Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-209/2023 24.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X9 qanuni nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Babək rayon Xətai kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, N nömrəli hərbi hissədə qabyuyan işləyir, evli, bir uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhəri, 21-ci məhəllə 6/1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbində Şəxs onun oğlu xx.xx.2011-ci il təvəllüdlü X11 döymüşdür. X7 qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X10 tərəfindən araşdırma aparılmış, cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 24 may 2023-cü il tarixdə 001645 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında xx.xx.2023-cü il tarixdə nəvəsi Aysunun məktəbdən evə gələrək sinif yoldaşı Onurun ona “tüklü donuz” deyərək təhqir etdiyini, sinif yoldaşlarının da ona güldüyünü, Aysunun bundan çox sarsıntı keçirdiyini, evə ağlayaraq gəlib özünü həmin vaxt pəncərədən atmaq istədiyini dediyini, min bir əziyyətlə uşaq saxladığını, axşam valideynlərin vatçap qrupunda bu barədə danışdığını və həmin valideyni səhər məktəbə çağırdığını, buna görə də səhəri gün məktəbə getdiyini, sinifə girərək Onurun kimi olduğunu soruşduğunu, ona niyə belə söz dediyini soruşduqda Onurun ona “yaxşı eləyib demişəm” dediyini, uşağa “tüklü donuz sənin valideyinindi” dediyində, uşaq ona “sənin sülaləndi” dediyini və o da əsəblərini cilovlaya bilməyib uşağa iki şillə vurmuşdur. Əgər onun valideyni gəlmiş olsaydı məktəbə ona sözünü deyərdi. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X9 qanuni nümayəndəsi X7 izahatında xx.xx.2023-cü il tarixdə axşam saatlarında oğlu Onurun oxuduğu sinfin vatsapp qrupunda həmin sinifdə oxuyan Aysunun nənəsinin qrupa atdığı səs yazısına qulaq asmışdır. Aysunun nənəsi Şəxs bildirmişdir ki, onun oğlu Aysuya tüklü donuz deyib. Buna görə də ona təhqiredici sözlərdən ibarət səs atmışdır. O da səsə cavab verməmiş və oğlunun cəzasını özü vermişdir. Səfəri gün Şəxs məktəbə gedərək sinifdə onun oğluna iki şillə vurub, uşaqların gözü qarşısında təhqir edib. O, Ləzifə Rəsulkovadan şikayətçidir, qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən xx.xx.2023-cü il tarixli 247 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, 2011-ci il təvəllüdlü X9 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilmir. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/845 nömrəli arayışa əsasən Rəsulova X4 qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 170 nömrəli arayışa əsasən Rəsulova X2 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin qanuni nümayndəsinin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini ağırlaşdıran hal əməlin yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, eləcə də inzibati xəta törədən şəxsin yaşını, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 400 (dörd yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-209/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-209/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver