Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-167/2023 04.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə xx.xx.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod:2CQL20A), orta təhsilli, evli, sahibkar, Naxçıvan şəhəri, 7 A məhəlləsi, döngə 3 ev.32 ünvanında qeydiyyata olmaqla yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 20 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 19 aprel 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275-4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 19 aprel 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, vəzifəli şəxs - Azərbaycan Respublikası vətəndaşı X5 (VÖEN: **********) 12 aprel 2023-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsində **********0002 sorğu nömrəli gömrük bəyannaməsi ilə İran İslam Respublikasından idxal etdiyi MT401-7 nömrəli xx.xx.2023-cü il tarixli fakturanın 1, 2 və 3-cü mövqelərində göstərilən polietilen kisələrin xx.xx.1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşüb-düşməməsi ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük labaratoriyasından verilən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ekspert rəylərinə əsasən MT401-7 nömrəli xx.xx.2023-cü il tarixli fakturanın 1 və 2-ci mövqelərində göstərilən ümumi çəkisi 6453.5 kq, ümumi invoys dəyəri isə 4517.45 (dörd min beş yüz on yeddi manat qırx beş qəpik) ABŞ dolları olan polietilen kisələrin xx.xx.1999cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən idxalı qadağan edilən mallar olduğu müəyyən edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, X5 12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük laboratoriyasının 13 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin 34/013/005067 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli müraciət məktubuna əsasən X3 (**********) ünvanına 40E51110 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş, MT401-7 nömrəli xx.xx.2023-cü il tarixli fakturanın 1, 2 və 3-cü mövqelərində göstərilən malların qalınlığı “İP65” markalı rəqəmsal mikrometr vasitəsi ilə ölçülmüş, nəticələri uyğun olaraq 12, 6, 9 µ müəyyən olunmuşdur və 8 iyun 1999-cu il tarixli 678 nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46cı maddəsində qeyd olunmuş qalınlığa uyğun deyildir. İş materiallarına əlavə edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük labaratoriyasının 17 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin 34/013/005319 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli müraciət məktubuna əsasən X3 (**********) ünvanına 40E51110 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş, MT401-7 nömrəli xx.xx.2023-cü il tarixli fakturanın 3-cü mövqeyində göstərilən malın qalınlığı “İP65” markalı rəqəmsal mikrometr vasitəsi ilə ölçülmüş, nəticələri uyğun olaraq 16 µ müəyyən olunmuşdur və 8 iyun 1999-cu il tarixli 678 nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində qeyd olunmuş qalınlığa uyğundur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən gömrük xidməti kapitanı Rzalı Rzanın raportunda qeyd edilmişdir ki, X3 (VÖEN: **********) İran İslam Respublikasından idxal etdiyi MT401-7 nömrəli xx.xx.2023cü il tarixli fakturanın 1, 2 və 3-cü mövqelərində göstərilən polietilen kisələrin xx.xx.1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində göstərilən ölçüyə (15 mikron) uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük laboratoriyasının ilkin gömrük ekspertizasının aparılması üçün 34/013/005067 nömrəli, xx.xx.2023-cü il tarixli xidməti qeyd yazılaraq müraciət edilmişdir. Həmin rəy əsasında Gömrük laboratoriyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən MT401-7 nömrəli xx.xx.2023-cü il tarixli fakturanın 1, 2 və 3-cü mövqelərində göstərilən polietilen kisələrin xx.xx.1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən ölkə ərazisində idxal edilməsinin qadağan olunduğu müəyyən edilmişdir. Malların yoxlanılması zamanı fakturanın 3-cü mövqeyində göstərilən malın qalınlığının rəyə göstərilən qalınlığa uyğun olması barədə şübhə olduğuna görə Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük laboratoriyasına təkrar gömrük ekspertizasının aparılması üçün 34/013/005319 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli xidməti qeyd yazılaraq yenidən müraciət edilmişdir. Gömrük laboratoriyasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən 3-cü mövqeyində göstərilən malın qalınlığının 16 mikron olduğunun müəyyən edildiyinin Gömrük laboratoriyası tərəfindən verilmiş rəylərə əsasən MT401-7 nömrəli xx.xx.2023-cü il tarixli fakturanın 1 və 2-ci mövqelərində göstərilən polietilen kisələrin xx.xx.1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən ölkə ərazisinə idxal edilməsi qadağandır. xx.xx.1999-cu il tarixli, 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində göstərilmişdir ki, qalınlığı 15 mikrona qədər olan politelen torbaların, habelə birdəfəlik istifadə ücün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehsalçılara satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X4 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 275.4-cü maddəsi ilə tövsif edilmişdir. X3 təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə görə İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş plastik materiallar müsadirə edilməklə onun barəsində həmin maddənin sanksiyasının həddi daxilində inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş (MT401-7 nömrəli xx.xx.2023-cü il tarixli fakturanın 1 və 2-ci mövqelərində göstərilən) ümumi çəkisi 6453.5 kq olan polietilen kisələr müsadirə edilməklə 1100 (min yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-167/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-167/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver