Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-176/2023 02.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Şərur rayon, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Şərur rayon Ticarət mərkəzində sahibkar, Şərur rayon, Yengicə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 02 may 2023-cü il tarixli, 001773 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 01 may 2023-cü il tarixli, 3-13-43-6/1/ nömrəli raportda qeyd olunmuşdur ki, Naxçıvan Şəhər ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli Şərur rayon, Yengicə kənd sakini Şəxs izahatı alınan zaman onun qeyri ixtiyari hərəkətlər etdiyi və hal-hərəkətləri ilə şübhə doğurduğu üçün onu narko-testdən keçirmək üçün göstəriş verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-13-43-6/1-2734/2023 nömrəli raportda qeyd olunmuşdur ki, Naxçıvan Şəhər ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı Şərur rayon, Yengicə kənd sakini Şəxs şübhəli olduğu üçün onun izahatını alması məqsədi ilə Naxçıvan Şəhər Polis İdarəsinə gətirilməsinə ehtiyac duyulmuşdur. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitəçisi olmadığını, təxminən 10-15 gün bundan əvvəl Türkiyə Respublikasının Tuzluca şəhərinə istirahətə getdiyini, orada əylənərkən cinsi istək artıran enerji içkisindən istifadə etdiyini, polis əməkdaşlarının onu narkotestdən keçirən zaman testin nəticəsində narkotik vasitədən istifadə etdiyinin ona məlum olduğunu, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Sərxan Fəxrəddin oğlunun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 02 may 2023-cü il tarixli, 94 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Hal-hazırda onun məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2023-cü il tarixdə sidikdə narkotik maddənin təyini məqsədilə narkotest vasitəsilə yoxlanılmış və onda AMP (amfetamin), MET (metadon) və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublika Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 230 nömrəli məktubdan Şərur rayon, Yengicə kəndində qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçdiyi və onda “Praktik sağlam” diaqnozu müəyyən olunduğu aydın olur. İş materiallarına əlavə edilmiş Şərur rayon İcra Hakimiyyətinin Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 139 nömrəli arayışdan Şəxs Şərur rayon Yengicə kəndində qeydiyyatda olduğu məlum olur. İş materiallarına əlavə edilmiş Şərur rayon İcra Hakimiyyətinin Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 129 nömrəli arayışdan görünür ki, Şəxs həyat yoldaşı X10, oğlu X6 və qızı X9 adlı ailə üzvləri vardır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə X16 Şəxsi Şərur rayon İdarəsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 081427 nömrəli arayışdan görünür ki, Şəxs heç bir növ pensiya almır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 01 may 2023-cü il tarixdə saat 22:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 01 may 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və 20 gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 01 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X12 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-176/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-176/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver