Məhkəmə qərarları › İş №3(078)-193/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-193/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-193/2025 23.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1997-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:2VR64GL, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2an Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və X3 Kənan Vüqar oğlunun Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, MN seiyalı, ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, Şəxs 529.2-ci Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmişdir. Naxçıvan Şəhər İcra və X4 Kənan Vüqar oğlunun izahatı alınmışdır. xx.xx.2025-ci il tarixli ərizələrdən aydın olur ki, Şəxs hüquq və vəzifələri izah olunmuş, icra sənədi üzrə iş materialları ilə tanış olmuş, müdafiəçi tutmaq istəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli, 2(078)-449/2024 nömrəli icra vərəqəsindən aydın olur ki, məhkəmə aktı 17 dekabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin təmin olunması ilə əlaqədar xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi icra sənədinin icraata götürülməsinə dair qərar və tələbin könüllü icrası barədə bildiriş məlumat üçün təkrarən X6 Ərazi Dairəsi üzrə Nümayəndəlik vasitəsilə Şəxs göndərilmişdir. X6 Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2025-ci il tarixdə məktubun çatdırılması ilə əlaqədar məktub göndərilmişdir. Şəxs barəsində xx.xx.2025-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən qərar qəbul edilmişdir. Borclunun məcburi gətirilməsi haqqında qərar barədə Şəxs məlumat verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi borclunun məcburi gətirilməsi haqqında qərar barədə məlumat X6 Ərazi Dairəsi üzrə Nümayəndəlik vasitəsilə Şəxs göndərilmişdir. X6 Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2025-ci il tarixdə məktubun çatdırılması ilə əlaqədar məktub göndərilmişdir. İş materiallarına Şəxs şəxsiyyət vəsiqəsinin surəti və elektron sistemdən məlumatlar əlavə edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında icra sənədi üzrə bütün ödənişi etdiyini bildirmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında izahatında borclunun cəriməni ödədiyini bildirmişdir. Təqdimata əlavə olunmuş elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə, əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs inzibati cəriməni bütövlükdə ödəmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilməmişdir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar