Məhkəmə qərarları › İş №3(078)-192/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-192/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-192/2025 22.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Şikayətin geri qaytarılması haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, ətraf mühitə və təbii sərvətlərdən istifadəyə nəzarət Xidmətinin MN ******* nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxaraq m ü ə y y ə n e t d i m: X4 şikayət verərək, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, ətraf mühitə və təbii sərvətlərdən istifadəyə nəzarət Xidməti adından çıxış edən X1 imzası ilə 27 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti araşdırıb şikayətin geri qaytarılması nəticəsinə gəlirəm. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.3-cü maddəsinin tələbini pozduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, ətraf mühitə və təbii sərvətlərdən istifadəyə nəzarət Xidməti tərəfindən MN ******* nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və o, inzibati qaydada cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayəti 22 aprel 2025ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, ətraf mühitə və təbii sərvətlərdən istifadəyə nəzarət Xidmətinin MN ******* nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı 27 noyabr 2024-cü il tarixdə X3 təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, X4 qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxmışdır, müddətin inzibati qərar qəbul edən orqan tərəfindən bərpa edilməsinə dair hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq qəraraaldım: Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, ətraf mühitə və təbii sərvətlərdən istifadəyə nəzarət Xidmətinin MN ******* nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar