Məhkəmə qərarları › İş №3(078)-167/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-167/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-167/2025 29.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştirakl ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 07 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən göndərilmiş məktub, əsasən, 18000-00400/25 saylı inzibati xəta haqqında iş üzrə toplanılmış material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi qeyd olunmuşdur. Məktubda qeydinə, əsasən, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin "X8" gömrük postunda saxlanılması göstərilmişdir. xx.xx.2025-ci il tarixli "X8" gömrük postunun rəisi, gömrük xidməti polkovnikleytenantı Elvin Seyidovun raportunda qeyd edilmişdir ki, İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına yük gətirən Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü, xx.xx.2024cü il tarixində verilmiş C05102365 nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ" markalı yük nəqliyyat vasitəsində daşınan meyvə yükünün əvvəlcədən daxil olmuş məlumat və "Biləsuvar" gömrük postunda qeyde alınan rentgen qurğusu təsviri ilə "Culfa" gömrük postunda qeydə alınmış rentgen qurğusu təsviri arasında uyğunsuzluq olduğundan sürücü Şəxs gömrük orqanına təqdim etdiyi 043269 nömrəli nəqliyyat qaiməsində (CMR) göstərilən yüklərin sayının, növünün və çəkisinin eyniləşdirilməsi məqsədi ilə sürücü Şəxs Ağamirze oğlunun və iki hal şahidinin iştirakı ilə baxış keçirdim. Yoxlama zamanı Şəxs idarə etdiyi 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə İran İslam Respublikası ərazisində tətbiq olunan gömrük təminatına sürücü tərəfindən kənar müdaxilə olunduğu və 043269 nömrəli nəqliyyat qaiməsində alma yükünün 1000 yer 20572 kq, xiyar yükünün 26 yer 260 kq, pomidor yükünün 64 yer 650 kq, qarpız yükünün 30 yer 690 kq, portağal yükünün 66 yer 528 kq göstərilməsinə baxmayaraq, yoxlama zamanı faktiki olaraq alma yükünün 861 yer 16182 kq, xiyar yükünün 49 yer 890 kq, pomidor yükünün 64 yer 650 kq, portağal yükünün 572 yer 4128 kq, qarpız yükünün isə 39 yer 850 kq olduğu aşkar edildi. İş materiallarına Şəxs pasportunun, sürücülük vəsiqəsinin, nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin surəti əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilən protokola, əsasən, Naxçıvan Baş Gömrük İdarəsinin "X8" gömrük postunuu inspektoru, gömrük xidməti leytenantı X7, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.1 və 92.2.6-cı maddələrinə əsasən bu protokolu tərtib etmiş, ondan ötrü ki, İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına yük gətirən Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü, xx.xx.2024-cü il tarixində verilmiş C05102365 nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ" markalı yük nəqliyyat vasitəsində daşınan meyvə yükünün əvvəlcədən daxil olmuş məlumat və "Biləsuvar" gömrük postunda qeydə alınan rentgen qurğusu təsviri ilə "Culfa" gömrük postunda qeydə alınan rentgen qurğusu təsviri arasında uyğunsuzluq olduğundan sürücü Şəxs gömrük orqanına təqdim etdiyi 043269 nömrəli nəqliyyat qaiməsində (CMR) göstərilən yüklərin sayının, növünün və çəkisinin eyniləşdirilməsi məqsədi ilə sürücü Şəxs və iki hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Yoxlama başlamazdan əvvəl Şəxs onun idarə etdiyi 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində 043269 nömrəli nəqliyyat qaiməsi (CMR) üzrə daşıdığı malların yoxlanılacağı barədə məlumat verilməklə hüququ, vəzifəsi və məsuliyyəti izah olunmuşdur. Şəxsdən onun daşıdığı malların olduğu 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən və ya düzgün bəyan edilməyən malların olub-olmaması soruşulmuşdur. Şəxs idarə etdiyi 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində 043269 nömrəli nəqliyyat qaiməsində (CMR) qeyd olunan mallardan əlavə olaraq gömrük nəzarətinə bəyan edilməyən və ya düzgün bəyan edilməyən hər hansı bir malın olmadığını bildirdi. Yoxlama zamanı Şəxs idarə etdiyi 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə İran İslam Respublikası ərazisində tətbiq olunan gömrük təminatına sürücü tərəfindən kənar müdaxilə olunduğu və 043269 nömrəli nəqliyyat qaiməsində alma yükünün 1000 yer 20572 kq, xiyar yükünün 26 yer 260 kq, pomidor yükünün 64 yer 650 kq, qarpız yükünün 30 yer 690 kq, portağal yükünün 66 yer 528 kq göstərilməsinə baxmayaraq, yoxlama zamanı faktiki olaraq alma yükünün 861 yer 16182 kq, xiyar yükünün 49 yer 890 kq, pomidor yükünün 64 yer 650 kq, portağal yükünün 572 yer 4128 kq, qarpız yükünün isə 39 yer 850 kq olduğu aşkar edildi. İş materiallarına Şəxs, X3, X4, X5 izahatları əlavə edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardad qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsində araşdırması aparılan **********30 saylı material üzrə xx.xx.2025-ci il tarixində qəbul edilmiş "məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında” qərar icra edilməsinə dair müvafiq göstəriş verilməsi üçün Naxçıvan Muxtar Respublikasİ Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərova göndərilməsi barədə məktub əlavə edilmişdir. xx.xx.2025-ci il tarixdə baxış keçirilməsi haqqında protokola, əsasən, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X10 protokolu tərtib etmiş, xx.xx.2025-ci il tarixində "X8" gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsində daşınan meyvə yükü sürücü və iki nəfər hal şahidinin iştirakı ilə yük yoxlanılmış, yoxlama zamanı sürücünün təqdim etdiyi 043269 nömrəli nəqliyyat qaiməsində alma yükünün 1000 yer 20572 kq, xiyar yükünün 26 yer 260 kq. pomidor yükünün 64 yer 650 kq, qarpız yükünün 30 yer 690 kq, portağal yükünün 66 yer 528 kq göstərilməsinə baxmayaraq, yoxlama zamanı faktiki olaraq alma yükünün 861 yer 16182 kq. xiyar yükünün 49 yer 890 kq, pomidor yükünün 64 yer 650 kq, portağal yükünün 572 yer 4128 kq, qarpız yükünün isə 39 yer 850 kq olduğu aşkar olunmuş və protokol tərtib olunaraq saxlanılmışdır. "Mercedes Benz" markalı 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində Biləsuvar Gömrük İdarəsində "X-RAY" rentgen qurğusundan və xx.xx.2025-ci il tarixində "Culfa" gömrük postunda "X-RAY" rentgen qurğusundan keçdiyi zaman olan təsvirlərə hüquqi qiymət verilməsi üçün Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru X1 iştirakı ilə həmin təsvirlərə baxış keçirildi. Təsvirlərə baxış zamanı İran İslam Respublikasında "Mercedes Benz" markalı 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən yükün boşaldıldığı, yenidən yükləndiyi və yükün konturlarında dəyişiklik olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu və ekspert rəyi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardada, əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci və 487.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, xx.xx.2025-ci il tarixində "X8" gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı Şəxs idarə etdiyi "Mercedes Benz” markalı yük nəqliyyat vasitəsində daşınan meyvə yükü sürücü və iki nəfər hal şahidinin iştirakı ilə yük yoxlanılmış, yoxlama zamanı sürücünün təqdim etdiyi 043269 nömrəli nəqliyyat qaiməsində alma yükünün 1000 yer 20572 kq, xiyar yükünün 26 yer 260 kq. pomidor yükünün 64 yer 650 kq, qarpız yükünün 30 yer 690 kg, portağal yükünün 66 yer 528 kq göstərilməsinə baxmayaraq, yoxlama zamanı faktiki olaraq alma yükünün 861 yer 16182 kq, xiyar yükünün 49 yer 890 kq, pomidor yükünün 64 yer 650 kq, portağal yükünün 572 yer 4128 kq, qarpız yükünün isə 39 yer 850 kq olduğu aşkar olunmuş və protokol tərtib olunaraq saxlanılmışdır. Qeyd olunan faktla bağlı 24 mart 2025-ci il tarixində Baş İdarənin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində **********30 nömrəli araşdırma başlanmışdır. Araşdırma sürücünün Bakı şəhərindən yüklədiyi alma yükündən 4390 kq zamani sataraq əvəzində 3600 kq portağal, 630 kq xiyar və 160 kq qarpız yükü yüklədiyi müəyyən olunmuşdur. Şəxs tərəfindən idarə edilən "Mercedes Benz" markalı 75BL386/99YC480 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasının ərazisinə gələrkən xx.xx.2025-ci il tarixində Biləsuvar Gömrük İdarəsində və xx.xx.2025-ci il tarixində “Culfa” gömrük postunda “X-RAY" rentgen qurğusunda yoxlanışdan keçdiyi zaman qeydə alınan təsvirlərə Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru X1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı İran İslam Respublikasında "Mercedes Benz" markalı 75BL386/ 99YC480 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən yükün boşaldıldığı, yenidən yükləndiyi və yükün konturlarında dəyişiklik olduğu müəyyən olunmuşdur. İş üzrə maddi sübut olan 630 kq xiyar, 160 kq qarpız, 3600 kq portağal yükünün və təqdim edilən 20 kq nümunə əsasında 4390 kq alma yükünün hadisə baş verən tarixə, yəni xx.xx.2025-ci il tarixinə ayrılıqda və ümumilikdə orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə "məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardad” tərtib edilərək xx.xx.2025-ci il tarixində 3-33-1200/2-000978/2025 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 352 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında tədqiqat obyektlərinin hadisə baş verən tarixə yəni, 2025-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 16683 (on altı min altı yüz səksən üç) manat müəyyən edilmişdir. O cümlədən: 630 kq xiyar – 1890 manat, 160 kq qarpız - 288 manat, 3600 kq portağal – 7920 manat, 4390 kq sarı rəngli alma – 6585 manat müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının vətəndaşı Şəxs izahatında, Bakı şəhərindən yüklədiyi alma yükündən İran İslam Respublikasında olarkən 4390 kq sataraq əvəzində 3600 kq portağal. 630 kq xiyar və 160 kq qarpız yükü yüklədiyini etriaf etmişdir. Qeyd olunan faktla bağlı 3 aprel 2025-ci il tarixində Baş İdarənin Əməliyyat və istintaq İXM-nin 482.1 idarəsinin Təhqiqat şöbəsində Şəxs barəsinde ve 487.4-cü maddələri ilə 18000-00400/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının vətəndaşı Şəxs 6585 manat dəyərində olan 4390 kq alma yükünü İranda satmaqla və təyinat yerinə çatdırmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü, İran İslam Respublikasında yüklədiyi və rəsmiləşdirilməli olan ümumilikdə dəyəri 10098 manat olan 3600 kq portağal, 630 kq xiyar və 160 kq qarpız yükünü gömrük orqanına bəyan etməməklə İXM-nin 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 3-33-1200/028/001852 saylı raport, barəsində icraat aparılan şəxsin izahatı, şahidlərin izahatları, xx.xx.2025-ci il tarixli 352 nömrəli ekspertiza rəyi və işdə olan digər sənədlərlə tam təsdiq edilir. xx.xx.2025-ci il tarixdə Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı gömrük xidməti mayoru Abbas Qasımov tərəfindən tərtib edilmiş icraatın başa çatdırılması haqqında raport əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada, əsasən, iş aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli 18000-00400/25 saylı inzibati xəta haqqında iş üzrə protokolun və 18000/00385 saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın surəti məlumat üçün Şəxs göndərilməsi məktubunun surəti əlavə edilmişdir. İş materiallarına 043269 nömrəli nəqliyyat qaiməsi (CMR) əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında xəstə olduğu üçün bu işə yol verdiyini, səhvlik etdiyini, gətirilən malın ümümi dəyərini bilmədiyini, valideynin xəstə olduğunu, yaxşı olmasını istədiyini, deyəcək başqa sözü olmadığını bildirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın müsadirə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10098 (on min doxsan səkkiz) manat olan 3600 kq portağal, 630 kq xiyar və 160 kq qarpız müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş dəyəri 10098 (on min doxsan səkkiz) manat olan 3600 kq portağal, 630 kq xiyar və 160 kq qarpız müsadirə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar