Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-211/2024 03.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun müdafiəçisi X1 iştirakı ilə 20 mart 1979-cu ildə Şahbuz rayonu, Keçili kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1F6E7E3, ali təhsilli, subay, deməsinə görə məhkumluğu olmayan, Şahbuz şəhər-Naxçıvan şəhər marşrut xəttində sürücü işləyən, Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 03 may 2024-cü il tarixli, 3-13-43-11/2- 2783/2024 nömrəli məktubu ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 03 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 03 may 2024-cü ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şahbuz Rayon Polis Şöbəsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, zərər çəkmiş şəxs X4 xx.xx.2024cü tarixdə şikayəti əsasında X2 Ş.Əsgərovu təhqir etməsi müəyyən edilib və ona protokol tərtib edilərək baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərimişdir. Məhkləmə iclasında iştirak edən zərər çəkmiş şəxs X7 izahatında Şahbuz rayon ilə Naxçıvan şəhəri arasında marşrut sürücüsü işləyir, 25 aprel 2024-cü il tarixdə Naxçıvan şəhər avtovağzalında olan zaman, onun növbəsində X6 müştəriləri Naxçıvan şəhər Avtovağzalından Şahbuz şəhər istiqamətinə gələn sərnişinlər öz əşyalarını onun marşrutuna yerləşdirdiyindən onunla R.Məmmədov arasında mübahisə yaranıb, həmin vaxt R.Məmmədov təhqiredici nalayiq ifadələr işlədibdir, o da buna görə Şahbuz rayon polis şöbəsinə şikayət edibdir, əvvəllərdə R.Məmmədov onu təhqir edibdir, lakin hər dəfə o şikayət etdikdən sonra şikayətini geri götürübdür, artıq R.Məmmədov barəsində tədbir görülməsini istəyir, sonuncu dəfə onunla R.Məmmədov arasında mübahisə zamanı Naxçıvan şəhərində olan Naxçıvan Şəhər Avtovağzalında onu təhqir edibdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs X6 göstərmişdir ki, Ş.Əsgərovun dediyi kimi o onu təhqir etməyibdir, hadisə Naxçıvan Şəhər Avtovağzalında baş veribdir, həmin vaxt avtovağzalın binasında müşahidə kamerası çəkibdir. Şahbuz Rayon Məhkəməsinin 3(090)-11/2024 nömrəli 03 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi tərəfindən X6 barəsində tərtib edilmiş 03 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, inzibati iş xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. 03 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş X6 xx.xx.2024-cü il tarixdə Şahbuz şəhərində avtovağzal istiqamətində ictimai qaydanı pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə X2 əməli iş materialına əlavə olunmuş sənədlər, özünün, şahidlərin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X5 təhqir etməyib. Bu müşahidə kameralarında da öz əksini tapıb. O, özünə məxsus ** BB *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şahbuz-Naxçıvan marşurutunun sürücüsü işləyir. Marşurut vaxtı 8:00-dan 10:10-dəkdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər Avtovağzalında Şahbuz şəhər istiqamətinə gələn sərnişinlər öz yüklərini onun avtomaşınına yerləşdirmişdir. Şahvələd adlı şəxslə Naxçıvan-Ayrınc marşurutunun sürücüsü ona “Niyə mən çıxmadan sən müştəri yığırsan?” deyə irad bildirəndə o da cavabında “ Müştəri öz razılığı ilə hansı maşınla istəsə gedə bilər” deyib. Sonra marşurut vaxtından 10 dəqiqə gec çıxdı. O müştərilərini götürüb avtovağzaldan çıxıb. O da arxasınca 4 yola gəlib onunla mübahisə edib. Əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkləmə iclasında iştirak edən şahid X7 izahatında Şahbuz rayon ilə Naxçıvan şəhəri arasında marşrut sürücüsü işləyir, 25 aprel 2024-cü il tarixdə Naxçıvan şəhər avtovağzalında olan zaman, onun növbəsində X6 müştəriləri Naxçıvan şəhər Avtovağzalından Şahbuz şəhər istiqamətinə gələn sərnişinlər öz əşyalarını onun marşrutuna yerləşdirdiyindən onunla R.Məmmədov arasında mübahisə yaranıb, həmin vaxt R.Məmmədov təhqiredici nalayiq ifadələr işlədibdir, ətrafında olan tanımadığı şəxslər bunu görübdür. Kamera görüntüləri də vardır. Buna görə Şahbuz rayon polis şöbəsinə şikayət edibdir, əvvəllərdə R.Məmmədov onu təhqir edibdir, lakin hər dəfə o şikayət etdikdən sonra şikayətini geri götürübdür, artıq R.Məmmədov barəsində tədbir görülməsini istəyir, sonuncu dəfə onunla R.Məmmədov arasında mübahisə zamanı Naxçıvan şəhərində olan Naxçıvan Şəhər Avtovağzalında onu təhqir edibdir. Məhkəmə baxışı iclasında şahid X10 izahatında bildirmişdir ki, X6 təkcə Şahvələdə qarşı deyil, dəfələrlə ona qarşı da kobudluq edir. Onların növbəsinə girir. Eyni ilə də bu hərəkəti Şahvələdə qarşı edib. Şahvələd ona irad bildirəndə ona qarşı hücum çəkərək nalayiq ifadələr işlədib. Ətrafda olan şəxslər bunu görür, lakin tanımadığı şəxsləri sərnişinləri şahid kimi qeyd edə bilmirlər. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X6 xx.xx.2024-cü il tarixdə Şahbuz şəhərində avtovağzal istiqamətində ictimai yerdə ictimai qaydanı pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və X6 həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X6 03 may 2024cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən X2 əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. İş üzrə məsuliyyəti yüngülləşdirən hal inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 75 (yetmiş beş) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 75 (yetmiş beş) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-211/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-211/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver