Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-171/2023 01.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxx 1979-cu il tarixdə Şahbuz rayonu, Keçili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, müvəqqəti işsiz, ailəli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, 30 aprel 2023-cü il tarixdə Şəxs sərxoş vəziyyətdə səs-küy salaraq ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 30 aprel 2023-cü il tarixdə öz evində dostları Yusif və Təvəgüllə həyətdə yeyib-içdiklərini, Yusifin evə gedib-qayıdan zaman maşını onun qonşusu Hüseynin divarına sürtdüyünü, qonşusu Hüseynin oğlunun gəlib onu çağırdığını, Yusifin maşını divara sürtməyini bildirdiyini, dəyən ziyanı qarşılayacaqlarını bildirdiklərini, qonşu ilə bir balaca mübahisələrinin olduğunu, qonşunun 102-yə zəng vurduğunu, polis əməkdaşlarına onun yüksək səslə danışmağını şikayət etdiyini, polis əməkdaşının gəldiyini, onları Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, etdiyi əməldən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 30 aprel 2023-cü il tarixdə Pərvizgilin evində yemək yediklərini, bu zaman qonşunun gəldiyini, qapını döydüyünü, Pərvizi çağırdığını, səs-küy olduğunu bildirdiyini, bu zaman aralarında mübahisə olduğunu, sakitləşdirməyə başladıqlarını, bu zaman polis əməkdaşının gəldiyini, onları Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini bildirdi. X5 məhkəmədə şahid qismində verdiyi izahatında, 30 aprel 2023-cü il tarixdə öz evində oturarkən küçədən gələn səs-küy nəticəsində həyətə çıxdığını, bu zaman qonşusu Pərvizə həmişəki kimi evində təşkil olunan yığıncaqla bağlı öz iradını bildirdiyini, bu hadisənin dəfələrlə baş verdiyini, ona sakit tərzdə irad bildirdiklərini, onlar arasında mübahisə olduğunu, bu zaman 102 xidmətinə zəng edərək polis əməkdaşlarından hadisə yerinə gəlmələrini xahiş etdiyini, gəldiklərini və onları Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 01 may 2023-cü il tarixdə verilmiş 225 nömrəli məktuba əsasən, Şəxs praktiki sağlamdır. 01 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 01 may 2023-cü il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. 01 may 2023-cü il tarixli, 837 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs sərxoşluq müəyyən edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində iki uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 01 may 2023-cü il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 6 (altı) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 01 may 2023-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov
Məhkəmə qərarları › İş №3(078)-171/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-171/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver