Məhkəmə qərarları › İş №3(078)-173/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-173/2022

30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-173/2022 30.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1996-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-72 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarı ilə inzibati qaydada həbs olunmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, polis sahə inspektoru 29 dekabr 2022-ci il tarixdə, saat 02:10 radələrində Naxçıvan şəhəri, H.Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirərkən **-BE-*** dövlət nömrə nişanlı avtomaşının yüksək sürətlə və yüksək musiqi tonu ilə ictimai qaydanı pozduğunu müşahidə etmiş, həmin vaxt polis sahə inspektoru **-YP-*** dövlət nömrə nişanlı BMV markalı avtomaşınla həmin avtomaşının arxasınca gələrək sarısan işıqlardan istifadə edərək avtomaşını saxlamış, sürücüyə özünü təqdim etdikdən sonra etdiyi qanun pozuntusunu izah etmiş və sürücüdən sürücülük vəsiqəsini tələb etmiş, sürücü sürücülük vəsiqəsi olmadığı üçün avtomobil sahibini dəvət etmiş, avtomobil sahibi sərxoş halda onlara yaxınlaşmış və həmin şəxsə “avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmadığı üçün avtomobiliniz cərimə meydançasına aparılacaq” deyə bildirmiş, bu zaman avtomobil sahibi cibindən bıçaq çıxarmış və özünə xəsarət yetirəcəyini bildirmiş, polis sahə inspektoru onu nizam-intizama dəvət edən zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamış, onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 29 dekabr 2022-ci il tarixdə əvvəlcədən tanıdığı Nicat adlı şəxslə şəhərdə görüşüb kafelərin birində oturub çay içdiklərini, sonra Nicatla birlikdə onun şəxsi maşınına əyləşib şəhərdə gəzdikdən sonra saat təqribən 02 radələrində Qızılay adlanan kafeyə getdiklərini, kafedə özünə spirtli içki sifariş verdiyini və Nicata da enerji suyu adlanan hell sifariş verdiyini, spirtli içkini qəbul edən zaman tanışı Nicata zəng gəldiyini, danışdığını, sonra Nicatın ondan onun avtomobili ilə tanışının yanına gedib gəlməyi xahiş etdiyini, avtomobilin açarını Nicata verdiyini, Nicatın da getdiyini, az keçmədi ki, Nicatın ona zəng etdiyini, sarayın dikində DYP əməkdaşlarının maşını saxladıqlarını, maşını cərimə meydançasına aparmaq istədiklərini, “özün gəl bura” dediyini, kafedən çıxıb taksiyə əyləşib Nicatın dediyi yerə getdiyini, maşınının yanında iki polis əməkdaşının dayandığını gördüyünü, maşından düşdüyünü və həmin polis əməkdaşlarından bu barədə soruşduğunu, onların isə ona avtomobili yüksək surətdə idarə etdiyi üçün saxladıqlarını və sürücünün də sürücülük vəsiqəsi olmadığı üçün avtomobili cərimə meydançasına aparmalı olduqlarını dediklərini, onlardan avtomobilinin aparılmaması üçün xahiş etdiyini, polis əməkdaşlarının “maşın cərimə meydançasına getməlidi, hüquqsuz sürdüyü üçün” dediklərini, bu zaman sərxoş olduğu üçün əsəbləşib əlini cibinə atıb cibindən bıçaq götürüb boğaz nahiyyəsinə dayayıb “maşın içəri getsə, özümə qəsd edəcəm” dediyini, bu zaman polis əməkdaşlarının onu nizam-intizama dəvət etdiyini, sərxoş olduğu üçün öz hərəkətlərini davam etdirdiyini, tanışı Nicatın ona yaxınlaşdığını və onu sakitləşdirdiyini, polis əməkdaşlarının rəisi ilə onu mobil telefonda danışdırdığını, DYPB rəisinin ona “sən sərxoşsan, özün maşını idarə etmə, sürücülük vəsiqəsi olan bir nəfər maşını idarə etsin, gedin, səhər bu məsələ ilə bağlı maraqlanılacaq” dediyini, Nicatın tanışı Elşad adlı şəxsin sürücülük vəsiqəsi olduğundan onun maşını idarə edərək onu evə apardığını, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 29 dekabr 2022-ci il tarixdə BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla H.Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirərkən **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının yüksək sürətlə və uca musiqi səsi ilə mikrorayon istiqamətində hərəkət edən zaman ictimai qaydanı pozduğunu müşahidə etdiyini, həmin vaxt sarısan işıqlardan istifadə edərək avtomobili saxladıqlarını, həmin vaxt sürücüyə yaxınlaşaraq özünü təqdim etdiyini, sürücüdən sürücülük vəsiqəsini tələb etdiyini, sürücünün sürücülük vəsiqəsi olmadığını bildirdiyini və sürdüyü avtomobilin sahibini onların yanına çağırdığını, az keçmədi ki, avtomobilin sahibinin sərxoş halda gəldiyini və nə olduğunu soruşduğunu, həmin şəxsə **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət etdiyi üçün saxlanıldığını bildirdiyini, həmin şəxsin yenə də onlardan avtomobilin buraxılmasını xahiş etdiyini, ona qanun pozuntusu törədildiyini, buraxa bilməyəcəklərini bildirdiklərini, bu zaman həmin şəxsin cibindən bıçaq çıxartdığını və boğazına yaxınlaşdıraraq “maşını buraxmasaz, özümə qəsd edəcəm” dediyini, həmin vaxt həmin şəxsi nizam-intizama dəvət etdiyini, onun da onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyini, bu zaman avtomobili idarə edən şəxsin həmin şəxsə yaxınlaşdığını və onu sakitləşdirdiyini, bu barədə rəisinə məlumat verdiyini, rəisinin də həmin şəxslə mobil telefonda danışdığını və “sən sərxoşsan, özün maşını idarə etmə, sürücülük vəsiqəsi olan bir nəfər maşını idarə etsin” dediyini, avtomobili olan Elşad adlı şəxsin sürücülük vəsiqəsi olduğu üçün avtomobili idarə edərək getdiklərini bildirdi. X3 məhkəmədə şahid qismində verdiyi izahatında, 29 dekabr 2022-ci il tarixdə əvvəlcədən tanıdığı Məhəmməd adlı şəxslə şəhərdə görüşüb kafelərin birində oturub çay içdiklərini, sonra Məhəmmədlə birlikdə Məhəmmədin şəxsi VAZ-2106 maşınına əyləşib şəhərdə gəzdikdən sonra saat təqribən 02 radələrində Qızılay adlanan restorana getdiklərini, Məhəmmədin kafedə özünə spirtli içki sifariş verdiyini və onun da özünə enerji suyu adlanan hell sifariş verdiyini, Məhəmmədin təqribən 3 ya da 4 bakal pivə içdiyini, spirtli içkini qəbul edən zaman ona zəng gəldiyini, danışdığını, Məhəmməddən maşınının açarını ona verməsini xahiş etdiyini, açarı alıb Sizin market istiqamətində getdiyini, marketin qabağında tanışı ilə görüşdüyünü, bir az söhbət etdiyini, marketə girib özü üçün siqaret aldığını, tanışı Elşadı gördüyünü, onu aparmasını istədiyini, mikrorayon istiqamətində gedən zaman yüksək surətlə hərəkət etdiyini, maşında musiqiyə ucadan səs verdiyini, polis əməkdaşının onu saxladığını, polis əməkdaşının özünü təqdim etdiyini, polis əməkdaşlarının ondan sürücülük vəsiqəsi tələb etdiklərini, sürücülük vəsiqəsinin olmadığını bildirdiyini, ona avtomobili yüksək surətdə idarə etdiyi üçün saxladıqlarını və sürücülük vəsiqəsi olmadığı üçün avtomobili cərimə meydançasına aparmalı olduqlarını dediklərini, onlara tələsdiyi üçün yüksək surətlə sürdüyünü dediyini, Məhəmmədə zəng etdiyini, Məhəmmədin gəldiyini, həmin polis əməkdaşlarından bu barədə soruşduğunu, onların isə Məhəmmədə avtomobili yüksək surətdə idarə etdiyi üçün saxladıqlarını və sürücünün də sürücülük vəsiqəsi olmadığı üçün avtomobili cərimə meydançasına aparmalı olduqlarını dediklərini, onlardan avtomobilinin aparılmaması üçün xahiş etdiyini, polis əməkdaşlarının “maşın cərimə meydançasına getməlidi” dediklərini, bu zaman Məhəmmədin sərxoş olduğu üçün əlini cibinə atıb cibindən bıçaq götürüb boğaz nahiyyəsinə dayayıb “maşın içəri getsə, özümə qəsd edəcəm” dediyini, bu zaman polis əməkdaşlarının onu nizam-intizama dəvət etdiyini, sərxoş olduğu üçün öz hərəkətlərini davam etdirdiyini, özünün ona yaxınlaşdığını və onu sakitləşdirdiyini, polis əməkdaşlarının rəisi ilə Məhəmmədin mobil telefonda danışdığını, DYPB rəisinin ona “sən sərxoşsan, özün maşını idarə etmə, sürücülük vəsiqəsi olan bir nəfər maşını idarə etsin” dediyini, tanışı Elşad adlı şəxsin sürücülük vəsiqəsi olduğundan maşını idarə edərək Məhəmmədi evə apardığını bildirdi. İş üzrə: 30 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 30 dekabr 2022-ci il tarixdə, saat 10:10-da inzibati qaydada tutulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-72 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, polis sahə inspektoru 29 dekabr 2022-ci il tarixdə, saat 02:10 radələrində Naxçıvan şəhəri, H.Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirərkən **-BE-*** dövlət nömrə nişanlı avtomaşının yüksək sürətlə və yüksək musiqi tonu ilə ictimai qaydanı pozduğunu müşahidə etmiş, həmin vaxt polis sahə inspektoru **-YP-*** dövlət nömrə nişanlı BMV markalı avtomaşınla həmin avtomaşının arxasınca gələrək sarısan işıqlardan istifadə edərək avtomaşını saxlamış, sürücüyə özünü təqdim etdikdən sonra etdiyi qanun pozuntusunu izah etmiş və sürücüdən sürücülük vəsiqəsini tələb etmiş, sürücü sürücülük vəsiqəsi olmadığı üçün avtomobil sahibini dəvət etmiş, avtomobil sahibi sərxoş halda onlara yaxınlaşmış və həmin şəxsə “avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmadığı üçün avtomobiliniz cərimə meydançasına aparılacaq” deyə bildirmiş, bu zaman avtomobil sahibi cibindən bıçaq çıxarmış və özünə xəsarət yetirəcəyini bildirmiş, polis sahə inspektoru onu nizam-intizama dəvət edən zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamış, onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməyə başlamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində 2 uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İş üzrə məsuliyyəti ağırlaşdıran haldır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 30 dekabr 2022-ci il tarixdən, saat 10:10-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar