Məhkəmə qərarları › İş №3(078)-182/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-182/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-182/2023 08.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Babək rayon Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 3 uşaq atası, orta təhsilli, sürücü işləyən, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon Qahab kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: 05 may 2023-cü il tarixdə Naxçıvan şəhəri Atatürk küçəsi ilə İstiqlal küçəsinin kəsişməsində ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs hal hərəkətində narkotik vasitələrin istifadəsində şübhəli olması müşahidə edilmişdir. Şəxs Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuş və 05 may 2023-cü il tarixdə məhkəmə ambulator narkoloji ekspertizası təyin edilmiş və verilmiş rəydə sidik nümunələrindən verdiyi analizdə psixotrop maddə aşkarlanmışdır. Şəxs sərxoşluq müayinəsi aparılmış və 0.23 promil sərxoş olması müəyyən edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Şəxs inzibati qaydada tutulmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında özünün 4 nömrəli marşurt xəttində sürücü işlədiyini, 05 may 2023-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi marşurut avtobusu ilə kitabxananın yanında işıqforda gözləyən zaman bir nəfər şəxsin idarə etdiyi maşın avtobusu vurmuşdur. Hadisə yerinə polis əməkdaşları gəlmiş, onun sərxoşluğu yoxlandıqdan sonra narko-test müayinəsindən keçməsi üçün dispanserə aparmışlar. Onun qanında analizin nəticəsinə görə sidiyində narkotik vasitə aşkar olunmuşdur. Lakin orda da həkimə narkotik vasitədən istifadə etmədiyini bildirmiş, lakin ona inanmamışlar. Şəxs heç bir psixotrop maddə istifadə etmədiyini, son bir aydır ki, Glefon 400 mq adlı ağrıkəsici dərman qəbul etdiyini, bu dərmanı Cahan Ticarət Mərkəzində olan aptekdən aldığını, diş ağrısı olduğu üçün ağrını tez kəsdiyini bildirmiş və bütün nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında ekspert Fuad Cəfərov bildirmişdir ki, Naxçıvan MR X1 həkimidir. Şəxs bu gün Dispanserə gətirilmiş ondan sidik analizi götürlmüşdür. Həmin narkotestlər müəyyən edilmiş sayda Nazirlik tərəfindən onlara təqdim eidlir və səhv çıxam ehtimalı yoxdur. Analizin nəticəsində şəxsdə metilendioksimetilamfetamin maddəsi aşkar edilmişdir. Şəxs glefon ağrıkəsici dərmanından istifadə etdiyini bildirmiş, lakin həmin dərmanın tərkibində testdə çıxan maddə mövcud deyildir. Şəxsin analizində çıxan metilendioksimetilamfetamin maddəsi psixotrop maddə hesab edilir və açıq satışda satılan dərmanların tərkibində həmin maddə mövcud deyildir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 103 nömrəli rəyə əsasən Şəxs xx.xx.2023-cü il tarixdə sidikdə narkotik vasitənin təyini məqsədi ilə Dispanserdə narkotestdən keçirilmiş və MDMA (metildioksimmetamfetamin) qəbulu aşkar edilmişdir. Naxçıvan MR X5 Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 237 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Babək rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 116 nömrəli arayışa əsasən İsmayılov X4 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon ƏSMM tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/801 nömrəli arayışa əsasən Şəxs İdarədə qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. Raportda Şəxs müayinədən keçirilməsi və onda 0.23 promil alkoqol sərxoşluğu olması qeyd edilsə də sərxoşluq vəziyyətinin müayinə aktı protokola əlavə edilməmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarışlılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə Şəxs izahatında hər hansı narkotik vasitə və psixotrop maddə qəbul etməməsi ilə bağlı bildirdiyi halları özünümüdafiə xarakteri daşıyan izahat kimi qiymətləndirir. Bu halda məhkəmə ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi nəticəsinə gəlir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxs görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və ictimai təhlükəsizlik, şəxsin sağlamlığı əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Göstərilən hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İnzibati həbs tənbeh tədbirinin nə vaxtdan hesablanması məsələsinə gəldikdə isə işin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis şöbəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. “Y.Budaqov” adına Naxçıvan Muxtar Respublikası X2 21 yanvar 2023-cü il tarixli məktubunda Şəxs narkotik asıllığı olmadığına görə müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar