Məhkəmə qərarları › İş №3(078)-198/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-198/2025

26.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-198/2025 26.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Naxçıvan şəhərində doğulmuş, FİN:xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq atası, orta təhsilli, Naxçıvan şəhər Yaşıllaşdırma İdarəsində bağban işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 26 aprel 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Nihad Məmmədli tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raporta, əsasən, xx.xx.2025-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev-11-dən uca səslə nalayiq ifadələr eşitmişdir. Binaya yaxınlaşdığı zaman 1-ci mərtəbədə yerləşən mənzilin pəncərəsinin açıq olduğunu və həmin mənzildə olan vətəndaş nalayiq ifadələr işlətmişdir. Məsələ ilə bağlı növbətçi hissəyə məruzə etmiş, növbətçi hissədən əməliyyat qrupu qeyd olunan ünvana yaxınlaşmış, mənzilin qapısını döyüb vətəndaşı dəvət etmiş və həmin şəxsin Naxçıvan şəhəri, Babək məhəlləsi ev-11, mənzil-22 ünvanında qeydiyyatda olan Şəxs olduğu məlum olmuşdur. O, xarici əlamətlərinə görə sərxoş görünürdü. Ondan dəfələrlə bu kimi hərəkətlərə son verməsini tələb edilsə də o, onların qanuni tələblərinə məhəl qoymayaraq onlara tabe olmamışdı, öz hərəkətlərini qəsdən davam etdirmişdi və onlara müqavimət göstərmişdi. Həmin şəxs çağırılmış əməkdaşların köməkliyi ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirildi, o alkobol müayinəsindən keçirildi və məlum oldu ki, İlham Həsənov 2.221 promil sərxoşdur. xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokola, əsasən, Paşayev X2 Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardada, əsasən, protokol və əlavə edilmiş digər materiallar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Paşayev X3 izahatı iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə” bildirişlə Şəxs tanış olmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokola, əsasən, xx.xx.2025-ci il tarixdə yoxlama zamanı 1 ədəd “Redmi A9” və 1 ədəd “Samsung A15” markalı mobil telefon, 1 ədəd daraq, 1 ədəd pul qabı aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” protokola, əsasən, Şəxs 26 aprel 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında əməlini etiraf etdiyini, keflənib, söyüş söydüyünü, dünən olduğunu, uşaq puluna görə əsəbləşərək söyüş söydüyünü bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, Şəxs əməlində xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama inzibati xətalarının tərkibi vardır və həmin əməllərə görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs sərxoş olması onun məsuliyyətini ağırlaşdıran hal hesab edilir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 535.1-ci maddənin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 26 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar