Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-198/2023 15.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, 12 avqust 1981-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 3 uşaq atası, ali təhsilli, təqaüdçü, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, 14 may 2023-cü il tarixdə Naxçıvan şəhəri, Nizami küçəsində Mercedes markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs yol nəqliyyat hadisəsi törədərək BMW markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi zərər yetirmiş və hadisə yerindən verilən məlumata görə zərərçəkən şəxsə nalayiq ifadələr işlədərək yayınmışdır. YPX əməkdaşları tərəfindən həmin avtomobil aşkar olunmuş və Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuşdur. Araşdırmalar aparılan zaman zərərvuran şəxs qanuni tələblərə tabe olmayaraq öz avtomobilinə əyləşərək Naxçıvan ŞPİ-dən polis əməkdaşının üzərinə sürərək onun həyatına təhlükə yaratmış və qaçmışdır. Naxçıvan şəhər ərazisində müxtəlif küçələrdə xidmət aparan əməkdaşlar həmin avtomobili saxlaması üçün işarə verməklərinə baxmayaraq sürücü bu tələblərə tabe olmamış, nalayiq ifadələr işlədərək qaçmışdır. Sonda Naxçıvan şəhəri, X6 küçəsində məcburi saxlama tədbirlərini tətbiq edərək avtomobil saxlanılmış və yenə də sürücü YPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb nalayiq ifadələr işlədərək qaçmışdır. Nəticədə həmin şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 14 may 2023-cü il tarixdə Naxçıvan şəhəri, Nizami küçəsində gedən zaman qarşısında gedən BMW markalı nəqliyyat vasitəsinin anidən qarşısında saxladığını, maşını saxlaya bilməyib həmin maşına vurduğunu, həmin şəxslə danışıb dəymiş ziyanı ödəmək istədiyini, onun onun fikrini başa düşmədiyini, onun onu Polis İdarəsinə şikayət etdiyini, sonra polis əməkdaşlarının ona zəng vuraraq onun maşınını apardıqlarını, təxminən hadisədən 3-4 saat sonra spirtli içki qəbul etdiyini, sonra əsəbləşdiyini, Polis İdarəsinin duracağından maşınını götürərək kəndə gedib sonra yenidən şəhərə qayıtdığını, evinə getdiyini, sonra isə polis əməkdaşlarının onun qaldığı ünvana gələrək maşınını götürüb Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, 14 may 2023-cü il tarixdə xidmətdə olan zaman növbətçi hissədən zəng gələrək Naxçıvan şəhəri, Nizami küçəsində avtoqəza olduğunu bildirdiklərini, hadisə yerinə getdiklərini, 2 avtomobilin qəza törətdiyini, Mercedes markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün yol nəqliyyat hadisəsi törədərək BMW markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi zərər yetirdiyini və hadisə yerindən zərərçəkən şəxsə nalayiq ifadələr işlədərək yayındığını, həmin avtomobilin aşkar olunduğunu, dəfələrlə saxla əmiri verməklərinə baxmayaraq avtomobili bardura vuraraq qəza törədib qaçdığını, xidməti avtomobili qarşısına verib saxladıqlarını, sürücünün ünvansız nalayiq ifadələr işlədib qaçdığını, avtomobili dayanacağa gətirdiklərini və sürücünün Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunduğunu bildirdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 14 may 2023-cü il tarixdə xidmətdə olan zaman növbətçi hissədən zəng gələrək Naxçıvan şəhəri, Nizami küçəsində avtoqəza olduğunu bildirdiklərini, hadisə yerinə getdiklərini, 2 avtomobilin qəza törətdiyini, Mercedes markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün yol nəqliyyat hadisəsi törədərək BMW markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi zərər yetirdiyini və hadisə yerindən zərərçəkən şəxsə nalayiq ifadələr işlədərək yayındığını, həmin avtomobilin aşkar olunduğunu, dəfələrlə saxla əmiri verməklərinə baxmayaraq avtomobili bardura vuraraq qəza törədib qaçdığını, xidməti avtomobili qarşısına verib saxladıqlarını, sürücünün ünvansız nalayiq ifadələr işlədib qaçdığını, avtomobili dayanacağa gətirdiklərini və sürücünün Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunduğunu bildirdi. İş üzrə: 15 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 15 may 2023-cü il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuşdur. 15 may 2023-cü il tarixli, 975 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs sərxoşluq müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, 14 may 2023-cü il tarixdə Naxçıvan şəhəri, Nizami küçəsində Mercedes markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs yol nəqliyyat hadisəsi törədərək BMW markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi zərər yetirmiş və hadisə yerindən verilən məlumata görə zərərçəkən şəxsə nalayiq ifadələr işlədərək yayınmışdır. YPX əməkdaşları tərəfindən həmin avtomobil aşkar olunmuş və Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuşdur. Araşdırmalar aparılan zaman zərərvuran şəxs qanuni tələblərə tabe olmayaraq öz avtomobilinə əyləşərək Naxçıvan ŞPİ-dən polis əməkdaşının üzərinə sürərək onun həyatına təhlükə yaratmış və qaçmışdır. Naxçıvan şəhər ərazisində müxtəlif küçələrdə xidmət aparan əməkdaşlar həmin avtomobili saxlaması üçün işarə verməklərinə baxmayaraq sürücü bu tələblərə tabe olmamış, nalayiq ifadələr işlədərək qaçmışdır. Sonda Naxçıvan şəhəri, X6 küçəsində məcburi saxlama tədbirlərini tətbiq edərək avtomobil saxlanılmış və yenə də sürücü YPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb nalayiq ifadələr işlədərək qaçmışdır. Nəticədə həmin şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində 3 uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-198/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-198/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver