Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-2/2025 09.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X12 nümayəndəsi X3 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 02 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, 04 oktyabr 2024-cü il tarixdə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X13 X7 Xidməti tərəfindən aparılan araşdırma nəticəsində müəssisə tərəfindən yeni işə qəbul olunmuş işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin edilmədiyi müəyyən edilmişdir. Nəticədə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X17 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X12 nümayəndəsi X8 izahatında 04 oktyabr 2024-cü il tarixdə yoxlama aparıldığını, həmin vaxt işə yeni qəbul edilmiş işçilərin icbari sığortasının həyata keçirilmədiyinin aşkarlandığını, bunun səbəbinin rəhbərliyin dəyişməsi ilə əlaqədar olduğunu, çox işçinin işdən çıxdığını, yeni işçilərin işə götürüldüyünü, bunun sentyabr ayı baş verdiyini, işçilərin icbari sığorta edilmədiklərini, təqsirlərini qəbul etdiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X9 izahatında 04 oktyabr 2024-cü il tarixdə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X13 X7 Xidməti tərəfindən araşdırma aparıldığını, araşdırma nəticəsində müəssisə tərəfindən yeni işə qəbul olunmuş işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının təmin edilmədiyinin müəyyən edildiyini, inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərildiyini bildirərək inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 3-2/3-29/2024 tarixli məktuba əsasən “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X13 çalışan əməkdaşların əmək hüquqlarının təmin olunması ilə bağlı aparılan araşdırma zamanı “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunun 18.3-cü maddəsinə uyğun olaraq vakant olan ştat vahidləri “Əmək və Məşğulluq" altsistemində vakansiya bankına daxil edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 45-ci maddəsinə əsasən iş yeri daimi xarakter daşıdığı halda işəgötürənlə işçilərlə əmək müqavilələri müddətli olaraq bağlanılmışdır. Müəssisə dövlət büdcəsindən maliyyələşmədiyi halda X10 65 yaşına çatdığından onunla bağlanılmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. 65 yaşına çatmış əməkdaşlarla müddətsiz bağlanılmış əmək müqavilələrinə dəyişiklik edilərək müddətli əmək müqavilələrinə keçirilmişdir. Ştat cədvəli xx.xx.2024-cü il tarixdə təsdiq edilsə də müəssisənin strukturu “Əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. Ştat sayı 500 nəfərdən çox olduğu halda əməyin mühafizəsi üzrə müavin ştatı yaradılmamışdır. Əmək müqaviləsinə xitam verilmiş işçilərin son haqq hesabı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilməmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə daxil edilməyən əməkdaşlar müəyyən edilmişdir. İşçilərin əmək haqqısı əmək müqavilələrində düzgün qeyd olunmamışdır. Kadrlar üzrə mütəxəssis X1 əsas məzuniyyət müddəti “Əmək və məşğulluq” altsisteminə düzgün daxil edilməmişdir.” nöqsanları aşkar edilmişdir. Azərbaycan Respublikası “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X17 tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin rəisi Elnar Hüseynova ünvanlanmış 27 noyabr 2024-cü il tarixli, 470 nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublika X6 Şəxsində apardığı inisbeksiya yoxlaması zamanı aşkar olunan nöqsanlar aradan qaldırılmışdır. “Məşğulluq haqında” Azərbaycan Respublikası Qanununun 18.3 maddəsinə uyğun olaraq vakant olan ştat vahidləri “Əmək və Məşğulluq altsistemində vakansiya bankına xx.xx.2024- cü il tarixdən daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən iş yeri daimi xarakter daşıdığı halda işə götürən və işçilərlə əmək müqavilələri xx.xx.2024-cü il tarixdən müddətsiz olaraq bağlanılmışdır. 65 yaşına çatmış əməkdaşlarla müddətli bağlanmış əmək müqavilələri xx.xx.2024-cü il tarixdən dəyişdirilərək müddətsiz əmək müqavilələri ilə əvəz olunmuşdur. Ştat cədvəli xx.xx.2024-cü il tarixdən “Əmək və Məşğulluq altsisteminə daxil edilmişdir. Ştat sayı 500 nəfərdən çox olduğu halda əməyin mühafizəsi üzrə müavin ştatının əlavə olunması özlərinin səlahiyyəti çərçivəsində deyil. Əmək müqaviləsinə xitam verilmiş işçilərin son hesabı xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarında icbari sığorta müqaviləsinə daxil edilməyən əməkdaşlar icbari sığorta müqaviləsinə daxil edilmişdir. İşçilərin əmək haqları sistemdə düzəliş edilərək əmək müqaviləsində qeyd edilmişdir. Kadrlar üzrə mütəxəssis X1 əsas məzuniyyəti “Əmək və Məşğulluq” altsistemində yenidən baxılaraq xx.xx.2024-cü il tarixdən düzəliş olunmuşdur. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X12 nümayəndəsi X8 27 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmiş və həmin protokolun surəti 27 noyabr 2024cü il tarixli, 3-17-9-5/2-2029/2024 nömrəli məktubla ünvan 1 ünvanına göndərilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X12 Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X17 Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, 999-İİİQ nömrəli Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin qanunun 21.2-ci maddəsinə əsasən sığortalılar tərəfindən bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin qanunun 23-cü maddəsinə əsasən bu Qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən, xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X17 Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X14 tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-2/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-2/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver