Məhkəmə qərarları › İş №3(078)-206/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-206/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-206/2024 01.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə xx.xx.1986-cı ildə Babək rayon Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, 2 uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-239/2019 nömrəli, 15 fevral 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 28 mart 2019-cu il tarixli icra vərəqəsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-709/2018 nömrəli, 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şəxs hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq 28 noyabr 2012-ci il təvəllüdlü X1 və 08 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi, Şəxs 22.50 (iyirmi iki manat əlli qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. İş üzrə icraata 01 aprel 2019-cu il tarixdə başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 2024-cü ilin aprel ayı da daxil olmaqla 12060 manat borcu yaranmış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış 12060 manat aliment borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi hazırda heç bir yerdə işləməməsini göstərmişdir. İş materiallarına əlavə olunmuş 28 mart 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-239/2019 nömrəli, 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-709/2018 nömrəli, 03 dekabr 2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şəxs hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq 28 noyabr 2012-ci il təvəllüdlü X1 və 08 yanvar 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi, Şəxs 22.50 (iyirmi iki manat əlli qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 aprel 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 aprel 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli 3(078)-3/2021 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbsin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmaqla 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli 8(078)-68/2022 nömrəli qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 01 may 2024-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar