Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-165/2024 05.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, ArazNet Telekomda kabel ustası işləyir, deməsinə görə əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə məhkum olunub, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: 05 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. 02 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin daşınmasında və istifadə edilməsində şübhəli bilinən Şəxs saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmiş, Şəxs üzərində aparılan şəxsi axtarış zamanı onun üzərindən isti gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülü içərisində 04 ədəd toxuma bənzər olan kiçik dənəciklər, yaşadığı evin həyətyanı sahəsindən hündürlüyü 14 sm olan yaş vəziyyətdə 01 ədəd narkotik tərkibli bitki aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, narkotik vasitənin götürülməsi barədə videogörüntü və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Naxçıvan şəhər Azərbaycan məhəlləsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq, narkotik vasitələrin daşınması, saxlanılması və istifadəsində şübhəli bilindiyi üçün Naxçıvan Şəhər Polis İdarəsinə aparılmış, İdarədə üzərində çətənə birkisinin toxumu olduğunu, başqa narkotik vasitə olmadığını bildirmişdir. Üzərinə baxış keçirilmiş və üzərindən çətənə bitkisinin toxumları götürülmüşdür. Yaşadığı evin həyətyanı sahəsindən 01 ədəd çətənə bitkisi aşkar edilərək götürüldü. Əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum olunub. Şəxs əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs 02 aprel 2024-cü il tarixdə saat 20:59-da şübhəli şəxs qismində tutulmuş, vəkilin, iki nəfər polis əməkdaşının iştirakı ilə videogörüntü ilə üzərində və həyətində axtarış aparılmış, üzərindən çıxan narkotik vasitəyə bənzər kütlə, yaşadığı evin həyətyanı sahəsindən hündürlüyü 14 sm yaş vəziyyətdə 01 ədəd narkotik tərkibli bitki aşkar edilib qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 351 nömrəli ekspert arayışına əsasən Şəxs üzərindən aşkar edilən bir ədəd hündürlüyü 14 sm, təmiz çəkisi 0.268 qram olan yaş vəziyyətdə bitki nümunəsi əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. 04 ədəd toxum isə çətənə toxumlarıdır. Çətənə toxumları narkotik vasitə hesab edilmir. Çətənə (kannabis) bitkisinin təmiz çəkisi 0.268 qram, tədqiqata sərf edildi 0.02 qram, qalıq 0.248 qram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə ikii yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqındai” Azərbaycan Respublikasının Qanununda çətənə növlü bitkilər 3-15 ədəd (6-30 hissə) xeyli miqdar hesab olunur. Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı İsmayıl Məhərrəmov tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı Şəxs yaşadığı evin həyətyanı sahəsindən hündürlüyü 14 sm və təmiz çəkisi - 0.268 qram olan yaş vəziyyətdə 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar olunduğundan və Qanunda nəzərdə tutulan xeyli miqdardan az olduğundan toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edildiyindən 03 aprel 2024-cü il tarixdə Şəxs şübhəli şəxs qismində statusuna xitam verilmiş və o, saxlandığı Naxçıvan MR Daxili İşlər Nazirliyinin bilavasitə tabeliyində olan MSY-dən azad edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə 05 aprel 2024-cü il tarixdə 017614 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə almışdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə ikii yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş üzrə şübhəli şəxsin tutma protokolundan aydın olur ki, Şəxs 05 aprel 2024-cü il tarixdə saat 12:00-da radələrində tutulmuşdur. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin müddətinin 05 aprel 2024-cü il tarixdən hesablanması nəticəsinə gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasına saxlanılan 1 (bir) ədəd hündürlüyü 14 sm, qalıq çəkisi 0.248 qram olan, yaş vəziyyətdə bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannibis) bitkisi müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin müddəti 05 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan Şəhər Polis İdarəsində saxlanılan 1 (bir) ədəd hündürlüyü 14 sm, qalıq çəkisi 0.248 qram olan, yaş vəziyyətdə bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannibis) bitkisi müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhvetmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-165/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-165/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver