Məhkəmə qərarları › İş №3(078)-169/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-169/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-169/2025 14.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 17 mart 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola görə, Şəxs tərəfindən 3036000.00 avro məbləğində vəsait bank vasitəsilə 14 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"mn 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 3036000.00 avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 15 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili və nümayəndəsi qismində izahat verən Nümayəndə izahatında bildirmişdir ki, Arxitektura Komitəsi ilə müqavilə bağlanıb. Tikintinin aparılması həmin müqavilə əsasında olub. Zəruri şərait olmadığı üçün fövqəladə hallarla əlaqədar araşdırma aparılıb. Tikinti getmir. Tikinti avadanlıqları gəlmir. Şirkətə bildirilib. Həm Energetika ilə, həm də komitə ilə danışmışlar. Real iş var və ödənilib. Mərkəzi Bank müqaviləni görüb protokol tərtib edir. Pul Şirkətin deyil Arxitektura Komitəsinin pulu olub və müqavilə əsasında Şirkətə ödənilibdir. Şirkət avadanlıqların alınmasına cavabdeh olubdur və bununla bağlı Türkiyənin “Girişim” şirkəti ilə müqavilə bağlanıbdır. Tikinti aparılmadığından avadanlıqların quraşdırılmasının həssaslığı nəzərə alınmalı olduğu üçün gətirilə bilməyibdir. Bu gün də tikinti aparılmır. Pulun ölkəyə qaytarılması qeyri-mümkündür, çünki şirkətlə Arxitektura Komitəsi arasında müqavilə-öhdəlik vardır. Burada şirkətin təqsiri yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili və nümayəndəsi qismində izahat verən Nümayəndə məhkəməyə yazılı etiraz ərizəsi təqdim etmişdir. Həmin ərizədə bildirmişdir ki, Şəxs ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında 16 iyun 2022-ci il tarixli, GH-28 saylı "alğısatqı və xidmət” müqaviləsi bağlanılmış və müqavilə tərəfləri öz imzaları və möhürləri ilə qeyd edilən müqaviləni imzalamışdırlar. Müqavilənin predmetinə görə Ordubad rayonunda yerləşən “TİVİ SES”in tikintisi üçün elektrik avadanlıqları (turbin generatoru və köməkçi avadanlqılar-4 dəst və 1 qrup, 12 kv və 36 kv kameralar və köməkçi avadanlıqlar-2 dəst, 4 qrup və 1 ədəd) “satıcı-icraçı" tərəfindən “alıcı-sifarişçi”nin mülkiyyətinə verilməli və eyni zamanda həmin elektrik avadanlıqları müqavilə tələbinə görə həmin SES-in yerləşdiyi ünvanda quraşdırlaraq təhvil verilməlidir. Qeyd edilən “müqavilə"nin 1.3-cü bəndinə əsasən “xidmətlər” və “mallar” “TİVİ SES”in yerləşdiyi ünvanda 17 iyun 2024-cü il tarixədək “alıcısifarişçi” və tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş “təhvil-təslim akt"ı və digər sənədlər əsasında təhvil verilir. Eyni zamanda qeyd edilən “müqavilə”nin 2.1-ci bəndinə əsasən “mallar”ın təhvil verilməsi və “xidmətlər”in göstərilməsi üçün müvafiq gömrük xərcləri və nəqliyyat xərcləri həmin malların ölkəyə gətirilməsi və quraşdırılması (xidmətlərin göstərilməsi) üçün “alıcı-sifarişçi” tərəfindən, yəni Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “satıcı-icraçı”ya həmin xərclər çəkildikcə ödənilməlidir. Əlavə olaraq həmin müqavilənin davamı olaraq Şəxs ilə Türkiyə Respublikasında fəaliyyət göstərən və qeyri-rezident şirkət olan “X10.Taah. Ve Tic.A.Ş” Şirkəti arasında qeyd edilən avadanlıqların alınması və həmin avadanlıqların SES-də quraşdırılaraq təhvil verilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanılmışdır. Şəxs həmin müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş, avans ödənişi olaraq da ******* avro məbləğində pul vəsaitini həmin şirkətin Türkiyə Respublikasındakı müvafiq bank hesabına rəsmi qaydada köçürmüşdür. Qeyd edilən müqavilə üzrə müvafiq şirkətə (Türkiyə Respublikasında fəaliyyət göstərən xarici şirkətə-qeyri-rezidentə) ödəniş edilmiş, lakin ödənişin edilməsindən 2 ildən artıq müddət keçsə də, müqavilə üzrə mallar ölkəyə gətirilməmiş və xidmətlər təhvil verilməmişdir, eyni zamanda, avans olaraq ödənilmiş pul vəsaiti xarici ölkədən geri qaytarılmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin qeyd edilən protokola baxması nəticəsində "Reges inşaat & Consulting Company” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tədbiri kimi cərimə tətbiq olunma ehtimalı vardır və tətbiq olunacaq cərimə ******* avro məbləğinə münasibətdə 20 faizdən 30 faizədək tətbiq oluna bilər. Qeyd edilən Ordubad rayon Tivi SES-də aparılan tikinti Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin 13 oktyabr 2023-cü il tarixli, 25 saylı qərarı ilə rəsmi qaydada dayandırılmışdır. Həmin tikinti işlərində müqavilə üzrə “sifarişçi” Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "podratçı" isə əvvəlcə "xxxx" MMC, sonradan isə müvafiq şirkətdə yenidən təşkil prosesi olduğu üçün “Arkoz İnşaat Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Həmin tikintinin dayandırılma səbəbi isə müvafiq sənədlərin- lisenziya, tikintiyə icazə sənədi, tikinti layihəsinə dair ekspertiza rəyi, tikinti aparılamsı üçün torpaq sahəsinin ayrılmasına dair sənəd və s. olmaması olmuşdur. Artıq 1 ilə yaxın bir müddətdir ki, həmin ərazidə müvafiq tikinti işləri faktiki və rəsmi olaraq dayandırılmışdır. Həmin tikintiyə dair layihə rəhbər isə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətidir. Tərəfimizdən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi məktub ünvanlanmış və həmin qurumun “Reges İnşaat & Consulting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı rəsmi cavab məktubunda “sifarişçi Naxçıvan MR Dövlət Energetika Xidməti tərəfindən tikinti aparılan ərazidə lazımi şərait yaradıldıqdan sonra avadanlıqların quraşdırılması üçün tikinti ərazilərinin tələb olunan qaydada hazırlandıqdan sonra avadanlıqların quraşdırlmasmın mümkünlüyü” qeyd olunmuşdur. Nəticə etibarilə yuxarıda qeyd olunan protokolun "Reges inşaat & Consulting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə tərtib olunması sadəcə şirkət tərəfindən qeyd olunan məbləğin xarici şirkətin müvafiq bank hesabına köçürülməsi, qanunla müəyyən olunmuş müddət ərzində, yəni 2 il müddətində həmin köçürülən məbləğin qarşılığında xidmətlərin göstərilməsi, malların gəlməsini təsdiq edən müvafiq sənədlərin müvafiq banka təqdim edilməməsi olmuşdur. Yuxarıda qeyd olunduğu kimi Şəxs müqavilələr üzrə (hər iki müqavilə üzrə) öz üzərinə düşən öhdəlikləri tam və vaxtında icra etmiş, icra edir və müqavilə tərəflərini müqavilənin icra olunması üçün müvafiq məktublarla müraciətlər belə etmişdir. Müqavilələrin icra olunmaması isə Şəxs təqsiri üzündən olmamışdır, istər müvafiq ərazidə tikintinin dayandırılması, tikinti aparılması üçün qanunla tələb olunan sənədlərin qaydasında olmaması, avadanlıqların quraşdırılması üçün ərazidə lazımi şəraitin yaradılmaması şirkətin öhdəliyində olan məsələlər olmamışdır. Şəxs həmin tikintini aparan müvafiq qurum deyildir və tikintini aparan podratçı şirkət yuxarıda qeyd olunduğu kimi haızrki vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Həmçinin sifarişçi isə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, layihə rəhbəri isə Naxçıvan MR Dövlət Energetika Xidmətidir. Şəxsn müqavilələr üzrə öhdəliyi yalnız qeyd olunan avadanlıqların həmin tikinti aparılan ərizadə quraşdırılması və təhvil verilməsindən ibarətdir. Yuxarıda qeyd olunanlara əsasən isə bunun üçün tikinti aparılan ərazidə lazımi şərait yaradılmalı, həmçinin müqavilələr üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmalıdır. Müqavilə tərəfi olan xarici şirkətində “Reges İnşaat & Consulting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı məktubda həmin avandanlıqlar çox həssas olduğu üçün ilk öncə onların quraşdırılacağı yerlər tam hazır vəziyyətdə olduqdan sonra onların quraşdırılıb təhvil verilməsi mümkündür. Həmin şirkətin nümayəndələri də Naxçıvan MR-də olmuş, tikinti aparılan əraziyə baxış keçirmiş və ərazinin hazır vəziyyətə gətirilməsini bildirmişdirlər. Müqavilələrin icra olunmaması isə Şəxs təqsiri üzündən olmamışdır. İstər müvafiq ərazidə tikintinin dayandırılması, tikiniti aparılması üçün qanunla tələb olunan sənədlərin qaydasında olmaması, avadanlıqların quraşdırlması üçün ərazidə lazımi şəraitin yaradılmaması şirkətimizin öhdəliyində olan məsələlər olmamışdır. Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X11 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən, qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X5 bildirmişdir ki, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin nümayəndəsidir. Sözügedən tikinti işləri İdarəsinin qərarı əsasında dayandırılmışdır, səbəb isə layihələrin ekspertizadan keçirilməməsi olmuşdur. 02 may 2025-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X3 bildirmişdir ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsidir. Şəxs ilə Komitə arasında avadanlıqların təşkil edilməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin icrası məqsədilə Komitə tərəfindən sözügedən şirkətə 13000000 (on üç milyon) manatdan çox vəsait ayrılmışdır. Müqavilələr Ordubad rayonu ərasizində su elektrik stansiyalarının inşası məqsədilə bağlanmışdır. Bu gün həmin müqavilələrin icrası nəzarətdədir və tikintiyə icazə alınmadığından tikinti işləri dayandırılmışdır. Müvafiq layihələr ekspertiza üçün təqdim edilmişdir və tezliklə tikinti işləri həyata keçiriləcəkdir. Komitə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tərəfdarıdır. 07 may 2025-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X6 bildirmişdir ki, Naxçıvan MR Dövlət Energetika Xidmətinin nümayəndəsidir. Sözügedən tikintilərə nəzarət Xidmətə müqavilə üzrə keçmişdir və müvafiq işlər görülmüşdür. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə, Azərbaycan Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə (xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş) valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 28 fevral 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi lazım bilir ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Konvensiyaya görə, ”qanun” ifadəsi müstəqil məna daşıyaraq yalnız formal mənada “qanun” demək deyil. Bura Konstitusiya, aidiyyəti dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə qanun qüvvəli normativ aktlar da aid edilə bilər. Şəxsin mülkiyyət hüququna qanuni müdaxilə yalnız ümumi (ictimai) maraqlar üçün legitim məqsəd güdüldüyü halda əsaslandırıla bilər. Bu öhdəlik Konvensiyanın qeyd edilən maddəsində əmlakdan məhrumetmə və əmlakdan istifadəyə münasibətdə açıq şəkildə ifadə edilmişdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 2012-ci il 12 mart tarixli Qərarı). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.2-ci maddələrinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə, xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd edilənləri nəzərə alıb məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilən sənədlərlə Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Belə ki, təqdim edilən sənədlərdən aydın olur ki, istər pulun qaytarılması, istərsə də malın ölkəyə gətirilməsi şirkətin təqsiri nəticəsində olması işin halları ilə istisna edilir. Şirkətin bağladığı ikitərəfli müqavilələr, həmin müqavilə əsasında nəzərdə tutulan tikintinin dayandırılması qərarının mövcudluğu müqavilələrin icrasını mümkünsüz etmişdir. Bu hal isə şirkətin təqsirini istisna edir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar