Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-177/2023 08.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Nərimanov Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Naxçıvan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol Azərbaycan Respublikası DİN Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsi tərəfindən baxılması üçün inzibati material xx.xx.2023-cü il tarixli 3-13-50/2-10676 nömrəli müşayət məktubu ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bağırov X2 şəhəri İ.Səfərəli küçəsi ev 21 ünvanında qeydiyyatda olduğundan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 3(005)-1228/2023 nömrəli qərardadı ilə inzibati iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, inzibati iş 03 may 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Protokolda qeyd olunmuşdur ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş EQ 12208418 nömrəli inzibati xəta haqqında iz üzrə qərarı icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən vətəndaş Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokolda əks etdirilməsi zəruri olan məlumatlar və protokola aid tələblər sadalanmışdır. Hazırki protokolda vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən inzibati tənbeh vermə haqqında protokolun və qərarın Şəxs göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin onun səlahiyyətrlərinə aid olub-olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tətbiq edilibedilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmamasını həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım: Azərbaycan Respublikası DİN Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-177/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-177/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver