Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-199/2023 18.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi ərizəyə və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində tərtib etdiyi 12 aprel 2023-cü il tarixdə EP ******* saylı protokol və onun əsasında 26 aprel 2023-cü il tarixdə EP ******* saylı inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, X4 qeyd olunan sənədləri ərizə deyil şikayət formasında tərtib etməli idi. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 26 aprel 2023-cü il tarixdə EP ******* saylı inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət vermək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-199/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-199/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver