Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-173/2025 09.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 iştirakları ilə, xx.xx.1988-ci ildə Babək rayon, Cavidabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, işsiz, subay, 1 uşaq atası, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 09 aprel 2025-ci il tarixli, 349624/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 16(078)-24/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı əsasında verilmiş 23 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh Şəxs qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və sabit pul məbləğində aliment tələbinə dair 2(078)-1704/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək (yekun məhkəmə qərarı qüvvəyə minənədək) X4 övladı 12 avqust 2022-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək (gecə ananın yanında qalmaqla) görüşüb ünsiyyət saxlanılmasına şərait yaradılması, Şəxs görüşə maneçilik yaradılmasının qadağan edilməsi qərara alınmışdır. İş üzrə icraata başlamaq haqqında 27 noyabr 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında uşağı anasına etibar etmədiyini, öz evlərində görmək istəyirsə gəlib görə biləcəyini, ona verməyəcəyini, məhkəmənin anasına uşağı görmək hüququ verdiyini, ancaq özünün icra etmədiyini, uşağı anasına etibar edə bilməyəcəyini, tələbkarın dediklərinin hamısının yalan olduğunu, onun uşağa baxan olmadığını, 7 ay əvvələ kimi də uşağa öz anasının baxdığını, uşağı yuyunduranda Mahirənin kənardan durub baxdığını, özü ilə anasının yuyundurduğunu, axşam uşaq ağlayanda yastığı uşağın ağzına basdığını, onun psixoloji problemləri olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X5 izahatında qayınanasının onu döyüb uşağı əlindən aldığını, özünün boşanmağına səbəbin qayınanası olduğunu, 7 aydır uşağından ayrı olduğunu, məhkəmə qərarı ilə uşağın özünə verildiyini, qarşı tərəfin apellyasiya şikayəti verdiyini, bu səbəbdən qərarın hələ qanuni qüvvəyə minmədiyini, uşağı görməyə də icazə vermədiklərini, görməyə getdikdə onu təhqir etdiklərini, uşağını görmək istədiyini, borclunun cəzalandırılmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında 26 noyabr 2024cü il tarixdə icra sənədinin icra şöbəsinə daxil olduğunu, bir neçə dəfə borclunu icra şöbəsinə dəvət etdiklərini, onun gəlmədiyini, şəxsin uşağın axşam ananın yanında qalmasına icazə vermədiyini, borclunun tələbkarın uşağı gəlib öz həyətlərində görməsini, özünün yanında uşaqla oynayıb getməsini istədiyini bildirdiyini, şəxsin icra sənədini icra etmədiyini, uşağın körpə olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 23 noyabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 16(078)-24/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh Şəxs qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və sabit pul məbləğində aliment tələbinə dair 2(078)-1704/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək (yekun məhkəmə qərarı qüvvəyə minənədək) X4 övladı 12 avqust 2022-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək (gecə ananın yanında qalmaqla) görüşüb ünsiyyət saxlanılmasına şərait yaradılması, Şəxs görüşə maneçilik yaradılmasının qadağan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 27 noyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 16(078)-24/2024 nömrəli, 23 noyabr 2024cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 27 noyabr 2024cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə olunmuş 14 dekabr 2024-cü il tarixli uşaqla görüş barədə aktdan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 16(078)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzə tələbkar X1 övladı 12 avqust 2022-ci il tarixdə doğulmuş X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək, (gecəni ananın yanında qalmaqla) görüşüb ünsiyyət saxlamasına şərait yaradılması, Şəxs görüşə maneçilik yaradılması qadağan edilməməsi ilə bağlı borclu könüllü icranı təmin etmədiyi üçün xx.xx.2024-cü il tarixdə saat 09:40-a Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə (Naxçıvan Şəhər Məhkəməsinin binası) gəlməsi ilə bağlı tərəflərə məktub göndərilmiş qeyd olunan vaxtda tələbkar X5 çağırış üzrə gəlmiş lakin borclu Şəxs gəlməmişdir. İş materiallarına əlavə olunmuş 22 mart 2025-ci il tarixli aktdan görünür ki, borclu Şəxs yaşadığı mənzildə 12 avqust 2022-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək (gecəni ananın yanında qalmaqla) görüşüb ünsiyyət saxlamasına şərait yaradılmasına borclu Şəxs uşağı anasının aparmasına imkan verməmiş, görüşə şərait yaratmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən, o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, iş materiallarında olan Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 10 avqust 2018-ci il tarixli, 004267 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, Şəxs ümumi xəstəlikdən İİ qrup əlildir. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs təyin edilən cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-173/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-173/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver