Məhkəmə qərarları › İş №3(078)-17/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-17/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-17/2022 25.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 2 uşaq atası, orta təhsilli, Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsində fəhlə işləyən, Ordubad rayon, Ordubad şəhəri H.Əliyev prospekti 38/10 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs 25 fevral 2022-ci il tarixdə Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8-də yerləşən Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin qarşısında digər 3 nəfər ilə birlikdə ucadan səs-küy salaraq mübahisə edib nalayıq ifadələr işlətdiyindən polis sahə inspektoru onları intizama dəvət edən zaman polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında 4 ildir ki, Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsində fəhlə işlədiyini, 25 fevral 2022-ci il tarixdə İdarənin qarşısında olarkən iş yoldaşı Ruslan və qardaşları Əsgər və Vüqar ilə söhbət edərkən aralarında mübahisə yarandığını, bu zaman uca səslə nalayiq ifadələr işlətdiyini, həmin vaxt polis sahə inspektorunun ona yaxınlaşıb nizam-intizama dəvət etdiyini, əsəbi olduğu üçün ona məhəl qoymadığını, polis əməkdaşı ilə mübahisəsinin ətrafdan keçən bir neçə nəfərin gördüyünü, polis inspektorunun onu Naxçıvan Şəhər Polis İdarəsinə gətiridiyini bildirib onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 25 fevral 2022-ci il tarixdə Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8-də yerləşən Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin qarşısında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Belə ki, məhkəmə baxışı iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahatında 25 fevral 2022-ci il tarixdə Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8-də yerləşən Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin qarşısında dörd nəfərin ucadan səsküy salaraq nalayiq ifadələr işlətdiyini gördüyünü, onları nizam-intizama dəvət etdiyini, lakin onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, həmin şəxsləri Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiyini, həmin şəxslərin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin işçiləri X2, Şəxs, X5 və X6 olmasının müəyyən edildiyini bildirdi. İş materiallarına əlavə olunmuş Z.Əliyeva adına Naxçıvan MR X4 Şəxsi tərəfindən 25.02.2022-ci il tarixdə verilmiş 69 nömrəli arayışın surətinə əsasən Şəxs sağlamdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal-inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsidir. İş üzrə məsuliyyəti yüngülləşdirən hal inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs olunsun.

2. Həbs olunmanın əvvəli 25 fevral 2022-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar