Məhkəmə qərarları › İş №3(078)-166/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-166/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-166/2025 03.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X2 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, İ.Həmzəyev küçəsi ev 12 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 03 aprel 2025-ci il tarixli, 250692/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-499/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 12 iyul 2021-ci il tarixli icra sənədinə əsasən 20 noyabr 2019-cu il tarixli, 01063350 saylı müqavilə üzrə 670 (altı yüz yetmiş) manat əsas borc, 67 (altmış yeddi) manat cərimə, 21 noyabr 2019-cu il tarixli, 01067090 saylı müqavilə üzrə 290 (iki yüz doxsan) manat əsas borc, 29 (iyirmi doqquz) manat cərimə, cəmi 1056 (bir min əlli altı) manat məbləğində borcun cavabdeh Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və iş üzrə cavabdeh Şəxs 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 13 iyul 2021-ci il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-972/2024 saylı, 09 iyul 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 16 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 12 avqust 2023-cü il tarixli 51 nömrəli kredit-satış müqaviləsinə əsasən 900 (doqquz yüz) manat əsas borcun, gecikdirilmiş penya pulu olan 90 (doxsan) manat olmaqla nəticə etibarı ilə ümumilikdə 990 (doqquz yüz doxsan) manat məbləğində borcun iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulması və Zərərçəkmiş şəxs1 MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X10 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 20 avqust 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 8İ-3202 nömrəli, 30 oktyabr 2023-cü il tarixli icra qeydi ilə Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN:********** xeyrinə Naxçıvan şəhəri, İ.Həmzəyev küçəsi ünvanında qeydiyyatda olan Şəxs **********6 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 57 manat 50 qəpik (əlli yeddi manat əlli qəpik) tutulması və bundan əlavə borclu Şəxs 47.50 (qırx yeddi manat əlli qəpik) manat məbləğində cərimə (penya), tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 130 manat 00 qəpik (yüz otuz manat sıfır qəpik) pul tutulmasını qeyd etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında 04 noyabr 2023-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işlədiyi vaxt ödəniş etdiyini, 2024-cü ilin avqust ayına qədər ödəniş etdiyini, həmin vaxt işdən çıxarıldığı üçün ödəniş edə bilmədiyini, üç icra sənədi üzrə cəmi 1300 manat borcu olduğunu, sonuncu dəfə 6-7 ay əvvəl ödəniş etdiyini, bu ayın sonuna qədər ödəniş edəcəyini, vaxt verilməsini istədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X7 izahatında özünün iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, məhkəmənin də qətnaməni çıxarıb icraya yönəldiyini, ancaq bəzi şəxslər var ki, onların borclarını ödəmədiyini, həmçinin bununla yanaşı çayçıda oturub “guya bizə nə edirlər ki, icra məmurunun qarşısına 2-3 manat atacağıq bitib gedəcək” dediklərini, hazırki iş üzrə borclunun da heç bir ödəniş etmədiyini, 2024-cü ilin iyul ayından qətnamənin çıxdığını, borclunun bir dəfə olsun gəlib “gücüm 50 manata çatır bunu ödəyim” demədiyini, əksinə gedib başqa cür danışdığını, bu səbəbdən də ədalətli qərar verilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında şəxsin Zərərçəkmiş şəxs1 MMC-yə 1020 manat borcu olduğunu, bu borcdan heç bir ödəniş həyata keçirmədiyini, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 130 manat borcu olduğunu, həmin icra sənədi üzrə də heç bir ödəniş həyata keçirmədiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcundan 2023-cü ilin may ayınadək 54 manat ödəniş həyata keçirdiyini, hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə də 213 manat borcu olduğunu, şəxsin işsiz olduğunu, dəfələrlə xəbərdarlıq məktubu göndərdiklərini, icra şöbəsinə gəlmədiyini, şəxsin məcburi gətirilməsi barədə qərar çıxarıldığını, ancaq şəxsin bu gün könüllü olaraq icra şöbəsinə gəldiyini, məhkəmə qərarının dövlətin adından çıxarıldığını, icrasının məcburi olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 12 iyul 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-499/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən 20 noyabr 2019-cu il tarixli, 01063350 saylı müqavilə üzrə 670 (altı yüz yetmiş) manat əsas borc, 67 (altmış yeddi) manat cərimə, 21 noyabr 2019-cu il tarixli, 01067090 saylı müqavilə üzrə 290 (iki yüz doxsan) manat əsas borc, 29 (iyirmi doqquz) manat cərimə, cəmi 1056 (bir min əlli altı) manat məbləğində borcun cavabdeh Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və iş üzrə cavabdeh Şəxs 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 13 iyul 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-499/2021 saylı, 12 iyul 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 13 iyul 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 16 avqust 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-972/2024 saylı, 09 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən Şəxs 12 avqust 2023-cü il tarixli 51 nömrəli kredit-satış müqaviləsinə əsasən 900 (doqquz yüz) manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 90 (doxsan) manat olmaqla nəticə etibarı ilə ümumilikdə 990 (doqquz yüz doxsan) manat məbləğində borcun iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulması və Zərərçəkmiş şəxs1 MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X10 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 20 avqust 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-972/2024 saylı, 16 avqust 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 20 avqust 2024cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 30 oktyabr 2023-cü il tarixdə verilmiş Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 8İ-3202 nömrəli, 30 oktyabr 2023-cü il tarixli icra qeydi ilə Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN:********** xeyrinə Naxçıvan şəhəri, İ.Həmzəyev küçəsi ünvanında qeydiyyatda olan Şəxs **********6 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 57 manat 50 qəpik (əlli yeddi manat əlli qəpik) tutulması və bundan əlavə borclu Şəxs 47.50 (qırx yeddi manat əlli qəpik) manat məbləğində cərimə (penya), tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 130 manat 00 qəpik (yüz otuz manat sıfır qəpik) pul tutulmasını qeyd etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 04 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 8İ-3202 nömrəli, 30 oktyabr 2023-cü il tarixli icra qeydi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 04 noyabr 2023cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-88/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-972/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-499/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli icra sənədlərinin və Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 8İ-3202 nömrəli, 30 oktyabr 2023-cü il tarixli icra qeydinin icrası üzrə xx.xx.1995-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Hüseynov X4 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar