Məhkəmə qərarları › İş №3(078)-201/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-201/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-201/2023 18.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, 2 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İddiaçı X3 cavabdeh Şəxs qarşı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2 e-2(078)-212/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, tam ödəmələr aparmamış, beləliklə məhkəmə qərarı üzrsüz səbəbdən tam icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, maddi imkanı olmadığı üçün tələbi tam icra etmədiyini, icra sənədi üzrə 260 manat aylıq pulunu və 40 manat isə borcdan olmaqla ümumilikdə 300 manat ödəməyə söz verdiyini, 1985 manat borcu olduğunu, lakin mart ayından xəstə olduğu və iş olmadığı üçün ödəniş edə bilmədiyini, imkanı olduğu təqdirdə borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-212/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə Şəxs 13 yanvar 2022-ci il tarixdən hesablanmaqla, 27 avqust 2013-cü il təvəllüdlü X1 və 21 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxsn oğlundan 1 uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 260 (iki yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası X5 ödənilməsi, müvəqqəti aliment tutulması barədə qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyindən, yəni 20 iyun 2022-ci il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınması, Naxçıvan Şəhər Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(078)-212/2022 nömrəli müvəqqəti aliment tutulması barədə qərardadı ilə müəyyən edilmiş müvəqqəti alimentin tutulması ləğv edilməsi qət edilmiş və qətnamə alimentə dair hissədə dərhal icra olunması üçün həmin tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 62736/2022 nömrəli məktubundan məlum olur ki, həmin məktubla Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə və icraatda olan icra sənədlərinin icrasını təmin etmək məqsədilə Şəxs adına yaşayış evinin, torpaq sahəsinin olub-olmaması, təqaüd və müavinət alıb-almaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMM-nin xx.xx.2022-ci il tarixli 02/172 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs mərkəzin qeydiyyatın da durmur, heç bir növ pensiya və müavinət almır. Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 02/508 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan MR DSMF PHŞ Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 01/135 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs mərkəzin qeydiyyatında durmur və heç bir pensiya almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/225 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs adına daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 18 may 2023-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar