Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-165/2023 18.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Culfa rayonu, Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, işsiz, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 18 aprel 2023-cü il tarixli, 3-13-43-6/2-1861/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 18 aprel 2023-cü il tarixli, 001751 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. 18 aprel 2023-cü il tarixli, 001751 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 17 aprel 2023-cü il tarixdə Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən 044 kafedə sərxoş vəziyyətdə səs-küy salmış nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında 17 aprel 2023-cü il tarixdə, saat 17:20 radələrində keçmiş həyat yoldaşı Əfsanənin işlədiyi Naxçıvan şəhərində yerləşən “044” çay evinə getdiyini, orada 2 bakal pivə və araq içdiyini, keçmiş həyat yoldaşının orada işləməyinə əsəbiləşib səs-küy saldığını, orada olan müdirlə, işçilərlə Əfsanəyə görə mübahisə etdiyini, içkili olduğuna görə keçmiş həyat yoldaşının orada işləməsinə dözə bilmədiyini, bunun üçün orada mübahisə edib səsküy saldığını, çay evinin müdirinin onu çölə çıxartdığını, etdiyi əmələ görə yəni səs-küy salıb ictimai qaydanı pozduğu üçün ora polis çağırdıqlarını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək məhkəmədən onun barəsində yüngül tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X5 məhkəməyə verdiyi izahatında bir neçə ay olar ki, yoldaşından rəsmi olaraq ayrıldığını, iki ay olar ki, “044” çay evində mətbəxdə qabyuyan işlədiyini, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində keçmiş həyat yoldaşı Şəxs işkili vəziyyətdə işlədiyi yerə gələrək orada spirtli içki qəbul etməyə davam etdiyini, onun barəsində danışaraq söyüşlər söydüyünü, özünün mətbəxin qapısı açıq olduğundan onun səsini eşitdiyini, onun gəldiyini görüb kafeni işlədən Nuri bəyə keçmiş həyat yoldaşı Məhəmmədi oradan uzaqlaşdırmaq istədiyini dediyini, Məhəmmədin özü gəlmədən öncə ona yazaraq ora gələcəyini, problem yaradacağını bildirdiyini, Nuri bəyin anası Kifayət xanımın ona yaxınlaşaraq orada içki içməməyini və oranı tərk etməsini istədiyini, Məhəmmədin isə təkidlə getmək istəmədiyini dediyini, orada səs-küy salmağa başladığını, söyüşlər söydüyünü, onu nə qədər sakitləşdirmək istəsələr də heç kimi eşitmədiyini, bu zaman Kifayət xanımın 102-yə zəng edərək polisi dəvət etdiyini bildirdi. Məhkəmə iclasında izahat verən şahid X2 məhkəməyə verdiyi izahatında xx.xx.2023cü il tarixdə, saat təxminən 20:00 radələrində onun 044 kafeyə gəldiyini, orada tanımadığı bir şəxsin oturub içdiyini gördüyünü, nalayiq söyüşlərlə danışdığını gördüyünü, onun da vətəndaşa burda söyüşlə danışmayıb buranı tərk etməsini söylədiyini, kafenin müdirinin anası Kifayət xalanın həmin şəxsdən kafeni tərk etməsini, insanları narahat etməməsini istədiyini, onun isə məhəl qoymayaraq çıxmaq istəmədiyini, söyüşlər söydüyünü, səs-küy saldığını, çoxsaylı xahişlərdən sonra onun kafeni tərk edib çöldə hovuzun kənarında dayandığını, getmədiyini və içkili vəziyyətə olduğuna görə yıxıldığını, sonra Kifayət xalanın 102-yə zəng edərək polisi dəvət etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X8 şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 205 nömrəli məktuba əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “praktik sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon Şöbəsi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli, 197 nömrəli arayışa əsasən Şəxs heç bir növ əmək pensiyası təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04/338 nömrəli arayışa əsasən Quliyev X3 qeydiyyatda deyil və ona heç bir növ sosial müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilmir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 55 nömrəli arayışa əsasən Quliyev X3 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə edilmiş Culfa Rayon İcra Hakimiyyətinin Yaycı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli, 231 nömrəli arayışdan görünür ki, Culfa rayon, Yaycı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Culfa Rayon İcra Hakimiyyətinin Yaycı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli, 230 nömrəli arayışdan görünür ki, Şəxs həyat yoldaşı-X6 və qızı-X4 adlı ailə üzvləri vardır. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞnin polis sahə rəisi, polis mayoru Feyzullayev İlham tərəfindən verilən raportda xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər, Ə.Əliyev küçəsində yerləşən “044” kafedə bir nəfər şəxsin səs-küy saldığına, uca səslə nalayiq ifadələr işlətdiyinə və ictimai qaydanı pozduğuna dair növbətçi hissədən məlumat daxil olduğu, həmin ünvana getdikləri, hadisə şahidlərinin və həmin şəxsin pasport məlumatlarını qeyd etdikləri və onun Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdikləri, həmin şəxsin Culfa rayon, Yaycı kənd sakini Şəxs olduğu məlum olduğu, şəxsin əməlində xırda xuliqanlıq əlamətləri olduğu tərəfindən müəyyən olduğunun məlum olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 18 aprel 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 18 aprel 2023-cü il tarixdə, saat 14:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal isə yoxdur. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, məsuliuyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də onun barəsində inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 6 (altı) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-165/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-165/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver