Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-186/2023 12.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, fərdi işlə məşğul olan, Naxçıvan şəhəri, Qoçüstü 3/67 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 12 may 2023-cü il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 may 2023-cü il tarixli, 013139 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli GTKR2480979A500 saylı kredit müqaviləsinə əsasən 9246.65 (doqquz min iki yüz qırx altı manat altmış beş qəpik) manat əsas, 1731.99 (min yeddi yüz otuz bir manat doxsan doqquz qəpik) manat faiz, cəmi 10978.64 (on min doqquz yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat, xx.xx.2020-ci il tarixli BBLK1852167A500 saylı kredit xətti müqaviləsinə əsasən 477.28 (dörd yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) manat əsas 84.26 (səksən dörd manat iyirmi altı qəpik)manat faiz, cəmi 561.54 (beş yüz altmış bir manat əlli dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi və iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 124.62 (yüz iyirmi dörd manat altmış iki qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla xx.xx.2022-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-335/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 11664.8 (on bir min altı yüz altmış dörd manat səksən qəpik) manat miqdarında pul vəsaitini ödəməli olduğunu, həmin icra sənədinin icraata qəbul edilməsinə dair tələbin könüllü icrası barədə bildirişlə birgə ona göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələbin könüllü təmin edillməyəcəyi təqdirdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edildiyini, lakin işləmədiyi üçün tələbi təmin etmədiyini, ona dəfələrlə icra sənədi üzrə tələbin təmin edilməsi üçün telefonla əlaqə saxlanıldığını, xəbərdarlıq edildiyini, tələb təmin edilmədikdə barəsində məcburi icra tədbirlərini həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş icra sənədi olan icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli GTKR2480979A500 saylı kredit müqaviləsinə əsasən 9246.65 (doqquz min iki yüz qırx altı manat altmış beş qəpik) manat əsas, 1731.99(min yeddi yüz otuz bir manat doxsan doqquz qəpik) manat faiz, cəmi 10978.64(on min doqquz yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat, xx.xx.2020-ci il tarixli BBLK1852167A500 saylı kredit xətti müqaviləsinə əsasən 477.28 (dörd yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) manat əsas 84.26 (səksən dörd manat iyirmi altı qəpik)manat faiz, cəmi 561.54 (beş yüz altmış bir manat əlli dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi və iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 124.62 (yüz iyirmi dörd manat altmış iki qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 22(078)-335/2023 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2022-ci il tarixdə, tələbin könüllü icrası haqqında bildiriş, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. İcra işi üzrə aparılmış elektron sorğudan və müvafiq qurumlara göndərilmiş sorğuların cavablarından görünür ki, Şəxs heç bir növ müavinət və təqaüd almır, ona heç bir növ pensiya ödənilmir, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi heç bir əmlak yoxdur. İş materiallarında olan borclunun axtarışı haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1987-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan şəhəri Qoçüstü 3/57 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 12 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-186/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-186/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver