Məhkəmə qərarları › İş №3(078)-189/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-189/2024

20.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-189/2024 20.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X16 nümayəndəsi X20, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X25 və tərcüməçi X21 iştirakları ilə Deməsinə görə İran İslam Respublikası vətəndaşı 19 may 1996-cı ildə İran İslam Respublikasının Poldəşt məntəqəsinin Mirzəkənd kəndində anadan olmuş Şəxs oğlunun barəsində AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X10 daxil olmuş inzibati qaydada tutma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə müəyyənetdi: Sərhəd pozucusu kimi saxlanılmış və X39 Respublikasının Poldəşt qəsəbəsinin Mirzəkənd kənd sakini Şəxs oğlu kimi təqdim edən şəxs barəsində inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 19 aprel 2024-cü il tarixli protokol və toplanmış materiallar Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X16 nümayəndəsi X29 X39 Respublikasının Poldəşt qəsəbəsinin Mirzəkənd kənd sakini Şəxs oğlu kimi təqdim edən şəxsin 19 aprel 2024-cü il tarixdə sərhəd rejim qaydalarını pozarkən saxlanıldığını, sərhəd rejim qaydalarını pozma faktı üzrə inzibati xəta törədənin şəxsiyyətinin tam şəkildə müəyyən edilməsi üçün hazırda tərəflərindən zəruri tədbirlərin davam etdirildiyini, qeyd olunan şəxsin şəxsiyyətinin araşdırılması ilə bağlı əməliyyat tədbirinin davam etdirilməsi məqsədi ilə 3 gün müddətində inzibati qaydada saxlanması üçün müvafiq qərar verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 19 aprel 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2024cü il tarixdə saat 04:10 radələrində 13-cü sərhəd zastavasının sağ cinah 2-ci sahəsində 13 nömrəli sərhəd nişanından 200 metr cənub qərbə DSX-dən 500 metr AR-nın ərazi sularında 5 (beş) qeyri-üzücü vasitə (kamerin) ümumilikdə üzərində 13 (on üç) nəfər olmaqla sahil xətti yaxınlığında xidmətdə olan “SƏBQ” sərhəd naryadı tərəfindən qanunsuz balıq ovu ilə məşğul olan İİR vətəndaşları müşahidə olunmuşdur. Qrupun tərkibində sərhəd naryadının başçısı sərhəd komendanlığı komendantı mayor Ə.Rüstəmov, sərhəd naryadının üzvləri gizir Ə.Abbasov olmaqla AR ərazi sularına hərəkət etmiş və saat 04:30-da SK silaha komandasına qaldırılmışdır. İİR vətəndaşları saat 04:50-də saxlanılmış və saat 05:15-də sahilə çıxarılmışdır. Araşdırma zamanı həmin şəxslər İİR-nin Poldəşt məntəqəsinin 12 (on iki) nəfər Mirzəkənd kənd sakinləri xx.xx.2000-ci il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X5, xx.xx.1098-ci il təvəllüdlü X2, xx.xx.1992-ci il təvəllüdlü X4, X14, xx.xx.1987-ci il təvəllüdlü X32, xx.xx.1990-cı il təvəllüdlü X33, xx.xx.1996-cı il təvəllüdlü Şəxs, xx.xx.2000-ci İİ təvəllüdlü X15, xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2004-ci il təvəllüdlü X1 və 1 (bir) nəfər Şiblo kənd sakini xx.xx.1998-ci il təvəllüdlü X8 olduqları müəyyən olunmuşdur. Qeyd olunan İİR vətəndaşlarının üzərinə baxış zamanı 11 (on bir) ədəd telefon (5 ədəd nokia 2100, 1 ədəd redmi 12, 1 ədəd samsung a 2s, 1 ədəd Samsung a10, 1 ədəd redmi 10, 1 ədəd redmi not 11, 1 ədəd nokia 1564) və 4 ədəd plastik kart aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında inzibati qaydada tutulmuş, sərhəd pozucusu kimi saxlanılmış və X39 Respublikasının Poldəşt qəsəbəsinin Mirzəkənd kənd sakini Şəxs oğlu kimi təqdim edən şəxs verdiyi izahatında İran İslam Respublikasının Poldəşt qəsəbəsinin Mirzəkənd kəndində yaşadığını, 19 aprel 2024-cü il tarixdə balıq tutmaq məqsədilə həmkarları X7, X5, X2, X4, X14, X26, X30, X33, X15, X9, X3 və X1 ilə birlikdə Araz çayının sahilinə getdiklərini, təxminən saat 04:00 radələrində Araz çayının sahilinə girib balıq ovlamaq üçün torları sudan yığmaq istəyən zaman Azərbaycan Respublikası istiqamətinə keçib balıq torlarını yığarkən Azərbaycan Respublikasının hərbiçiləri onların yanına gələrək onlara dövlət sərhədini pozduqlarını bildirdiklərini, onları saxlayıb Araz çayının sahilindən kənara çıxardıqlarını, sonra qollarını və gözlərini bağlayıb maşına mindirdiklərini və sərhəd məntəqəsinə apardıqlarını bildirdi. Məhkəmə X39 Respublikasının Poldəşt qəsəbəsinin Mirzəkənd kənd sakini Şəxs oğlu kimi təqdim edən şəxsin izahatını dinləyib iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, Şəxs oğlunun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini müəyyən etmək üçün o, 3 gün müddətində inzibati qaydada tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati qaydada tutmanın əvvəli 19 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X39 Respublikasının Poldəşt qəsəbəsinin Mirzəkənd kənd sakini kimi təqdim edən, deməsinə görə 19 may 1996-cı il tarixdə İran İslam Respublikasının Poldəşt məntəqəsinin Mirzəkənd kəndində anadan olmuş Şəxs oğlu 3 (üç) gün müddətə inzibati qaydada tutulsun. Tutmanın əvvəli 19 aprel 2024-cü il tarixdən, saat 04:50-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X19 həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar