Məhkəmə qərarları › İş №3(078)-209/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-209/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-209/2025 06.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Şikayətin geri qaytarılması haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən Naxçıvan MR əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin MN ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolundan verilmiş şikayətə baxaraq m ü ə y y ə n e t d i m: X1 MR əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin MN ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolundan şikayət verərək, tənbehin əsassız, ədalətsiz və qərəzli şəkildə verildiyini nəzərə alaraq, Naxçıvan MR əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin onun barəsində ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti araşdırıb şikayətin geri qaytarılması nəticəsinə gəlirəm. X2 şikayətində Naxçıvan MR əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin şikayətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan MR əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən X2 barəsində MN ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verməli olduğu halda, MN ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan şikayət etmişdir. X2 şikayətə inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, X2 tərəfindən Naxçıvan MR əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin MN ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolundan verilmiş şikayət geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq qəraraaldım: X2 tərəfindən Naxçıvan MR əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin MN ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolundan verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar