Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-168/2024 23.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, “X8” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, “X8” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: ünvan 1 ünvanında yerləşən “X8” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilmiş yanğın-texniki müayinə zamanı Azərbaycan Respublikasının X1 pozulmasına görə hüquqi şəxs “X8” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında 06 aprel 2024-cü il tarixli MN ******* nömrəli protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasında “X8” MMC-nin nümayəndəsi X5 verdiyi izahatında bildirmişdir ki, idarə daxilində bəzi inşaat işləri aparılmış, kiçik ölçüdə qapı açılmışdır və bu işlər fövqəladə hallarla razılaşdırılmadan aparılmışdır. Protokolda qeyd edilən nöqsanlar onlara izah edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə X9 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X9 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının FHN-yi həyata keçirir). Həmin normaya görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri X9ni apararkən bir sıra hüquqlarla yanaşı, dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdirlər. İXM-in 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati materiala əlavə edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında protokolda, ünvan 2 ünvanında yerləşən “X8” Məhdud Məsuliyyətli Cəmiyyətində “X3”nın:
1. Kompleksin əsaslı təmiri, yenidən qurulması və tikintisi zamanı lahiyə sənədləri X9 orqanı ilə razılaşdırılma aparılmadan həyata keçirilib. (əsas YTQ 01-2001 bənd 1.9.12),
2. Elektrik naqillərinin gərginliyə qarşı keçiricilik müqaviməti yoxlanılaraq aktı tərtib olunmayıb. (əsas YTQ 01-2001 bənd 6.1),
3. Kompleksin yanğın xəbərverici siqnalizasiya sistemlərinin lahiyyə sənədləri yoxdur və siqnalizasiya sistemləri normalara uyğun çəkilməyib. (əsas YTQ 01-2001 bənd 9.3),
4. Kompleks daxili yanğın su kranları, lülə və atıcı sılanqlarla təmin olunmayıb. (əsas YTQ 01-2001 bənd 8.4). Sadalanan tələblərinə əməl olunmadığından 06 aprel 2024-cü il tarixdə “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət mərkəzində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bazar və ticarət mərkəzində keçiriləcək yoxlama üçün X4 X6 Reyestrindən 06 aprel 2024-cü il tarixdə çıxarış alınaraq yanğın texniki müayinənin aparılması haqqında həmin tarixdə qərar çıxarılmış, həmin tarixdə obyektin yanğına qarşı vəziyyəti barədə yoxlama keçirilərək “Yanğın texniki müayinə aktı” tərtib olunmuşdur. Sözügedən obyektdə “X1” ciddi şəkildə pozulması, baş verə biləcək hər hansı bir hadisə zamanı insanların təxliyyəsi, xilasetmə işlərinin aparılması zamanı xoşa gəlməz halların baş verməməsi üçün tərtib olunmuş “İnzibati xəta haqqında” protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun “X8” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8” MMCnin əməlində inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,
qəraraaldı:
“X8” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva