Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-186/2025 07.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan şəhəri, Ə.Əliyev ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi: ********** olan hüquqi şəxs «X5» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən 18000-00459/25 saylı inzibati xəta haqqında iş üzrə toplanılmış material aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Rəsmiləşdirmə mərkəzinin rəisi, gömrük xidməti mayoru Rza Rzalının verdiyi raporta, əsasən, "X5" MMC-nin (VÖEN: **********) Türkiyə Respublikasından idxal etdiyi mebel yükü xx.xx.2025-ci il tarixində 68BJ057/68ZA057 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuşdur. Həmin mallar barəsində (malın qeydiyyat kodu-**********00782) gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim olunmuş qısa idxal bəyannaməsi qanunvericiliklə müəyyən olunmuş müddət pozulmaqla gömrük orqanına təqdim olunmuşdur. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən İstifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may 920 nömrəli Fərmanının 2.2 bəndinə uyğun olaraq qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. xx.xx.2025-ci il tarixli "X5" MMC-nin verdiyi etibarnaməyə, əsasən, "X5" MMCnə daxil olan yüklərin və müşayiət edən yük sənədlərin təhvil alınmasını, göndərilməsini və digər yük əməliyyatlarının aparılmasını, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, imza üçün səlahiyyət, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsini X3 etibar edir. İş materiallarına qısa idxal bəyannaməsinin, əlavə vərəqlərin, fakturanın, gömrük bəyannaməsinin, X6 şəxsiyyət vəsiqəsinin, qeyri-kommersiya qurumunun vergi uçotu haqqında şəhadətnamənin surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardadına, əsasən, "X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlansın və tərəfimdən inzibati araşdırma aparılması qeyd olunmuşdur. X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola, əsasən, axış zamanı müəyyən olundu ki, "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) idxal etdiyi mal (malın qeydiyyat kodu**********00782) 68BJ057/68ZA057 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində xx.xx.2025-ci il tarixində saat 18:29-da Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postundan keçmiş, həmin yükə görə qısa idxal bəyannaməsi isə 18:15-də təqdim edilmişdir. Beləliklə, malın Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsindən ən azı 1 (bir) saat əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmiş və bununla da qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. X1 Sistemindən əldə edilmiş məlumatın surəti iş materiallarına əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 61 və 64-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri haqqında bildiriş X3 təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli X2 izahatı iş materiallarına əlavə edilmişdir. 18000-00459/25 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola, əsasən, hüquqi şəxs “X5” MMC-nin (VÖEN: **********) Türkiyə Respublikasından idxal etdiyi mebel yükü xx.xx.2025-ci il tarixində 68BJ057/68ZA057 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük organlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, xx.xx.2025-ci il tarixində saat 18:29-da Baş İdarənin "Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və həmin yüklərə dair qömrük orqanına elektron formada qısa idxal bəyannaməsi qanunvericiliklə müəyyən olunmuş müddət pozulmaqla xx.xx.2025-ci tarixində saat 18:15-də təqdim edilmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may 920 nömrəli Fərmanının 2.2 bəndinə uyğun olaraq qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Qeyd olunan faktla bağlı 15 aprel 2025-ci il tarixində Baş İdarənin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsində hüquqi şəxs “X5" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 18000-00459/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Aparılmış ilkin araşdırma zamanı yuxarıda qeyd olunan 68BJ057/68ZA057 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan yükün xx.xx.2025-ci il tarixli **********2882 saylı gömrük bəyannaməsi əsasında idxal olunduğu məlum olmuşdur. İş üzrə Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "X5" MMC-nin ünvanına **********2882 saylı gömrük bəyannaməsi əsasında idxal olunan mal 68BJ057/68ZA057 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə xx.xx.2025-ci il tarixində saat 18:29-da “Sədərək” gömrük postundan keçirilməklə ölkəyə daxil olmuşdur. Lakin idxal edilən mal (malın qeydiyyat kodu**********00782) gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi gömrük orqanına qanunvericiliklə müəyyən olunmuş müddət pozulmaqla xx.xx.2025-ci tarixində saat 18:15-də təqdim olunmuşdur. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin, 2016-cı il 21 may 920 nömrəli fərmanının 2.2 bəndinə uyğun olaraq qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Bununla da ganunvericiliyin tələbi pozulmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 ci maddəsində “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verildiyi, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olması, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmadığı” qeyd edilir. Beləliklə xx.xx.2025-ci il tarixində 68BJ057/68ZA057 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə "X5” MMC-nin ünvanına gətirilmiş mala dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən ən azı 1 saat əvvəl gömrük orqanlarına elektron formada təqdim edilmədiyi müəyyən olunmuşdur. Nəticədə hüquqi şəxs “X5” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 3-33-1200/012/002275 nömrəli raport, hüquqi şəxsin nümayəndəsinin izahatı, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X5" MMC-nin hüquqi nümayəndəsi X4 izahatında, qısa idxal bəyannaməsinin malların gömrük sərhədindən keçməsindən ən azı 1 saat əvvəl verilməli olduğunu bildiyini, lakin sürücü ilə aralarında olan anlaşmazlıq səbəbindən sürücünün onların elektron qaydada qısa idxal bəyannaməsini sistemə vurmaqlarını gözləmədən gömrük ərazisinə daxil olduğunu və bundan xəbərləri olmadığı üçün qısa idxal bəyannaməsini sistemə vaxtında vura bilmədiklərini bildirmiş və bu əməliylə inzibati xəta törətdiklərini etiraf etmişdir. İnzibati xəta haqqında işin materialları ilə tanış olma barədə xx.xx.2025-ci il tarixli protokol iş materiallarına əlavə edilmişdir. Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısİ, gömrük xidməti kapitanı Turqut Eminli tərəfindən verilmiş icraatın başa çatdırılması haqqında raporta, əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Eminli M.Turqut Abbas oğlu, 15 aprel 2025-ci il tarixində inzibati icraatı başlanılan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilən hüquqi şəxs "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində olan 18000-00459/25 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırmışdır. İşin icraatı zamanı qeyd edilən hüquqi şəxs tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanılmışdır. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 18000/00443 nömrəli, xx.xx.2025-ci il tarixli qərardada, əsasən, iş aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs “X5” MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin təşkilatın nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə hüquqi şəxs “X5” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, «X5» MMC-nin (VÖEN: **********) ünvanına idxal edilən mebel yükü xx.xx.2025-ci il tarixdə saat 18:29-da 68BJ057/68ZA057 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixdə saat 18:15-də təqdim edilmişdir. Bununla da «X5» MMC qanunvericiliyin tələbləri pozulmuşdur. «X5» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və «X5» MMCnin həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «X5» MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, «X5» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, Ə.Əliyev olan (VÖEN **********) «X5» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-186/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-186/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver