Məhkəmə qərarları › İş №3(078)-213/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-213/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-213/2023 24.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati icraat aparılan «Naxçıvan Neft və X3» Müəssisəsinin nümayəndəsi X1 iştirakı ilə, «Naxçıvan Neft və X3» Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN **********) «Naxçıvan Neft və X3» Müəssisəsinin ünvanına xx.xx.2023-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsində 00025 nömrəli inovasiya əsasında 85AD564/85ZA607, 85AE065/85ZA736 nömrə nişanlı yük avtonəqliyyat vasitəsi ilə idxal edilmiş “dizel yanacağı” yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinə baxmayaraq həmin mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsində nəzədə tutulmuş müddətə aidiyyatı gömrük orqanlarına təqdim edilməmişdir. Bununla da «Naxçıvan Neft və X3» Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan «Naxçıvan Neft və X3» Müəssisəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, protokol düzgün qaydada sənədləşdirilməmişdir. Belə ki, onlar dizel yanacağını xarici ölkədən idxal etməmişdir. Həmin yanacaq Bakı şəhərindən göndərilmişdir və “Qırmızı körpü”də sənədləşmə aparılan zaman səhvən idxal mal kimi sistemə işlənmişdir. Buna görə də gömrük əməkdaşları həmin malın keçirilməsi üçün gömrük bəyənnaməsi tələb ediblər. Bununla bağlı “Qırmızı körpü”-yə, Azərbaycan Respublikası Dövlət Gömrük Komistəsinə yazılı müraciətlər edərək səhvliyin aradan qaldrılmasını xahiş etmişlər. Lakin məsələ araşdırılacağı bildirilsə də bu günə qədər müəssisəyə heç bir məlumat verilməmişdir. Uzun illərdir ki, onlar yanacağ gətirəndə heç bir gömrük bəyənnaməsi təqdim etməyiblər. Qeyd etdiyi halları nəzərə alıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, «Naxçıvan Neft və X3» Müəssisəsinin ünvanına xx.xx.2023-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsində 00025 nömrəli inovasiya əsasında 85AD564/85ZA607, 85AE065/85ZA736 nömrə nişanlı yük avtonəqliyyat vasitəsi ilə idxal edilmiş “dizel yanacağı” yükü xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinə baxmayaraq həmin mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Belə ki, malların elektron formada qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə aidiyyatı gömrük orqanına təqdim edilmiş və bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. «Naxçıvan Neft və X3» Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və «Naxçıvan Neft və X3» Müəssisəsi həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «Naxçıvan Neft və X3» Müəssisəsinin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, «Naxçıvan Neft və X3» Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN **********) «Naxçıvan Neft və X3» Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar