Məhkəmə qərarları › İş №3(078)-187/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-187/2024

20.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-187/2024 20.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X5 hüquqşünası baş leytenant Orxan Sadıqovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2, tərcüməçi X7 və müdafiəçi Vəkil iştirakı ilə, Deməsinə görə İran İslam Respublikasının Poldəşt qəsəbəsinin Şiblo kəndində anadan olmuş X2 barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X4 daxil olmuş inzibati qaydada tutma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə müəyyənetdi: Sərhəd pozucusu kimi saxlanılmış və özünü İran İslam Respublikasının Poldəşt qəsəbəsinin Şiblo kəndində anadan olmuş X1 təqdim edən şəxs barəsində inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 19 aprel 2024cü il tarixli protokol və toplanmış materiallar 20 aprel 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X5 hüquqşünası baş leytenant Orxan Sadıqov verdiyi izahatında göstərdi ki, özünü İran İslam Respublikasının Poldəşt qəsəbəsinin Şiblo kəndində anadan olmuş X1 təqdim edən şəxs 19 aprel 2024-cü il tarixdə saat 04:50 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X5 13-cü sərhəd zastavalarının xidməti ərazisində Azərbaycan Respublikasının dövlət sərhədini pozarkən saxlanılmışdır. Həmin şəxsin şəxiyyətini müəyyənləşdirmək olmamışdır. Odur ki, həmin şəxsin 3 gün müddətinə inzibati qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati qaydada tutulmuş, sərhəd pozucusu kimi saxlanılmış və özünü xx.xx.1998-ci ildə İran İslam Respublikasının Poldəşt qəsəbəsinin Şiblo kəndində anadan olmuş X1 təqdim edən şəxs verdiyi izahatında göstərdi ki, o, digər yoldaşları ilə balıq tutarkən bilmədən Araz çayının Azərbaycan hissəsinə keçərək dövlət sərhədini pozmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında müdafiəçi Vəkil qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə özünü xx.xx.1998-ci ildə İran İslam Respublikasının Poldəşt qəsəbəsinin Şiblo kəndində anadan olmuş X1 təqdim edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, xx.xx.1998-ci ildə İran İslam Respublikasının Poldəşt qəsəbəsinin Şiblo kəndində anadan olmuş X2 üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün o inzibati qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhəd boyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarınagörə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Deməsinə görə xx.xx.1998-ci ildə İran İslam Respublikasının Poldəşt qəsəbəsinin Şiblo kəndində doğulmuş X3 3 (üç) gün müddətə inzibati qaydada tutulsun. Tutmanın əvvəli 19 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X6 həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar