Məhkəmə qərarları › İş №3(078)-212/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-212/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-212/2023 24.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, barəsində inzibati icraat aparılan «Naxçıvan Neft və X3» Müəssisəsinin nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən (VÖEN **********) «Naxçıvan Neft və X3» Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: ünvan 1 ünvanında yerləşən (VÖEN **********) «Naxçıvan Neft və X3» Müəssisəsinin ünvanına 00024 nömrəli invoys əsasında idxal edilmiş “dizel yanacağı” yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Bununla da «Naxçıvan Neft və X3» Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan «Naxçıvan Neft və X3» Müəssisəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, protokol düzgün qaydada sənədləşdirilməmişdir. Belə ki, onlar dizel yanacağını xarici ölkədən idxal etməmişdir. Həmin yanacaq Bakı şəhərindən göndərilmişdir və “Qırmızı körpü”də sənədləşmə aparılan zaman səhvən idxal mal kimi sistemə işlənmişdir. Buna görə də gömrük əməkdaşları həmin malı idxal mal kimi qiymətləndirib qısa idxal bəyənnaməsi tələb ediblər. Bununla bağlı “Qırmızı körpü”-yə, Azərbaycan Respublikası Dövlət Gömrük Komistəsinə yazılı müraciətlər edərək səhvliyin aradan qaldrılmasını xahiş etmişlər. Lakin məsələ araşdırılacağı bildirilsə də bu günə qədər müəssisəyə heç bir məlumat verilməmişdir. Uzun illərdir ki, onlar yanacağ gətirəndə heç bir idxal bəyənnaməsi təqdim etməyiblər. Qeyd etdiyi halları nəzərə alıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, «Naxçıvan Neft və X3» Müəssisəsinin ünvanına 00024 nömrəli invoys əsasında idxal edilmiş “dizel yanacağı” yükü 85AD565/85ZA606 nömrə nişanlı nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixdə saat 21:20-də, 99DN352/99ZA452 nömrə nişanlı nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixdə saat 21:08-də, 85AE064/85ZA737 nömrə nişanlı nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixdə saat 20:37-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmiş bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. «Naxçıvan Neft və X3» Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və «Naxçıvan Neft və X3» Müəssisəsi həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «Naxçıvan Neft və X3» Müəssisəsinin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, «Naxçıvan Neft və X3» Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: ünvan 1 ünvanında yerləşən (VÖEN **********) «Naxçıvan Neft və X3» Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar