Məhkəmə qərarları › İş №3(078)-172/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-172/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-172/2025 07.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1999-cu il təvəllüdlü Şəxs barəsində toplanmış inzbati xəta haqqında material icraata daxil olmuşdur. Naxçıvan Şəhər Polis İdarəsinin DYPB-nin YPXİ, polis baş serjantı X6 xx.xx.2025-ci il tarixli rapotuna, əsasən, xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində ** BH *** dövlət qeydiyyat nişanlı vaz 2107 markalı avto maşın onun dayan tələbinə məhəl qoymamışdı. Bundan sonra həmin avto maşın gəlib “Reyhan” marketin qabağında saxladı. O, öz növbəsində sürücüyə yaxınlaşıb özünü təqdim etmişdir. Sürücü öz etdiyi qanunsuzluğu boynuna almışdır. Bu zaman həmin avto maşından 2 nəfər düşərək ona “sən kimsən” onu təhqir edərək üstünə gəlmişdir. Ona qarşı nalayiq ifadələr işlədərək ünvanına söyüşlər söymüşdülər. O radio vasitəsi ilə Qalaya bu haqda məruzə etmiş və kömək istəmişdir. Bu zaman PPX əmədaşları həmin ünvana yaxınlaşıb onu təhqir edənləri avto patrullara mindirib, Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişdilər. Naxçıvan Şəhər Polis İdarəsinin post-patrul xidmət bölüyünün manqa komandiri, polis baş serjantı Rəşid Rəşidovun raportuna, əsasən, xx.xx.2025-ci il tarixdə saat 00:25 radələrində ona Növbətçi Hissədən radio stansia vasitəsi ilə məlumat verildi ki, “Reyhan” marketin qabağında 2 nəfər vətəndaş YPX əməkdaşlarına tabe olmur. ** AP *** dövlət qeydiyyat nişanlı avto patrulda xidmət aparan polis serjantı Məmmədov Firudin və ** AP *** dövlət qeydiyyat nişanlı avto patrulda xidmət aparan manqa komandiri, polis baş serjantı Məmmədov Arzu, polis baş serjantı Orucov İlkin və polis serjantı Allahverdiyev Sənan ilə birlikdə həmin ünvana yaxınlaşmışdılar. Vətəndaşlar polisin qanuni tələbinə tabe olmayıb mübahisə yaradırdıb tabesizlik edirdilər. Onların bu hərəkətlərinə məhəl qoymadıq və qanun çərçivəsində avto patrullara mindirib Naxçıvan Şəhər Polis İdarəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişdilər, Növbətçi Hissədə məlum oldu ki, xx.xx.1991-ci il təvəllüdlü 11ci məhəllə, ev 56-cı məhəllədə qeydiyyatda olan X7 , xx.xx.1999-cu il təvəllüdlü Heydər Əliyev prospekti, ev 44, mənzil 10-da qeydiyyatda olan Şəxsdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ayın 4, 5-ci gün Məhərrəm, dostu və o bir yerdə olduqlarını, Məhərrəmə zəng gəldiyini, dostunun oraya gələcəyini, maşının işıqlarını düzəltdiyini, maşına mindiklərini, Reyhan marketə getdiklərini, bir polisin şəxsi maşını ilə oraya gəldiyini, özünü təqdim etmədən onlara yaxınlaşdığını, onlara “ə bütün şəhər sizi axtarır” dediyini, onların içkili olduqlarını, Məhərrəmin niyə onları axtardığını soruşduğunu, sürücünün Məhərrəmin dostu olduğunu, polisin onlara “tabesizlik, qırmızı işıqdan keçmə” olduğunu, Məhərrəmin “maşının yeni çıxdığını, cəriməni yaz, biz çıxaq gedək” dediyini, polisin aqressivləşdiyini, polisin post patrula zəng vurduğunu, post patrul çatana kimi polisin Məhərrəmə şillə vurduğunu, bu zaman onun telefonunu çıxardığını, polisə telefonla onu çəkdiyini dediyini, onun “niyə şillə vurmasını” soruşduğunu, telefonu çıxarmaqda məqsədinin aranı sakitləşmək olduğunu, Məhərrəmin 102 xidmətə zəng etdiyini, telefonuna baxış olduğunda video olmadığının ortaya çıxdığını, onun heç kimə müqavimət göstərmədiyini, onun evə xəbər etmək üçün icazə istədiyini, onun maşına mindiyini, polisin nalayiq sözlər işlətdiyini, sonra şöbədən onları ötürdüklərini, belə dialoqun olduğunu, sürücünün polisə “siz yalan danışmayacaqsız ki, cəriməm gələndə ödəyərəm” dediyini, Məhərrəmin dedikdən sonra polisin aqressiv yanaşdığını, Məhərrəmin onun dostu olduğunu, şillə vurmasını kameraya düşdüyünü, Məhərrəmin polislə sözünün çəp gəldiyini, videonun kəsildiyini, tam olmadığını, videonun kəsildiyindən şübhələndiyini, orada şillə vurulduğunu, niyə ona 535.1-ci maddə qoyulduğunu, heç kimə müqavimət göstərilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən X3 izahatında onu tanımadığını, usta olaraq bildiyini, Məhərrəmin yanında olduğunu, Reyhan marketin qabağında polislə söhbətlərinin olduğunu, cərimə olduğunu dediklərini, qırmızı işıqda keçməyə görə cəriməsi olsa, onu ödəyəcəyini, Məhərrəmin polisə cəriməsin yazın, gedək dediyini, daha sonra mübahisə olduğunu, Yusifin mübahisəsi olmadığını, əl-qol hərəkəti etmədiyini, əlində telefon olduğunu, telofonla nə etdiyini bilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən X11 izahatında hadisə **-BH-*** nişanlı avtomobil qırmızı işıqda hərəkətin davam etdirib, onu dur işarəsi verdiyini, maşının saxlamadığını, xidməti maşının olmadığını, xidmətdə olduğunu, rəisə məruzə edildiyini, inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu, Reyhan marketin qabağında maşını gördüyünü, sürücünün öz əməlini etiraf etdiyini, Məhərrəm və bu şəxsin onun xidmətinə mane olduqlarını, xidməti işini görməyə icazə vermədiklərini, onu təhdid etdiklərini, onun başına oyun açağını dediklərini, polis xidmətinə məruzə etdiyini, onun kimsəni vurmadığını, görüntülərdə hər şeyin göründüyünü, ona təzyiq göstərdiyini, onu çəkib-çəkməməsini bilməməsini, Yusifin onu təhdid etdiyini, işdən çıxarılacağını dediyini, öz maşından düşdüyünü, xidməti maşının idarədə saxladıqlarını, öz maşını ilə Reyhan marketin qabağına gəldiyini, onu saxlayıb protokol tərtib edilməli olduğunu, saat yarım və ya 2 saat keçdiyini, avtomobil duracağa yerləşdiyini, avtomobilin işığının nasaz olduğunu, manevr hərəkətlərini pozduğunu, onu müşahidə etdiklərini, rəisə məruzə etdiklərini, sürücüyə yaxınlaşanda öz əməlini etiraf etdiyini, sürücünün ona həmin vaxtı maşında qadın olduğunu, qadının saxlama maşını dediyini, ona görə maşını saxlamayıb sürdüyünü deməsini, onun işinə niyə müdaxilə edildiyini, 14 il Şəhər qayısında işlədiyini, onları tanımadığını, niyə onu şantaj etdiyini, Məhərrəmin onu itələdiyinə görə onu itələdiyini, şillə vurmadığını bildirmişdir. İş materiallarına X6, Şəxs, X4, X1 izahatları əlavə edilmişdir. İş materiallarına Şəxs və X4 şəxsiyyət vəsiqəsi məlumatlarının surətləri, alcovisor qəbzinin surətləri, X6 xidməti vəsiqəsinin surəti və şəxsiyyət vəsiqəsinin surəti, X2 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. xx.xx.2025-ci il, saat 00:50-də alcovisor qəbzinə, əsasən, Şəxs alkoqolun miqdarı 0.479% müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokola, əsasən, inzibati qaydada tutulmuş Şəxs hüquqularının müdafiəçi X9 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə bildiriş Şəxs təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan X12 protokola, əsasən, şəxsi axtarış və yoxlama zamanı heç nə aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə protokola, əsasən, iş aiddiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal yoxdur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal sərxoş vəziyyətdə xətanın törədilməsidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat miqdarında inzibati qaydada cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar