Məhkəmə qərarları › İş №3(078)-2/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-2/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-2/2023 01.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva X2 Holdinq Şirkətlər İttifaqının Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: ünvan 1 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs X3 İttifaqının Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol Azərbaycan Respublikası Mərkəzi Bankından baxılması üçün xx.xx.2022-ci il tarixdə aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, X3 İttifaqının Şəxs MMC 150000.00 (bir yüz əlli min) EUR məbləğində olan vəsaiti 26 oktyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 150000.00 (bir yüz əlli min) EUR məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 3(078)-2/2023 nömrəli qərarı ilə X3 İttifaqının Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 150000.00 (bir yüz əlli min) EUR (avro) valyuta vəsaiti məbləğinin 21 (iyirmi bir) faizi miqdarında, 31.500 (otuz bir min beş yüz) EUR (avro) (qərar icra olunan gün manatın avroya nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs X3 İttifaqının Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil sözügedən qərardan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişDİR. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 3(108)- 13/2023 nömrəli qərarı ilə X3 İttifaqının Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 3(078)- 2/2023 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin (əvvəlki adı: X3 İttifaqının Şəxs MMC) nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin qismən təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 3(078)-2/2023 nömrəli qərarının ləğv edilməsi, X3 İttifaqının Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında işin yenidən baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsinə qərar verilmişdir. İnzibati iş xx.xx.2023-cü il tarixli müşayət məktubu ilə Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılmış və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əsasən X3 İttifaqının Şəxs MMC barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokolda əks etdirilməsi zəruri olan məlumatlar və protokola aid tələblər sadalanmışdır. Daxil olan sənədlərdən aydın olur ki, X3 İttifaqının Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430-cü maddəsi valyuta tənzimi haqqında qaydaların pozulmasını nəzərə tutur. Həmin Məcəllənin 430.4-cü maddəsindən məlum olur ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə, Azərbaycan Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə (xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş) valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır. Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında qeyd etmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Məhkəməyə göndərilmiş protokoldan aydın olur ki, həmin protokol onu tərtib edən şəxs-hüquq departamentinin direktoru X1 tərəfindən imzalanmış, X3 İttifaqının Şəxs MMC-nin nümayəndəsi tərəfindən imzalanmamışdır, iş üzrə hər hansı araşdırma aparılmamış, nümayəndənin izahatı alınmamış, vəsaitə münasibətdə işlərin və xidmətlərin göstərilməməsinin səbəbləri araşdırılmamış, həmin hüquqi şəxsin qeydiyyat ünvanında protokol tərtib edilən anda fəaliyyət göstərib-göstərməməsi araşdırılmamışdır. Protokol hüquqi şəxsin ünvanına göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, X3 İttifaqının Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım: X3 İttifaqının Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP nömrəli ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılsın. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar