Məhkəmə qərarları › İş №3(078)-191/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-191/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-191/2025 05.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, xx.xx.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: 3J7UVA3), ali təhsilli, evli, 1 uşaq atası, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 21 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 21 aprel 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 21 aprel 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində “X6” gömrük postunda X10 (VÖEN:**********) tərəfindən Türkiyə Respublikasından idxal edilən **********9903 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük yoxlaması zamanı idxalatçı X10 tərəfindən təqdim edilmiş **********9903 sorğu nömrəli gömrük bəyannaməsinin 5-ci mal mövqeyində ümumi netto çəkisi 1600 kq olan və yer fıstığı kimi bəyan olunan yükün 1350 kqnın yer fıstığı, 250 kq-nın isə ərik tumunun ləpəsi olduğu, bəyannamənin 4-cü mal mövqeyində bəyan olunan alüminiumdan qabların 110 ədəd qeyd olunmasına baxmayaraq 240 ədəd olduğu, bəyannamənin 1-ci mal mövqeyində bəyan olunan 400 kq şəkərlə örtülmüş (draieləşdirilmiş) qidaların markasının "HELİS” kimi göstərilməsinə baxmayaraq, malların 68 qutu ümumi netto çəkisi 191 kq olan hissəsinin markasının “BOLÇİ” olduğu müəyyən edilmişdir. Əlavə olaraq yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmayan üzərində “DRİED FİGS” yazılan 5 qutu hər birində 10 kq olmaqla ümumi netto çəkisi 50 kq olan əncir qurusu, 15 kisə hər birində 5 kq olmaqla ümumi netto çəkisi 75 kq olan püstə içi, üzərində ‘‘DORA LİFE EKSİ SOS” yazılan 12 ədəd hər birində 1 kq olmaqla ümumi netto çəkisi 12 kq olan sous, 12 qutu ümumi netto çəkisi 3.072 kq, 16 qutu ümumi netto çəkisi 8 kq, 12 qutu ümumi netto çəkisi 1.152 kq, 12 qutu (5 ədədli) ümumi netto çəkisi 6 kq, 8 qutu ümumi netto çəkisi 0.960 kq və 2 qutu ümumi netto çəkisi 5 kq olan üzərində “BOLÇİ” yazılan ’’Dubay şokoladı”, 72 qutu ümumi netto çəkisi 17.28 kq və 18 qutu ümumi netto çəkisi 3.6 kq olan üzərində “PİŞMANİYECİ ALİ” yazılan şirniyyat məhsulu, üzərində “ÖZERCİYES ŞEKERLEME” yazılan 9 qutu ümumi netto çəkisi 27 kq olan şirniyyat məhsulu və üzərində “ÖZERCİYES KURUYEMİS” yazılan 600 ədəd boş karton qutu aşkarlanmış və protokol əsasında götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 məhkəmə iclasında verdiyi izahatında inzibati xəta haqqında protokolla razı olduğunu, səhvlik olduğunu, malın birinin adının səhv getdiyini, əslində bəyan etdiklərini, ancaq bir şirkətin adını yazdıqlarını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 xx.xx.2025-ci il tarixində "X6" gömrük postu ərazisində xidmətdə olarkən X10 tərəfindən Türkiyə Respublikasından idxal edilən, gömrük bəyannaməsi ilə bəyan edilən mallara baxış keçirdiyini, yoxlama zamanı X10 tərəfindən təqdim edilmiş gömrük bəyannaməsinin 5-ci mal mövqeyində ümumi netto çəkisi 1600 kq olan və yerfıstığı kimi bəyan olunan yükün 1350 kq-nın yerfıstığı, 250 kq-nın isə ərik tumunun ləpəsi olduğunu, alüminiumdan qabların 110 ədəd qeyd olunmasına baxmayaraq 240 ədəd olduğunu, bəyannamənin 1-ci mal mövqeyində bəyan olunan 400 kq şəkərlə örtülmüş (drajeləşdirilmiş) qidaların markasının "HELİS" kimi göstərilməsinə baxmayaraq, malların 68 qutu ümumi netto çəkisi 191 kq olan hissəsinin markasının "BOLÇİ" olduğunu müəyyən etdiyini, əlavə olaraq nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmayan üzərində "DRİED FİGS" yazılan 5 qutu hər birində 10 kq olmaqla ümumi netto çəkisi 50 kq olan əncir qurusu, 15 kisə hər birində 5 kq olmaqla ümumi netto çəkisi 75 kq olan püstə içi, üzərində "DORA LİFE EKŞİ SOS" yazılan 12 ədəd hər birində 1 kq olmaqla ümumi netto çəkisi 12 kq olan sous, 12 qutu ümumi netto çəkisi 3.072 kq, 16 qutu ümumi netto çəkisi 8 kq, 12 qutu ümumi netto çəkisi 1.152 kq, 12 qutu (5 ədədli) ümumi netto çəkisi 6 kq, 8 qutu ümumi netto çəkisi 0.960 kq və 2 qutu ümumi netto çəkisi 5 kq olan üzərində "BOLÇİ" yazılan "Dubay şokoladı", 72 qutu ümumi netto çəkisi 17.28 kq və 18 qutu ümumi netto çəkisi 3.6 kq olan üzərində "PİŞMANİYECİ ALİ" yazılan şirniyyat məhsulu, üzərində "ÖZERCİYES ŞEKERLEME" yazılan 9 qutu ümumi netto çəkisi 27 kq olan şirniyyat məhsulu və üzərində "ÖZERCİYES KURUYEMİŞ" yazılan 600 ədəd boş karton qutu aşkarladığını, həmin malların maddi sübut kimi hal-hazırda "X6" gömrük postunda saxlandığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 özünün fəhlə işlədiyini, X4 Türkiyə Respublikasından gətirilən mallarına baxış keçirilməsində iştirak etdiyini, 75 kq püstə, 50 kq əncir qurusu, 20 kq Dubay şokoladı adlı mallar aşkar edildiyini, həmçinin dəmir qablar da olduğunu gördüyünü, bəyan edilməmiş mallar olduğunu bildirdi. İş materiallarında olan “X6” gömrük postunun rəisi, gömrük xidməti polkovnik-leytenantı Elvin Seyidov tərəfindən tərtib edilmiş raportdan görünür ki, fiziki şəxs X10 (VÖEN:**********) tərəfindən Türkiyə Respublikasından idxal edilən **********9903 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük yoxlaması zamanı idxalatçı X10 tərəfindən təqdim edilmiş **********9903 sorğu nömrəli gömrük bəyannaməsinin 5-ci mal mövqeyində ümumi netto çəkisi 1600 kq olan və yer fıstığı kimi bəyan olunan yükün 1350 kq-nın yer fıstığı, 250 kq-nın isə ərik tumunun ləpəsi olduğu, bəyannamənin 4-cü mal mövqeyində bəyan olunan alüminiumdan qabların 110 ədəd qeyd olunmasına baxmayaraq 240 ədəd olduğu, bəyannamənin 1-ci mal mövqeyində bəyan olunan 400 kq şəkərlə örtülmüş (drajeləşdirilmiş) qidaların markasının “HELİS” kimi göstərilməsinə baxmayaraq, malların 68 qutu ümumi netto çəkisi 191 kq olan hissəsinin markasının “BOLÇİ” olduğu müəyyən edildi. Əlavə olaraq nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmayan üzərində “DRİED FİGS” yazılan 5 qutu hər birində 10 kq olmaqla ümumi netto çəkisi 50 kq olan əncir qurusu, 15 kisə hər birində 5 kq olmaqla ümumi netto çəkisi 75 kq olan püstə içi. üzərində “DORA LİFE EKŞİ SOS” yazılan 12 ədəd hər birində 1 kq olmaqla ümumi netto çəkisi 12 kq olan sous, 12 qutu ümumi netto çəkisi 3.072 kq, 16 qutu ümumi netto çəkisi 8 kq, 12 qutu ümumi netto çəkisi 1.152 kq, 12 qutu (5 ədədli) ümumi netto çəkisi 6 kq, 8 qutu ümumi netto çəkisi 0.960 kq və 2 qutu ümumi netto çəkisi 5 kq olan üzərində “BOLÇİ” yazılan ’’Dubay şokoladı”, 72 qutu ümumi netto çəkisi 17.28 kq və 18 qutu ümumi netto çəkisi 3.6 kq olan üzərində “PİŞMANİYECİ ALİ” yazılan şirniyyat məhsulu, üzərində “ÖZERCİYES ŞEKERLEME” yazılan 9 qutu ümumi netto çəkisi 27 kq olan şirniyyat məhsulu və üzərində “ÖZERCİYES KURUYEMİŞ” yazılan 600 ədəd boş karton qutu aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 10 aprel 2025-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardaddan görünür ki, iş üzrə ümumi çəkisi 250 kq ərik tumunun ləpəsi yükünün, 130 ədəd alüminiumdan qab yükünün, 68 qutu ümumi netto çəkisi 191 kq olan “BOLÇİ" markalı şəkərlə örtülmüş (drajeləşdirilmiş) qida yükünün, 50 kq əncir qurusu yükünün, 75 ka püstə içi yükünün, 12 ədəd üzərində “DORA LİFE EKŞİ SOS” yazılan sous yükünün, 12 qutu ümumi netto çəkisi 3.072 kq, 16 qutu ümumi netto çəkisi 8 kq. 12 qutu ümumi netto çəkisi 1.152 kg, 12 qutu (5 ədədli) ümumi netto çəkisi 6 kq, 8 qutu ümumi netto çəkisi 0.960 kq və 2 qutu ümumi netto çəkisi 5 kq olan üzərində “BOLÇİ” yazılan "Dubay şokoladı", 72 qutu ümumi netto çəkisi 17.28 kq və 18 qutu ümumi netto çəkisi 3.6 kq olan üzərində “PİŞMANİYECİ ALİ" yazılan şirniyyat məhsulu, üzərində “ÖZERCİYES ŞEKERLEME" yazılan 9 qutu ümumi netto çəkisi 27 kq olan şirniyyat məhsulu və üzərində “ÖZERCİYES KURUYEMİŞ” yazılan 600 ədəd boş karton qutu yükünün hadisə baş verən tarixə ayrı-ayrılıqda və ümumilikdə orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2025-ci il tarixli, 442 saylı ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin 2025-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 13436.00 (on üç min dörd yüz otuz altı) manat müəyyən edilir. Həmçinin həmin rəydən görünür ki, X4 gömrük orqanlarına bəyan olunmayan mallarının dəyəri 6736 manat, düzgün bəyan olunmayan mallarının dəyəri isə 6700 manat müəyyən olunmuşdur. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, X10 21 aprel 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətini 21 aprel 2025-ci il tarixdə almışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 479-481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X7 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 482.1-ci və 482.2-ci maddələri ilə tövsif edilmişdir. X4 təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək belə nəicəyə gəlir ki, X10 Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 6736 (altı min yeddi yüz otuz altı) manatın 50 (əlli) faizi məbləğində yəni, 3368 (üç min üç yüz altmış səkkiz) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən və maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə belə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 40 (qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 6736 (altı min yeddi yüz otuz altı) manatın 50 (əlli) faizi məbləğində yəni, 3368 (üç min üç yüz altmış səkkiz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 40 (qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar