Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-202/2023 22.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Culfa rayonu, Saltaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, aşbaz, evli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Culfa rayonu, Saltaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 22 may 2023-cü il tarixli, 3-13-43-6/2-4121/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 22 may 2023-cü il tarixli, 001640 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. 22 may 2023-cü il tarixli, 001640 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 17 may 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanında yerləşən “Pizza House”da sərxoş halda uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında 5-6 aydır ki ünvan 2 ünvanında yerləşən “Pizza House” yemekxanasında baş aşbaz kimi fəaliyyət göstərdiyini, yeməkxanada mətbəxdən cavabdeh olduğunu, orada işdə olan zaman fırında işləyən Rəminə xanımın işə dəfələrlə gec gəldiyi üçün onunla mübahisələrinin yarandığını, onun da işdən çıxaraq “İpək yolu” kafesinə kömək üçün getdiyini, orada işini bitirdikdən sonra geyim əşyalarını işlədiyi yeməkxanadan götürmək üçün geri döndüyünü, əlavə olaraq da mağazadan bir ədəd pivə alıb içə-içə getdiyini, paltarlarını götürmək üçün mətbəxə daxil olduğunu, mətbəxin işçisi Gülü adlı xanımın ona çay təklif etdiyini, onun da oturduğunu, onun yeməkxanaya yeni gəldiyi zaman orada mühasib işləyən Saleh haqqında danışan zaman Rəminə xanımın onun sözlərinə müdaxilə etdiyini, onun da əsəbi olduğundan və içki qəbul etdiyindən əsəbləşib mətbəxdə uca səslə səs-küy yaratdığını, əlavə olaraq işçilərin işi düzgün aparmadıqlarınının yadına düşərək əsəbləşdiyini, ümumi olaraq uca səslə bu işlərə son qoymalarını dediyini, uca səslə ünvanlı olmasa da nalayiq ifadələr işlətdiyini, kafenin mətbəxinin digər otağa olan qapısını yumruqladığını, hazırda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X6 məhkəməyə verdiyi izahatında xx.xx.2023cü il tarixdə saat təxmini 19:00 radələrində kafedə dönərçi işləyən Bəhruz ustanın kafeyə gəldiyini, görünüşcə sərxoş vəziyyətdə olduğunu, əvvəl gəlib Rəminənin yanında əyləşdiyini, köməkçi işləyən oğlanın işdən çıxarıldığından əsəbləşdiyini, ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, özünün onu sakitləşdirməyə çalışsa da onun məhəl qoymayaraq səs-küy salaraq söyüş söyməyə davam etdiyini, Rəminənin içəridə olduğunu görüb onu sakitləşdirməyə çalışdığını, Bəhruzun ona sən qarışma dediyini, kafedə həmin vaxt kafenin işçilərinin olduğunu, müştəri olmadığını, Rəminə xanıma iş yerində Rəsmiyyə deyildiyini bildirdi. Məhkəmə iclasında izahat verən şahid X4 məhkəməyə verdiyi izahatında uzun müddətdir ki bir yerdə işlədiyi Şəxs adlı dönərçı ilə hal-hazırda “pizza house” adlanan kafedə bir yerdə işlədiyini, son zamanlar aralarında anlaşılmazlıqlar olduğu üçün danışmadıqlarını, ayın 17-si işdə olduğunu, Bəhruzun oraya gəlib mətbəxdə əyləşdiyini, bir müddət sonra heç bir səbəb olmadan öz özünə söyüş söyməyə başladığını, onu görüb daha da qıcıqlandığını, oradan çıxıb müdirlə danışdığını, sonra içəri girib otaqda oturduğunu, sonra yenə də Bəhruzun içəridə səs-küy saldığını, onun oturduğu otağın qapısını yumruqladığını, məsələ böyüməsin deyə polisə zəng vurduğunu bildirdi. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Təcili X16 hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1001 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həqiqətən də alkoqol şərxoşluğu vəziyyəti vardır və müayinənin nəticəsi 0.63 promildir. İş materiallarına əlavə edilmiş Culfa Rayon İcra Hakimiyyətinin Saltaq kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 171 nömrəli arayışdan görünür ki, Culfa rayon, Saltaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Culfa Rayon İcra Hakimiyyətinin Saltaq kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 171 nömrəli arayışdan görünür ki, Şəxs arvadı-X2, oğlu-X9 və oğlu-X5 adlı ailə üzvləri vardır. İş materiallarında olan 17 may 2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞnin polis sahə rəisi, polis leytenantı İsmayılov Məhəmməd tərəfindən verilən raportda qeyd edilmişdir ki, vətəndaş X3 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, tərəfimdən araşdırma aparışmış Rəminə Əliyevanın və Şəxs izahatları alınmışdır. Məlum olmuşdur ki, xx.xx.2023cü il tarixdə saat təxminən 19:00 radələrində ünvan 3 ünvanında yerləşən “Pizza House” ailəvi kafesində işçi, Culfa rayon Saltaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Vəliqulu oğlunun həqiqətən də kafedə sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək səs- küy salması və ictimai qaydanı pozması aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş 22 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 22 may 2023-cü il tarixdə, saat 15:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi iş üzrə ağırlaşdırıcı haldır. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halı nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də onun barəsində inzibati həbs tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 22 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-202/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-202/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver