Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-21/2021 22.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxx 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 1 uşaq atası, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş Şəxs xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs telefon satmaq üçün 250 manat pul almış, lakin telefonu Zərərçəkmiş şəxs verməmiş, xəbərsiz çıxıb getməklə onu aldatmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, xx xxxxxx 2021-ci il tarixdə ona məxsus olan “user” adlı instagram hesabında pul lazım olduğu üçün “Redmi Note 7” markalı mobil telefon qoyaraq 250 manata satmaq istədiyini yazdığını, telefon nömrəsini ***-***-**-** qoyduğunu, bu gün Samir adlı bir nəfərin ona zəng edərək həmin telefonu almaq istədiyini bildirdiyini, “Cahan” Ticarət Mərkəzinin yanında görüşdüklərini, həmin vaxtı Samirdən 250 manat pul aldığını, ona “burda gözlə, 5 dəqiqəyə telefonu gətirirəm” dediyini, maddi vəziyyəti aşağı olduğu üçün və pula təcili ehtiyacı olduğu üçün pulu götürüb telefonunu söndürdüyünü və çıxıb getdiyini, etdiyi əmələ görə çox peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini, məcbur qalıb bu yola əl atdığını bildirərək, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs, xx xxxxxx 2021-ci il tarixdə İnstagram sosial şəbəkəsində “X4 7” markalı telefonun 250 manata satıldığını gördüyünü, həmin şəxslə İnstagramda yazışaraq həmin şəxslə görüşərək ona telefonu almaq üçün 250 AZN pul verdiyini, Vüqar adlı şəxsin ona “telefonu 5 dəqiqəyə gətirirəm” dediyini, gözlədiyini, amma heç kimin gəlmədiyini, sonradan həmin şəxsin Şəxs olduğunu öyrəndiyini, məcbur qalıb Naxçıvan şəhər polis İdarəsinə şikayətçi olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli "İnzibati qaydada tutma haqqında protokol"a əsasən, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 13:40-da tutulmuşdur. İş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs telefon satmaq üçün 250 manat pul almış, lakin telefonu Zərərçəkmiş şəxs verməmiş, xəbərsiz çıxıb getməklə onu aldatmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək, tənbeh olunmalıdır. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. İnzibati həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 13:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə, üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.İnzibati həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 13:40-dan hesablansın. 3.Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. 4.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-21/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-21/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver