Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-174/2022 30.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar X1 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1980-ci ildə Culfa rayon Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN 0WQ9WFM) evli, 2 uşaq atası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, Çənlibel 1/8 ünvanında qeydiyyatda olan həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Tələbkar Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin təsisçisi olduğu Naxçıvan Məhsulları MMC-nin borclu Şəxs qarşı borcun ödənilməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-538/2019 nömrəli, 25 aprel 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 03 iyun 2019-cu il tarixli icra vərəqəsinə, Tələbkar "xxxx" ASC-nin borclu Şəxs qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-388/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 27 may 2021-ci il tarixli icra vərəqəsinə, Naxçıvan şəhər 1 saylı Notariat Kontorunun 8İ-4471 nömrəli 28 oktyabr 2021-ci il tarixli icra qeydi üzrə icraata başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən ödəmələr aparılmamış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs oğlu qeyd olunan inzibati xətanı törətdiyini qismən etiraf edərək, özünün yalnız "xxxx" ASC-nə borclu olduğunu, həmin borcu ödəyəcəyini, lakin hazırda işsiz olduğu üçün borcu ödəyə bilmədiyini, digər icra sənədləri ilə heç bir əlaqəsinin olmadığını tələbkar kimi göstərilənlərə borcunun olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş 03 iyun 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-538/2019 nömrəli, 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 1268.28 manat pul, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin təsisçisi olduğu Naxçıvan Məhsulları MMC-nin verilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İş materiallarına əlavə olunmuş 27 may 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-388/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Şəxs və X4 birgə qaydada 03 avqust 2018-ci il tarixli İK0308/08 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 651.41 manat gecikdirilmiş faiz, 1746.93 manat gecikdirilmiş əsas borc olmaqla cəmi 2398.34 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nə qaytarılması qət edilmiş, icra vərəqəsi Şəxs münasibətdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə, X5 münasibətdə icra olunması üçün Babək Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 1 saylı Notariat Kontorunun 8İ-4471 nömrəli 28 oktyabr 2021-ci il tarixli icra qeydi üzrə Şəxs 10000 manat pul və 20 manat dövlət rüsumunun tutulması göstərilmişdir. Belə ki, borcverən X3 borcalan Şəxs 10000 manatı xx.xx.2018-ci il tarixdə depozit yolu ilə ödəmiş, borcalan həmin məbləği ayda 750 manat olmaqla xx.xx.2020-ci il tarixədək borcverənə qaytaracağı ilə bağlı öhdəlik götürmüş və bu kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə Naxçıvan şəhər 1 saylı Notariat Kontorunda 3M-34 nömrəli reyestrində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin 19 fevral 2021-ci il tarixli, 298/2017 nömrəli məktubundan məlum olur ki, həmin məktubla Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, "xxxx" ASCnə Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə və icraatda olan icra sənədlərinin icrasını təmin etmək məqsədilə Şəxs adına yaşayış evinin, torpaq sahəsinin və avtomobilin olub-olmaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin 02/210 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, Şəxs şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan MR DSMF PHŞ Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 01/62 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs mərkəzin qeydiyyatında durmur və heç bir müavinət və təqaüd almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04/152 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs adına daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə borclu Şəxs məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, borclu Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 388/2021 nömrəli 14 aprel 2021-ci il tarixli icra sənədinə əsasən tələbkar "xxxx" ASC-nə olan qalıq borcu xx.xx.2022-ci il tarixə 828.34 manat təşkil edir. Z.Əliyeva adına Naxçıvan şəhər X7 Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 3331 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 30 dekabr 2022-ci il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun.
4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva