Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-206/2023 05.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx xxxxxxx 1976-cı ildə Rusiya Federasiyası Leninqrad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, deməsinə görə əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Naxçıvan şəhəri, Qaraçuq kənd sakini X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olub Naxçıvan şəhəri Çənlibel məhəlləsi 24/17 ünvanında yaşayan Şəxs ona məxsus ünvan 3 ünvanında yerləşən evində 60 sm hündürlüyündə 1 kv.m ölçüdə olan Bakı kubiki ilə tikilmiş 1 ədəd hovuzun, evin içərisində salonda 6kv.m ölçüdə və 4 sm qalınlığında olan qəhvəyi rəngli taxta döşəmənin yerindən kəsilməsi və salonda 2 kv.m ölçüdə qapı açmaq məqsədilə Bakı kubiki ilə hörülmüş divarı sökmüşdür. X6 qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin təhqiqatçısı, polis leytenantı Nicad Babayev tərəfindən araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati icraata başlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Böməsinə göndərilmiş, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsinin tərkib əlamətləri olduğundan X2 ərizəsi əsasında toplanmış material araşdırılması üçün Naxçıvan Şəhər Prokurorluğuna göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 23 may 2023-cü il tarixdə 001657 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, özü Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatdadır və orada yaşayır. X6 onun dayısıdır. Dayısı onu babasına məxsus Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən evə aid sənədləri götürməkdə ittiham edir. Halbuki, onun anası Ceyran Qurbanova sözü gedən miras əmlakın vərəsələrindən biridir və anası qanuni yollarla müvafiq dövlət qurumlarına müraciət edərək lazımi sənədləri əldə edib. X7 qeyri-qanuni məhkəmə qətnamələri nəticəsində guya mirası qəbul edib. Halbuki mirası o və anası qəbul edib. Onlar köməkçi tikilidə yaşadıqları üçün məhkəmənin göstərişi ilə evə köçüblər və bölgü aparılıb. Evin döşəməsi də həmin vaxt köçən zaman kəsilib və divar sökülərək qapı qoyulub, bu məhkəmənin göstərişi olub. 2016-ci ildə həmin evdə yaşayır. O evə başqa ziyan vurmamışdır. Ev onun anasının mirasıdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X5 məlumat verilməsinə baxmayaraq işirak etməmiş və məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 118 saylı ekspert rəyində qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Qaraçuq kənd sakini X3 məxsus ünvan 3 ünvanında yerləşən evində 60 sm hündürlüyündə 1 kv.m ölçüdə olan bakı kubiki ilə tikilmiş 1 ədəd hovuzun, evin içərisində salonda 6kv.m ölçüdə və 4 sm qalınlığında olan qəhvəyi rəngli taxta döşəmənin yerindən kəsilməsi və salonda 2 kv.m ölçüdə qapı açmaq məqsədilə Bakı kubiki ilə hörülmüş divarın sökülməsi nəticəsində X3 dəymiş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa və quraşdırma işlərinin məbləği bu günkü bazar qiymətlərinə uyğun olaraq təqribən 387.54 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi inzibati xəta törətmiş şəxsin izahatı ilə təkzib edilsə də, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, eləcə də işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgə əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurulduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğində cərimə edilir. (Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür). Azərbaycan Respublikası İXM-in 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan vurulmuş ziyanın bir misli miqdarına-387.54 (üç yüz səksən yeddi manat əlli dörd qəpik) manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin zərərçəkmiş şəxs X3 vurulmuş əmlak zərərinin dəyəri olan 387.54 (üç yüz səksən yeddi manat əlli dörd qəpik) manat pul Şəxs alınaraq zərərçəkmiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 387.54 (üç yüz səksən yeddi manat əlli dörd qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs X3 vurulmuş əmlak zərərinin dəyəri olan 387.54 (üç yüz səksən yeddi manat əlli dörd qəpik) manat pul Şəxs alınaraq zərərçəkmiş şəxsə qaytarılsın. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-206/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-206/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver