Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-201/2024 21.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X5 və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X11 iştirakları ilə, Şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X12 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X12 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan şəhər, ünvan 1 ünvanda yaşayır. 2017-ci ildən Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru olaraq fəaliyyət göstərir. Naxçıvan Şəhər Elektrik Şəbəkəsində usta kimi fəaliyyət göstərən X13 19 fevral 2024-cü il tarixdə ona yazılı ərizə ilə müraciət etmişdir. Həmin ərizədə “Qüvvədə olan əmək qanunvericiliyinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün (1-ci və 2-ci dərəcəli əlillər üçün) qısaldılmış iş vaxtı müəyyən edilir. Belə ki, Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hüssəsinə əsasən həmin əlillər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məni həftənin 4 günü, yəni bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri 7 saat (saat 9-dan 17-ə kimi), cümə günü isə 8 saat (saat 9-dan 18-ə kimi) olmaqla 36 saatlıq iş həftəsinə keçirmək barədə müvafiq əmr verməyinizi xahiş edirəm.” deyə qeyd olunmuşdur. Həmin şəxsə cavab məktubu göndərilmiş və bildirilmişdir ki, “Sizin 14 fevral 2024-cü il tarixli 142 nömrəli Şəbəkəyə daxil olma qeydiyyatlı və 19 fevral 2024-cü il tarixli müraciətlərinizə cavab olaraq bildiririk ki, Sizinlə 28 may 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi haliyədə öz qüvvəsindədir. Məlumat üçün bildirirəm ki, "Elektroenergetika" sahəsi xüsusi təhlükəli sahə olmaqla bərabər həm də ağır və zərərli xidmət sahəsidir. X24 usta vəzifəsində işləyirsiniz. "Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası" qanunvericiliyin tələblərinə əsasən usta vəzifəsində işləyən şəxs, iş günü ərzində ona verilən əmr, sərəncam və Naryad-Buraxılış vərəqəsi əsasında naryada daxil edilmiş işçi personalının sağlamlığına və təhlükəsizliyinə naryadın bitmə müddətinədək tam məsuliyyət daşıyır. Müraciətlərin məzmununa görə belə nəticəyə gəlmək olur ki, Sizin 65 pensiya yaşüstü olmağınız və əlillik dərəcəsinə görə mənsub olduğunuz xəstəlik (61-100%-ni orqanizmin sağlamlıq funksiyasını itirmiş), iş prosesində sağlamlığınıza mənfi təsir göstərir. Onu da qeyd edim ki, bu günədək mənsub olduğunuz xəstəlik haqqında şəbəkəyə heç bir tibbi rəy təqdim etməmisiniz. Bunun üçün tibbi müayinədən keçməklə həkim komissiyasının rəyini şəbəkəyə təqdim etməyiniz tövsiyə olunur. Tibbi rəyi Şəbəkəyə təqdim etdikdən sonra müraciətlərinizlə bağlı Sizə ətraflı məlumat veriləcəkdir.” X8 cavab məktubu göndəriləndən sonra onun tərəfindən heç bir heç bir müayinə sənədi onlara təqdim olunmamışdır. Bundan sonra o X18 adına Naxçıvan şəhər poliklinikasına yazılı müraciət edərək, həmin şəxsin 2017-ci ildən 2024-cü ilə qədər olan müəsissədə olan tibbi yoxlama kağızlarının göndərilməsini və onun tibbi sağlamlığı haqqında ətraflı məlumat verilməsin xahiş etmişdir. Göndərilən tibbi yoxlama sənədlərinin hər birində Qasımov Rafiqin sağlam olduğu qeyd olunmuşdur. Yəni Rafiq indiyə qədər işlədiyi müddət ərzində onlara sağlam olduğu ilə bağlı müayinə kağızları təqdim etmişdir. X6 şəxsi işindəki sənədlərdən görünür ki, Rafiq işə daxil olarkən onun 3-cü dərəcə əlil olması şəxsi işində qeyd olunmuşdur. Lakin bununla bağlı heç bir sənəd təqdim etməyib, işə qəbul ərizəsində də sağlam olduğun qeyd etmişdir. Yenə də ona işə qəbul olarkən 42 gün əmək məzuniyyəti verilib. X6 şikayətinə əsasən, Naxçıvan MR ƏƏSMN yanında X16 Xidməti AR İXM-in 192.4-cü maddəsi ilə bağlı inzibati xəta törətdiyi əsası ilə ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Bu qərara əsasən, 1000 (min) manat məbləğində inzibati cərimə olunmuşdur. Yuxarıda da qeyd olunan hallardan məlum olur ki, həmin qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Bu məsələ ilə bağlı bir neçə dəfə Naxçıvan MR ƏƏSMN yanında X16 Xidmətinə müraciət etməyinə baxmayaraq, onlar tərəfindən heç bir yoxlama aparılmamışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X12 izahatında məsələnin X6 uzun müddət Naxçıvan şəhər Elektrik Şəbəkəsində işləməyinə baxmayaraq səhhəti ilə bağlı məlumat verməməsi olduğunu, fevral ayının 19-da həmin şəxsin məktubla müraciət etdiyini, xəstəliyi ilə əlaqədar olaraq 36 saat iş vaxtı ilə təmin olunmaq istədiyini, energetikanın özünün qaydaları olduğunu, işçinin 8 saat işləməli olduğunu, fevral ayının 20-si ona cavab verdiyini və sağlamlığı ilə bağlı sənəd təqdim etməsini istədiyini, X8 başqa vəzifələr də təklif olunduğunu, onlarla razı olmadığını, cavab məktubundan sonra Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə müraciət etdiyini, onların da müsbət dəyərləndirdiyini, həmin məsələyə baxıldığını, 1000 manat cərimə olunduğunu, cəriməni qəbul etdiyini, ondan narazı olmadığını, qərardan narazı olduğunu, X6 ona heç bir sənəd təqdim etmədiyini, o həmin idarənin direktoru olmadığı halda həmin şəxslə müqavilə bağlandığını, onun 2018-ci ildə idarəyə direktor təyin edildiyini, ona bilmədiyi halda imza etdirdiklərini, həmin müqavilə əsasında da onun cərimə olunduğunu, həmin şəxsin hər dəfə gətirdiyi arayışlarda praktiki sağlam olduğunun qeyd olunduğunu, məhkəməyə deyil Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə müraciət etməli olduğunu başa düşdüyünü bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilən orqanın nümayəndəsi X19 izahatında X6 ikinci müraciəti Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə daxil olduğunu, bununla bağlı Naxçıvan şəhər Elektrik Şəbəkəsinə məktub ünvanlandığını, həmin şəxsin əmək müqaviləsində əlilliyinə görə 42 günlük məzuniyyət hüququnun olmasının qeyd olunduğunu, şəxsin ikinci dərəcəli əlilliyinə görə arayış verildiyini, həmin arayışda arayışın Naxçıvan şəhər Elektrik Şəbəkəsinə təqdim edilmək üçün verildiyinin qeyd olunduğunu, qanunvericiliyə əsasən birinci və ikinci dərəcəli əlilliyi olan şəxslərə həftəlik 36 saat iş saatı müəyyən edildiyini bildirərək 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarın qanuni olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 1000 (bir min) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin məsləhətçisi Elxan Alməmmədov tərəfindən tərtib olunmuş 04 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X13 26 fevral 2024-cü il tarixli müraciəti Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində araşdırılarkən Naxçıvan şəhər Elektrik Şəbəkəsi tərəfindən təqdim olunan 11 mart 2024-cü il tarixli sənədlərdən və müraciəti ilə birlikdə X6 İİ qrup əlilliyi nəzərə alınmayaraq 40 saat işə cəlb edildiyi müəyyən edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Elektrik Şəbəkəsinin direktoru tərəfindən verilmiş 22 may 2017-ci il tarixli, 33 nömrəli əmrdən çıxarışdan görünür ki, X13 22 may 2017-ci il tarixdən Naxçıvan şəhər Elektrik Şəbəkəsinə enerji satışın nəzarət üzrə 4-cü dərəcəli elektrik mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Naxçıvan şəhər Elektrik Şəbəkəsinin 18 oktyabr 2023-cü il tarixli, 89 nömrəli əmrindən görünür ki, Naxçıvan şəhər Elektrik Şəbəkəsində iş prosesinin Texniki Təhlükəsizlik baxımından “Xüsusi ağır iş” təsnifatına aid olduğunu nəzərə alaraq, xəstəliyə görə sosial təminat alan şəxslərin 25 oktyabr 2023-cü il tarixədək onların xəstəlik dərəcəsini təsdiq edən epikrizi şəbəkənin kadrlar şöbəsinə təqdim etmələri əmr edilmişdir. İş materiallarına əlavə olunmuş X13 tərəfindən Naxçıvan şəhər Elektrik Şəbəkəsinin direktoru X9 ünvanlanmış 19 fevral 2024-cü il tarixli ərizədə qeyd etmişdir ki, qüvvədə olan əmək qanunvericiliyinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün (1-ci və 2-ci dərəcəli əlillər üçün) qısaldılmış iş vaxtı müəyyən edilir. Belə ki, Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin əlillər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq onu həftənin 4 günü, yəni bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri 7 saat (saat 9-dan 17-ə kimi), cümə günü isə 8 saat (saat 9-dan 18-ə kimi) olmaqla 36 saatlıq iş həftəsinə keçirmək barədə müvafiq əmr verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Elektrik Şəbəkəsinin direktoru X12 tərəfindən X8 ünvanlanmış 27 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, X13 ilə 28 may 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi haliyədə öz qüvvəsindədir. “Elektroenergetika” sahəsi xüsusi təhlükəli sahə olmaqla bərabər həm də ağır və zərərli xidmət sahəsidir. Haliyədə o Şəbəkədə usta vəzifəsində işləyir. “Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası” qanunvericiliyin tələblərinə əsasən usta vəzifəsində işləyən şəxs, iş günü ərzində ona verilən əmr, sərəncam və Naryad-Buraxılış vərəqəsi əsasında naryada daxil edilmiş işçi personalının sağlamlığına və təhlükəsizliyinə naryadın bitmə müddətinədək tam məsuliyyət daşıyır. Müraciətlərin məzmununa görə belə nəticəyə gəlmək olur ki, onun 65 pensiya yaşüstü olmağı və əlillik dərəcəsinə görə mənsub olduğu xəstəlik (61-100%-ni orqanizmin sağlamlıq funksiyasını itirmiş), iş prosesində sağlamlığına mənfi təsir göstərir. Bu günədək mənsub olduğu xəstəlik haqqında şəbəkəyə heç bir tibbi rəy təqdim etməmişdir. Bunun üçün tibbi müayinədən keçməklə həkim komissiyasının rəyini şəbəkəyə təqdim etməyi tövsiyə olunmuş və tibbi rəyi Şəbəkəyə təqdim etdikdən sonra müraciətləri ilə bağlı ona ətraflı məlumat veriləcəyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş icbari tibbi müayinə vərəqələrindən görünür ki, X13 müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və həmin vərəqələrdə müayinələrin nəticəsində “sağlam” olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Zərifə Əliyeva adına Naxçıvan Şəhər Polikilinikası X21 08 aprel 2024-cü il tarixli, 50 nömrəli məktubunda qeyd olunmuşdur ki, X3 Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də terapevt, cərrah, nevropatoloq, oftalmoloqun müayinəsindən keçmişdir, praktiki sağlamdır. Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-in “Naxçıvan Muxtar Respublika X7” PHŞ-in Dəri-Zöhrəvi şöbəsinə sorğusu nəticəsində müəyyən olunmuşdur ki, Dəri-Zöhrəvi şöbəsində “Pemfikus” diaqnozu ilə qeydiyyatda dayanır. İş materiallarına əlavə olunmuş 22 may 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Naxçıvan şəhər Elektrik Şəbəkəsinin direktoru X15 ilə işçi X13 arasında əmək müqaviləsi bağlanmış və X1 şəhər Elektrik Şəbəkəsində enerji satışına nəzarət üzrə 4-cü dərəcəli elektrik mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan şəhər şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli və 02 fevral 2024-cü il tarixli arayışlarda qeyd olunmuşdur ki, X13 xx.xx.2025-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan şəhər şöbəsindən müddətsiz İİ dərəcəli əlilliyə görə 327.20 (üç yüz iyirmi yeddi manat iyirmi qəpik) manat məbləğində pensiya alır. İş materiallarına əlavə olunmuş X13 tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə ünvanlanmış 26 fevral 2024-cü il tarixli ərizədə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra "Əmək Məcəlləsi") 15-ci maddəsinin 1ci hissəsini rəhbər tutaraq bildirir ki, qüvvədə olan əmək qanunvericiliyinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün (1-ci və 2-d dərəcəli əliflər üçün) qısaldılmış iş vaxtı müəyyən edilir. Belə ki Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin əlillər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Lakin Naxçıvan şəhər Elektrik Şəbəkəsinin rəhbərliyi onu həftə ərzində 36 saat əvəzinə 40 saat işlətməklə hər həftə iş vaxtı normasından 4 saat artıq işə cəlb etmişdir. Hətta onu 36 saatlıq iş həftəsinə keçirməsi üçün Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru Ə.M.Kərimov cənablarına ərizə ilə də müraciət etmişdir. Ancaq Şəbəkənin direktoru Ə.M.Kərimov cənabları onu 36 saatlıq iş həftəsinə keçirmək, yaxud ərizəyə əsaslandırılmış cavab vermək əvəzinə ona tövsiyə vermişdir. Ə.M.Kərimov cənabları 19 fevral 2024-cü il tarixli, 67 nömrəli tövsiyə xarakterli məktubunda bildirdi ki, onu həftədə 36 saatlıq işlə təmin edə bilər, ancaq bunun üçün həkim komissiyasının sağlamlığı təsdiq edən tibbi sənədlər təqdim etməyi tövsiyə etmişdir. Ə.M.Kərimov cənablarının tövsiyəsi ilə əlaqədar olaraq o nə qədər əmək qanunvericiliyinin dərinliklərinə baş vursa da ikinci dərəcə əlil işçini 36 saatlıq iş həftəsilə təmin etmək üçün nəyə görə həkim komissiyasının sağlamlığı təsdiq edən tibbi sənədlər lazım olduğunu öyrənə bilməmişdir. Naxçıvan şəhər Elektrik Şəbəkəsinin rəhbərliyi onu həftə ərzində 36 saat əvəzinə 40 saat işlətməsi işçilərə əmək haqqı hesablamaq üçün tərtib edilmiş iş vaxtının uçotu tabellərində öz təsdiqini tapmışdır, yəni iş vaxtının uçotu tabellərində mütəmadi olaraq adının qabağında hər həftə üçün 5 ədəd "8" yazılmaqla, 40 saat işləməyi qeyd olunub. Lakin buna baxmayaraq iş vaxtından artıq vaxtda gördüyü işə görə heç vaxt ona əlavə əmək haqqı ödənilməmişdir. Halbuki iş vaxtından artıq vaxtda görülən işə görə haqq ödənilməsi əmək müqaviləsinin 4.24-cü bəndində və Əmək Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən İş vaxtından artıq vaxt ərzində -görülən işin hər saatı üçün işçiyə vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilməlidir. Onun apardığı hesablamaya görə 2022-ci ilin yanvar ayından 23 oktyabr 2023-cü il tarixə kimi, yəni onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verildiyi günə kimi iş vaxtından artıq vaxt ərzində gördüyü işə görə ona əlavə otaraq 5550 manat 50 qəpik əmək haqqı ödənilməlidir. Yuxanda qeyd olunanlara, Əmək Məcəlləsinin 9-cu maddəsinin e) bəndinə, 165-ci maddəsinə, iş vaxtının uçotu tabellərinə və əmək müqaviləsinin 4.24-cü bəndinə əsaslanaraq ərizədə göstərilənlərin araşdırılmasını və iş vaxtından artıq vaxt ərzində gördüyü işə görə ona çatası 5550 manat 50 qəpik əlavə əmək haqqının ödənilməsi üçün lazımi köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Naxçıvan şəhər Elektrik Şəbəkəsinə ünvanlanmış 23 aprel 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X6 Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Naxçıvan Şəhər Elektrik Şəbəkəsində (bundan sonra-Şəbəkə) işlədiyi usta vəzifəsində İİ dərəcə əlilliyi nəzərə alınmayaraq əmək hüquqlarının pozulmasına dair 26 fevral, 28 mart 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X16 Xidmətinə (bundan sonra-Xidmət) ünvanladığı müraciətlərinə Xidmətdə baxılmışdır. Şəbəkədən təqdim olunan sənədlərdən vətəndaş Rafiq Qasımovun İİ dərəcə əlilliyi nəzərə alınmadan qanunvericiliklə müəyyən olunmuş həftə ərzində 36 saat qısaldılmış iş vaxtından artıq vaxtda, həftəlik 40 saat işə cəlb edildiyi məlum olmuşdur. Bununla əlaqədar olaraq R.Qasımovun iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə ona ödənilməli olan əlavə əmək haqqının ödənilməsini təmin edərək nəticəsi barədə Xidmətə məlumat vermələri xahiş olunmuşdur. Məhkəmə şikayət verənin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Şikayətin təmin edilməməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X12 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmuş, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları, şəxsin həqiqətən ikinci dərəcəli əlilliyi olmasına baxmayaraq həftəlik 40 saat işləməsini təsdiq edən materialları məhkəməyə təqdim etmişdir. Beləliklə də həmin halın baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-201/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-201/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver