Məhkəmə qərarları › İş №3(078)-205/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-205/2025

04.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-205/2025 04.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində X16 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş X16 materiala baxaraq, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində toplanmış X16 material göndərilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi, polis mayoru Elnur Muradov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raporta, əsasən, Naxçıvan şəhər ərazisində bir nəfər şəxsin hal və hərəkətlərində şübhə olduğu üçün həmin şəxs Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 narko-test müayinəsinə aparılmışdır. Orada həmin şəxs öz ərizəsi əsasında narko-testdən keçirilmişdir. Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2025-ci il tarixli test nəticəsinə əsasən, Abşeron rayon Mehdiabad qəsəbəsində qeydiyyatda olan, xx.xx.1985-ci il təvəllüdlü Şəxs narkotik vasitələrin istifadəsi aşkar olunmuşdur. İş materiallarına Şəxs izahatı, şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. xx.xx.2025-ci il tarixdə “Məhkəmə Ambulator Narkoloji X1” qərara, əsasən, material üzrə məhkəmə ambulator narkoloji ekspertiza təyin edilmişdir. “X21 X20 X12” xx.xx.2025-ci il tarixli protokola, əsasən, Şəxs 1 ədəd “redmi note 7” markalı mobil telefon, 1 qutu “winchester” markalı siqaret və 1 ədəd alışqan aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. “X15 Haqqında” xx.xx.2025-ci il tarixli protokola, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:00-da X9dur. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli “X16 X18 Göndərilməsi Barədə” qərardada, əsasən, Şəxs barəsində tərtib olunmuş X16 materiallara baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli “X16” protokola, əsasən, Qurbanov X8 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt şəxsin izahatı və norko-testin nəticəsi təsdiq edilmişdir. “X16 İcraat Materialı Üzrə X9 X10 X7” protokola, əsasən, X9 Şəxs hüquqularının müdafiəçisi X14 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-452/2025 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək ona 01 (bir) ay müddətində inzibati tənbeh tətbiq edilməsi, inzibati həbs haqqında qərarın dərhal icra edilməsi, inzibati qaydada həbs etmənin əvvəli 12 fevral 2025-ci il saat 21:10-dan hesablanması, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilməsi, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, bu tədbir inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunması, məcburi müalicənin icrasına nəzarət Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində X16 iş üzrə icraat aparılan Şəxs 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barəde bildiriş Şəxs təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2025-ci il tarixli, 208 saylı rəyinə, əsasən, Qurbanov X4 və psixostimulyatorların birgə qəbulu narkomaniyasından əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı vardır. Şəxs xx.xx.2025- ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 sidik narkotest vasitəsilə müayinə olunub, nəticə AMP (amfetamin), MET (metamfetamin), OPİ (opioid) və MOP (morfin) müsbət aşkar olunmuşdur. Opioid qrupuna heroin, morfin, kodein, tabein və s. kimi narkotik maddələr aiddir. Barəsində X16 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, yer olmadığına görə gedə bilmədiyini, Naxçıvana işlə bağlı gəldiyini, əslinin buralı olduğunu, Bakıda yaşadığını, may ayının 2-si Bakı şəhərində “patı” istifadə etdiyini, subay olduğunu, övladının olmadığını, 20 ildir asılılığının olduğunu bildirmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhlkəmə inzibati tənbeh tətbiq edərkən Şəxs barəsində olan ittihamedici hökmün olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədən şəxsin şəxsiyyətini xarekterizə edən hal kimi nəzərə alınmışdır. Eyni zamanda barəsində İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. İş üzrə X15 protokolundan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin əvvəllinin onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdən hesablanması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxs görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, Şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-452/2025 nömrəli qərarının olması məhkəmə tərəfindən ağırlaşdırıcı hal kimi nəzərə alınmışdır. Barəsində X16 iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və ictimai təhlükəsizlik, şəxsin sağlamlığı əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Göstərilən hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmin Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X15 müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. X11 Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, X15 müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.3-cü maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. “Y.Budaqov” adına Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2025-ci il tarixli 208 saylı rəyində Şəxs müalicəyə ehtiyacının olması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 1 (bir) ay 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 03 may 2025-ci il saat 16:00-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X13 həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, bu tədbir inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunsun. Məcburi müalicənin icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar