Məhkəmə qərarları › İş №3(078)-166/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-166/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-166/2024 06.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakları ilə, xx.xx.1999-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 06 aprel 2024-cü il tarixli, 242084/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 06 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Məhkəməsinin 2(078)-1127/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 10 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 06 yanvar 2021ci il tarixli müqaviləyə əsasən 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə borcu və 15 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 537.60 (beş yüz otuz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 53.40 (əlli üç manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 976 (doqquz yüz yetmiş altı) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 12 oktyabr 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-2413 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, ev 71 ünvanında yerləşən X9 Səhmdar Cəmiyyəti / VÖEN:********** xeyrinə Naxçıvan şəhəri Nizami ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2020 - Naxçıvan MR PQMİ ŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1999) BBUM4395486A112 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 630.15 (altı yüz otuz manat on beş qəpik) manatın tutulmasını və bundan əlavə borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25.00 (iyirmi beş manat sıfır qəpik) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 655.15 (altı yüz əlli beş manat on beş qəpik) manat pulun tutulmasını qeyd etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında qərarla 27 iyul 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1127/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən "xxxx" MMC-yə 1006 manat və Naxçıvan Şəhər 3 saylı notariat kontorunun 8İ-2413 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən "xxxx" ASC-nə 655.15 manat pul ödəməli olduğunu, tələbi könüllü təmin etmədiyindən xx.xx.2024-cü il tarixə axtarışa verildiyini, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gətirildiyini, əvvəl işlədiyini, iş yeri olduğu üçün ödəniş edə bildiyini, daha sonra işdən çıxarıldığını, son 1 aydır Bakı şəhərində kuryer işlədiyini, ödəniş etməkdən heç vaxt boyun qaçırmadığını, ödəniş edəcəyini, maddi imkanı olmadığından tələbi təmin edə bilmədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X4 izahatında şəxsin neçə aylardır ödəniş etmədiyini, rəsmi olaraq ödəniş etməsinə dair heç bir sənədin olmadığını, tələbkarların da pulun ödənilməsini tələb etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 10 oktyabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Məhkəməsinin 2(078)-1127/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 06 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə borcu və 15 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 537.60 (beş yüz otuz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 53.40 (əlli üç manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 976 (doqquz yüz yetmiş altı) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 12 oktyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Məhkəməsinin 2(078)-1127/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 12 oktyabr 2023cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-2413 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1014, Bakı şəhəri Nəsimi rayonu, Füzuli, ev 71 ünvanında yerləşən X9 Səhmdar Cəmiyyəti / VÖEN:********** xeyrinə Naxçıvan şəhəri Nizami ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2020 - Naxçıvan MR PQMİ ŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1999) BBUM4395486A112 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 630.15 (altı yüz otuz manat on beş qəpik) manatın tutulmasını və bundan əlavə borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25.00 (iyirmi beş manat sıfır qəpik) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 655.15 (altı yüz əlli beş manat on beş qəpik) manat pulun tutulmasını qeyd etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 24 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-2413 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 15 mart 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1999-cu il tarixdə doğulmuş, Naxçıvan şəhəri, N.Gəncəvi, ev 48 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 06 aprel 2024-cü il tarixli axtarışda olan Şəxs Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə aktdan qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 5850 nömrəli qərarı ilə axtarış elan olunmuşdur. Naxçıvan şəhər Polis idarəsi tərəfindən aparılan axtarış tədbirləri nəticəsində Şəxs yeri müəyyən edilərək, Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 06 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar