Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-168/2025 06.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 03 aprel 2025-ci il tarixli, 18000-00395/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xəbərdar olunmaqlarına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib edən orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə məhkəmə iclasında iştirak etməmiş və işə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılması xahiş edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X3 Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-33-1200/012/001463 nömrəli raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində “X4” gömrük postunda Türkiyə Respublikasından beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən, üzərində alıcının adı Emin Mahmudov (Mehdiabad qəsəbəsi, telefon: **********) kimi qeyd olunmuş, çəkisi 1.995 kg, izləmə kodu SRK1365635 (**********931) olan, üzərində alıcının adı Əli Mahmudov (Mehdiabad qəsəbəsi, telefon: **********) kimi qeyd olunmuş, çəkisi 1.785 kg, izləmə kodu SRK1365142 (**********212) olan 2 (iki) ədəd poçt bağlamasına dair məlumatların təhlili və barəsində həyata keçirilən gömrük nəzarəti zamanı gətirilən malların (kompüter üçün hissə) dəyərinin düzgün bəyan edilməsinə dair şübhələr yarandığı üçün saxlanılmışdır. Sözügedən şəxslər tərəfindən dəyərin düzgünlüyünü təsdiq edən sənədlər gömrük xidmətinin X1 Sisteminə (VAİS) əlavə edildikdən sonra malların buraxılışı xx.xx.2025-ci il tarixində təmin edilmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixində üzərində alıcının adı Aygün Həsənova (Mehdiabad qəsəbəsi, telefon: **********) kimi qeyd olunmuş, çəkisi 1.09 kg, izləmə kodu SRK1366294 (**********568) olan poçt bağlamasına dair məlumatların təhlili və barəsində həyata keçirilən gömrük nəzarəti zamanı bir neçə risk hallarının mövcudluğuna dair şübhələr formalaşmış və araşdırılma məqsədilə saxlanılmışdır. Sözügedən şəxsin Naxçıvan Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-33-1200/1-A-000626/1 -42/2025 nömrəli elektron müraciətinə əsasən saxlanılan malın (kompüter üçün hissə) buraxılışı xx.xx.2025-ci il tarixində təmin edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixində üzərində alıcının adı Aygün Həsənova (Mehdiabad qəsəbəsi, telefon: **********) kimi qeyd olunmuş, çəkisi 1.055 kq, izləmə kodu SRK1366291 (**********851) olan, üzərində alıcının adı Şəxs (Mehdiabad qəsəbəsi, telefon: **********) kimi qeyd olunmuş, çəkisi 1,095 kg, izləmə kodu SRK1377089 (**********888) olan 2 (iki) ədəd poçt bağlamasına dair məlumatların təhlili və barəsində həyata keçirilən gömrük nəzarəti zamanı bir neçə risk hallarının mövcudluğuna dair şübhələr formalaşmış və mallar (kompüter üçün hissə) araşdırılma məqsədilə saxlanılmışdır. Araşdırma zamanı adıçəkilən şəxslər tərəfindən VAİS-ə əlavə edilmiş sənədlərdə sifarişçinin Şəxs olduğu aşkarlanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində vətəndaş Şəxs adına eynicinsli mallardan sifariş edilmişdir. Fakt üzrə Rəsmiləsmə Mərkəzinin raportunda həmin poçt bağlamalarını sifariş edən şəxslərin qeydiyyat ünvanları Bakı şəhəri, Mehdiabad qəsəbəsi olduğuna görə araşdırma zərurəti ilə əlaqədar həmin şəxslərin hamısının müəyyən edilərək sifarişlərin həqiqətən vətəndaşların özlərinə və ya Şəxs məxsus olması barəsində ətraflı izahatlarının alınması, həmçinin fakt üzrə vətəndaşların əməllərinə hüquqi qiymət verilməsi məsələsinə baxılması üçün xx.xx.2025-ci il tarixli 3-33-1200/2-000796/2025 saylı məktubla Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə müraciət olunmuşdur. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində həmin məktubda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olduğu müəyyən edilərək şəxsin məsuliyyətə cəlb edilməsi məsələsinə qanunamüvafiq qaydada baxılması üçün toplanmış material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Naxçıvan Baş Gömrük İdarəsinə göndərilmişdir. Qeyd olunan faktla bağlı 1 aprel 2025-ci il tarixində Baş İdarənin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində İXM-nin 503-cü maddəsi ilə 18000-00395/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Faktla bağlı zərurət yarandığı üçün Baş İdarənin Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-33- 1200/012/001463 nömrəli raportunda qeyd olunmuş poçt bağlamalarından hal-hazırda neçə ədədinin araşdırılma üçün saxlanıldığı və həmin bağlamaların dəyərinin nə qədər olması barədə müvafiq məlumatların əldə olunması üçün xx.xx.2025-ci il tarixli 3-33- 1200/013/001949 nömrəli xidməti qeydlə Rəsmiləşdirmə Mərkəzinə müraciət olunmuşdur. Həmin mərkəzdən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1200/012/001983 nömrəli xidməti qeydə əsasən Şəxs adına sifariş olunmuş poçt bağlamalarından halhazırda ümumi dəyəri 165,08 manat olan 2 ədədinin (izlənmə nömrəsi SRK1366291 (**********851), dəyəri 2400 türk lirəsi (111,6 manat) və izlənmə nömrəsi SRK1377089 (**********888), dəyəri 1150 türk lirəsi (53,48 manat) araşdırılma məqsədilə saxlanıldığı bildirilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Raporta əsasən, xx.xx.2025-ci il tarixində “X4” gömrük postunda Türkiyə Respublikasından beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən, üzərində alıcının adı Emin Mahmudov (Mehdiabad qəsəbəsi, telefon: **********) kimi qeyd olunmuş, çəkisi 1.995 kq, izləmə kodu SRK1365635 (**********931) olan, üzərində alıcının adı Əli Mahmudov (Mehdiabad qəsəbəsi, telefon: **********) kimi qeyd olunmuş, çəkisi 1.785 kq, izləmə kodu SRK1365142 (**********212) olan 2 (iki) ədəd poçt bağlamasına dair məlumatların təhlili və barəsində həyata keçirilən gömrük nəzarəti zamanı gətirilən malların (kompüter üçün hissə) dəyərinin düzgün bəyan edilməsinə dair şübhələr formalaşmış və saxlanılmışdır. Sözügedən şəxslər tərəfindən dəyərin düzgünlüyünü təsdiq edən sənədlər gömrük xidmətinin X1 Sisteminə (VAİS) əlavə edildikdən sonra malların buraxılışı xx.xx.2025-ci il tarixində təmin edilmişdir. Əlavə olaraq, xx.xx.2025-ci il tarixində üzərində alıcının adı Aygün Həsənova (Mehdiabad qəsəbəsi, telefon: **********) kimi qeyd olunmuş, çəkisi 1.09 kq, izləmə kodu SRK1366294 (**********568) olan poçt bağlamasına dair məlumatların təhlili və barəsində həyata keçirilən gömrük nəzarəti zamanı bir neçə risk hallarının mövcudluğuna dair şübhələr formalaşmış və araşdırılma məqsədilə saxlanılmışdır. Sözügedən şəxsin Naxçıvan Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-33-1200/1-A-000626/1-42/2025 nömrəli elektron müraciətinə əsasən saxlanılan malın (komputer üçün hissə) buraxılışı xx.xx.2025-ci il tarixində təmin edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixində üzərində alıcının adı Aygün Həsənova (Mehdiabad qəsəbəsi, telefon: **********) kimi qeyd olunmuş, çəkisi 1.055 kq, izləmə kodu SRK1366291 (**********851) olan, üzərində alıcının adı Şəxs (Mehdiabad qəsəbəsi, telefon **********) kimi qeyd olunmuş, çəkisi 1.095 kq, izləmə kodu SRK1377089 (**********888) olan 2 (iki) ədəd poçt bağlamasına dair məlumatların təhlili və barəsində həyata keçirilən gömrük nəzarəti zamanı bir neçə risk hallarının mövcudluğuna dair şübhələr formalaşmış və mallar (komputer üçün hissə) araşdırılma məqsədilə saxlanılmışdır. Araşdırma zamanı adıçəkilən şəxslər tərəfindən VAİS-ə əlavə edilmiş sənədlərdə sifarişçinin Şəxs olduğu aşkarlanmışdır. Əlavə olaraq, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində vətəndaş Şəxs adına eynicinsli mallardan sifariş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən, Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, u Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özündə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında müvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəyəri 165.08 manat olan 2 ədəd poçt bağlamasını ayrı-ayrı şəxslərin adlarına sifariş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən, istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 165.08 manat məbləğin otuz faizi (49.52 manat) məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 49.52 (qırx doqquz manat əlli iki qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-168/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-168/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver