Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-181/2025 16.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Naxçıvan şəhərində doğulmuş, FİN:xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 1 uşaq atası,orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Naxçıvan şəhər sakini Şəxs barəsində toplanmış inzibati xəta haqqında material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Rafiq Zülfüqarov tərəfindən verilmiş raporta, əsasən, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1986-cı il təvəllüdlü, Naxçıvan şəhəri, Sabir küçəsi, döngə 6, ev 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs və 1976-cı il təvəllüdlü, ünvan 2, ev 2 ünvanında qeydiyyatda olan və yaşayan X7 15 aprel 2025-ci il tarixdə, saat 12:30-da Naxçıvan şəhəri ərazisində saxlanılmış, saat 12:45 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. xx.xx.2025-ci il tarixli Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Rafiq Zülfüqarov tərəfindən verilmiş raporta, əsasən, Naxçıvan şəhər ərazisində Elçin və Arzu adlı şəxslərin narkotik vasitələri, psixotrop maddələri əldə etməsinə, saxlamasına və qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, Elçin və Arzu adlı şəxslərin cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin əmrindən aydın olur ki, qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Naxçıvan MR Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılması, əmr aidiyyəti üzrə elan olunması müəyyən edilmişdir. İş materiallarına xx.xx.2025-ci il tarixli “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokol, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, Şəxs izahatı əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt şəxsin izahatı və PXD-ın 183 nömrəli rəyi ilə təsdiq edilir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada, əsasən, inzibati xəta haqqında material aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədilə Şəxs xx.xx.2025ci il tarixdə saat 12:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola, əsasən, heç bir əşya aşkar edilməmişdir. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə bildiriş Şəxs təqdim edilmişdir. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokola, əsasən, inzibati qaydada tutulmuş Şəxs hüquqularının müdafiəçisi X5(qızı) və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X6 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 183 nömrəli rəyə, əsasən, Şəxs dərman toksimaniyası xəstəliyindən əziyyət çəkir. Lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs 15 04 20?5-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə AMP (amfetamin), MET (metamfetamin) və TML (tramadol) müsbət aşkar olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, toplanmış material işi üzrə yoxlanılan şəxs hümbətov Biçin Məhərrəm oğlunun xx.xx.2025-ci il tarixli 183 saylı və Məmmədov Arzu lləsənqulu oğlunun 184 saylı narkoloji tibbi yoxlamanın rəyi Daxili İşlər Nazirliyinə göndərilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Naxçıvan MR X4 rəhbərliyi xx.xx.2025-ci il tarixli 3-13-43/2- 5378/2025 saylı məktuba cavab olaraq bildirir ki, xx.xx.2025-ci il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Naxçıvan şəhər sakini 1986-cı il təvəllüdlü Şəxs götürülmüş sidik nümunəsindən AMP ( amfetamin), MHT (metamfetamin), TML (tramadol) müsbət aşkar olundu, OPİ (-),COC (-), BAR (-), BXO (-), MTD (-), TTİC (-), TCA (-), PCP (- ) aşkar olunmadı. Naxçıvan şəhər sakini 1976-cı il təvəllüdlü Məmmədov Arzu İTəsənqulu oğlundan götürülmüş sidik nümunəsindən TİTC (tetrahidrokonnobinol) müsbət aşkar olundu, OPİ (- ),COC (-), BAR (-), BZO (-), MTD (-), T'ML (-), TCA (-), PCP (-), AMP (-), MET (-) aşkar olunmadı. Vəkil X1 və Şəxs şəxsiyyət vəsiqəsinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmədə Şəxs əməli özünün izahatı və iş materialına əlavə olunmuş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında Tumbul yer götürüb, orada işləməyə başlayıb, 8 ay bundan qabaq məhkumluğu olub, təzə çıxıb, səhvlik etdiyini, birdə olmayacağını, ailə başçısı olduğunu, çox əziyət çəkdiyini, mümkündürsə, yüngül cəza verilməsini, çox əziyət verdiyini, uşaqlarının böyüdüyünü, problemlərinin atdığını, kreditin olduğunu, ona köməklik edilməsini bildirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs etirafını və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə almışdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz ) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-181/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-181/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver