdiyini, içdikdən sonra şəhərdə gəzərək evə getməyi fikirləşdiyini, Koroğlunun heykəlinin yanından keçərkən orada polis əməkdaşını gördüyünü, ona yaxınlaşıb yol soruşduğunu, polisin yolu göstərib onu yola saldığını, özünün isə polisdən onu yola salmasını istədiyini, polis əməkdaşı etiraz etdikdə içkili olduğu üçün özünü idarə edə bilməyib onun ünvanına söyüşlər söydüyünü, polis əməkdaşı onu nizam-intizama dəvət etsə də yenə də əməlinə davam etdiyini, sonradan onun polis əməkdaşları tərəfindən sərxoşluq halının müayinə edilməsi üçün müayinəyə aparıldığını, onda sərxoşluq vəziyyətinin aşkarlandığını, sərxoş vəziyyətdə olduğu üçün belə hərəkətlərə yol verdiyini, etdiyi əməldən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində 16 aprel 2023-cü il tarixdə C.Məmmədquluzadə küçəsində xidməti vəzifəsini yerinə yetirərkən saat təxminən 16:00 radələrində bir nəfər şəxsin ona yaxınlaşdığını və avtovağzala necə gedəcəyini soruşduğunu, onun da yolu ona göstərərək necə gedəcəyini bildirdiyini, daha sonra onu yola salmağını tələb etdiyini, onun isə xidmətdə olduğu üçün postu tərk edə bilmədiyinə görə onu yola sala bilməyəcəyini bildirdiyini, həmin vaxt şəxsin ucadan onun ünvanına nalayiq ifadələr işlətdiyini, onun isə şəxsi sakit olmağa və ictimai qaydaları pozmamağa dəvət etdiyini şəxsin isə ucadan səs-küy etməyə başladığını, söyüşlər söyməyə davam etdiyini, şəxsin üzərindən kəskin spirt iyinin gəldiyini və hərəkətlərində sərxoş olduğunun anlaşıldığını, buna görə də zəng vuraraq post patrul xidmətinə şəxs barəsində məlumat verdiyini, avtopatrul xidmətinin onların yanına gəldiyini, şəxsin onlara da tabesizlik göstərdiyini, yenə də onların yanında da söyüş söyərək səs-küy salmağa davam etdiyini, polis əməkdaşlarının onu maşına mindirərək həmin ərazidən apardıqlarını bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində 16 mart 2023-cü ildə avtopatrulda xidmətdə olarkən saat təxminən 16:00 radələrində postda olan polis serjantı X7 zəng vuraraq C.Məmmədquluzadə küçəsində xidməti vəzifələrini yerinə yetirərkən sərxoş vəziyyətdə bir nəfərin ona yaxınlaşdığını və ucadan nalayiq ifadələr işlətdiyini bildirdiyini, həmin şəxsin onun qanuni əmirlərinə tabe olmadığını, avtopatrul ilə həmin yerə getdikdə şəxsin üzərindən kəskin spirt iyinin gəldiyini və ayaq üstə dura bilmədiyini gördüyünü, onlar oraya çatdıqda şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini gördüyünü, onlar ora çatdıqdan sonra şəxsin söyüşlərinə davam etdiyini, onu nizam intizama dəvət etsələr də onun onlara məhəl qoymadığını, hərəkətlərinə davam etdiyini, şəxsin onların qanuni əmirlərinə tabe olmadığı üçün və patrul maşınına minməkdən imtina etdiyinə görə şəxsin onlar tərəfindən patrul maşınına mindirildiyini, ilkin olaraq X21da sərxoşluq müayinəsindən keçirildiyini və daha sonra şəxsi Naxçıvan Şəhər Polis idarəsinə gətirərək növbətçi hissəyə təhvil verdiklərini bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində 16 aprel 2023-cü il tarixdə Əlincə servisdən çıxdığını, Cahan AVM-ə gedərkən Koroğlu heykəlinin yanına çatarkən bir nəfər alçaq boylu təxminən 40-45 yaşlarında kişinin polis serjantı ilə mübahisə etdiyini, onun ayaq saxlayaraq həmin şəxsin polisə nalayiq ifadələr işlətdiyini gördüyünü, polisin isə ondan nizam-intizamlı olmağı tələb etdiyini, onu sakitləşdirməyə çalışdığını, amma sakitləşdirə bilmədiyini, polis əməkdaşı tərəfindən əlavə polislərin dəvət edildiyini, həmin polis əməkdaşları gəldikdə də şəxsin öz söyüşlərinə davam etdiyini, gələn polis əməkdşlarının həmin şəxsi idarəyə apardıqlarını, əməkdaşların onun da ad soyadını qeyd etdiklərini və ondan şahidlik etməyini xahiş etdiklərini, onun da qəbul etdiyini, həmin gün polis idarəsindən zəng gəldiyini, şahidlik etməyi ilə bağlı idarəyə dəvət olunduğunu, polis idarəsində getdikdə nalayiq ifadələr işlədən şəxsin adının soyadının Şəxs olduğunu öyrəndiyini bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası X20 tərəfindən 17 aprel 2023-cü il tarixdə verilmiş məktuba əsasən Şəxs tibbi müayinədən keçdiyi və ona “praktik sağlam” diaqnozu qoyulduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 04/334 nömrəli arayışdan görünür ki, Şəxs Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və heç bir növ müavinət və təqaüd almır. İş materiallarına əlavə edilmiş Culfa rayon İcra Hakimiyyətinin Culfa şəhər Mənzil istismar sahəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 991 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən ünvan 2 ünvanında yaşayır və həmin mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Culfa rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 54 nömrəli arayışdan görünür ki, Şəxs Culfa rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə edilmiş Culfa rayon İcra Hakimiyyətinin Culfa şəhər Mənzil istismar sahəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs öhdəsində heç bir ailə üzvü yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Culfa Rayon Şöbəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 194 nömrəli arayışdan görünür ki, Şəxs əmək pensiyası hüququ yaranmadığından heç bir nöpv əmək pensiyası təyin edilməmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 17 aprel 2023-cü il tarixdə saat 13:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 16 aprel 2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin post-patrul xidməti bölüyünün manqa komandiri polis baş serjantı X5 tərəfindən verilən raportda 16 aprel 2023-cü il tarixdə Türk Yaşayış evi önündə xidmətdə olan polis serjantı X8 1 nəfər vətəndaş yaxınlaşaraq ondan Culfa rayonuna necə gedə biləcəyini soruşduğunu, ona yolu izah edən zaman vətəndaş əməkdaşa qarşı nalayiq ifadələr işlətməyə başladığını, bundan sonra əməkdaşın ona zəng edərək həmin əraziyə avtopatrul çağırdığını, avtopatrul yaxınlaşdıqdan sonra vətəndaşın içkili olduğundan şübhələnərək onu X21 Mərkəzinə apardıqlarını, spirtli içki müayinəsindən sonra vətəndaşda 1.26 promil sərxoşluq dərəcəsinin olduğunun məlum olduğunu, onu Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini və növbətçi hissəyə təhvil verdiklərini, Culfa rayon sakini Şəxs olduğunun məlum olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 669 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həqiqətən də alkoqol şərxoşluğu vəziyyəti vardır və müayinənin nəticəsi 1.26 promildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi iş üzrə ağırlaşdırıcı haldır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halı nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X12 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-164/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-164/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver